Məhkəmə qərarları › İş №e-2(010)-1893/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1893/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1893/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 18.11.2021-ci il tarixinə Banka borclu olduğu 262,21 manat məbləğində əsas borc, 18,35 manat məbləğində faiz üzrə borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 320,16 manat məbləğinin; həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.05.2021-ci il tarixli 321422-CNS- 21937 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 18.11.2021-ci il tarixinə Banka borclu olduğu 400,30 manat məbləğində əsas borc, 30,69 manat məbləğində faiz üzrə borcu, 30,50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 461,49 manat pul məbləğinin; habelə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 18.11.2021-ci il tarixinə Banka borclu olduğu 646,35 manat məbləğində əsas borc, 56,59 manat məbləğində faiz üzrə borcu, 22,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 725,34 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,47 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeha illik 18 faiz hesablanması şərti ilə 12 ay müddətinə 310 manat məbləğində kredit verilmişdir. Həmçinin Bank ilə Cavabdeh arasında bağlanılmış 01.05.2021-ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeha illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətinə 430 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank ilə Cavabdeh arasında bağlanılmış 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeha illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 655 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi” üzrə ümumilikdə 320,16 manat məbləğində borcu, eləcə də 01.05.2021- ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi” üzrə ümumilikdə 461,49 manat məbləğində borcu habelə 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi” ümumilikdə 725,34 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeha illik 18 faiz hesablanması şərti ilə 12 ay müddətinə 310 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.05.2021-ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeha illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətinə 430 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeha illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 655 manat məbləğində kredit verilmişdir. 18.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 262,21 manat məbləğində əsas borc, 18,35 manat məbləğində faiz üzrə borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 320,16 manat, 01.05.2021-ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 400,30 manat məbləğində əsas borc, 30,69 manat məbləğində faiz üzrə borcu, 30,50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 461,49 manat, 18.05.2021-ci il tarixli 321422-CNS- 22335 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 646,35 manat məbləğində əsas borc, 56,59 manat məbləğində faiz üzrə borcu, 22,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 725,34 manat borcu vardır. 25.10.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 30.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 35,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 262,21 manat məbləğində əsas borc, 18,35 manat məbləğində faiz üzrə borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 320,16 manat, 01.05.2021-ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 400,30 manat məbləğində əsas borc, 30,69 manat məbləğində faiz üzrə borcu, 30,50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 461,49 manat, 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 646,35 manat məbləğində əsas borc, 56,59 manat məbləğində faiz üzrə borcu, 22,40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 725,34 manat, ümumilikdə 1506,99 manat borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 262,21 manat məbləğində əsas borc, 18,35 manat məbləğində faiz üzrə borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 320,16 manat, 01.05.2021-ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 400,30 manat məbləğində əsas borc, 30,69 manat məbləğində faiz üzrə borcu, 30,50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 461,49 manat, 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 646,35 manat məbləğində əsas borc, 56,59 manat məbləğində faiz üzrə borcu, 22,40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 725,34 manat, ümumilikdə 1506,99 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,47 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.04.2021-ci il tarixli 321422-CNS-21828 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 262,21 manat məbləğində əsas borc, 18,35 manat məbləğində faiz borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 320,16 manat, 01.05.2021-ci il tarixli 321422-CNS-21937 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 400,30 manat məbləğində əsas borc, 30,69 manat məbləğində faiz borcu, 30,50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 461,49 manat, 18.05.2021-ci il tarixli 321422-CNS-22335 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 646,35 manat məbləğində əsas borc, 56,59 manat məbləğində faiz borcu, 22,40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 725,34 manat, ümumilikdə 1506,99 (bir min beş yüz altı manat doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,47 (otuz beş manat qırx yeddi qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar