Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1898/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və ”Xəzər İnşaat-XXİ Əsr” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və ”Xəzər İnşaat-XXİ Əsr” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ”Xəzər İnşaat-XXİ ƏSR” QSC-dən ümumilikdə 25838.55 manat borcun, ödənilmiş 167.52 manat dövlət rüsümu, 0,40 manat bank xidməti haqqı, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat məbləğində rüsumun iddiaçı "xxxx" ASC-in xeyrinə tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ”D” yaşayış sahəsi, 21F, bina1, 19 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, mənzil satıldıqdan sonra cavadeh Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavadehlərdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, hazırkı iş hələ məhkəmə baxışına təyin edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması istisna edilsə də ərizədə istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi ilə “iddia ərizəsinin qaytarılması” müəyyən edildiyindən hazırda iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə də iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasına dair ərizə kimi qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 170, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və ”Xəzər İnşaat-XXİ Əsr” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1898/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1898/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver