Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1898/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı LPO “Dəmirbank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO “Dəmirbank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 29.834,88 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat, 88 qəpik) Manat - bundan 14.483,98 (on dörd min dörd yüz səksən anat, 98 qəpik) Manat əsas, 9.116,91 (doqquz min bir yüz on altı manat, 91 qəpik) Manat faiz, 4.183,79 (dörd min bir yüz səksən üç 11, 79 qəpik) Manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.050,20 hin əlli manat, 20 qəpik) Manat faiz borcunun, iş üzrə ödənilmiş 179,50 (bir yüz yetmiş doqquz manat, 50 qəpik) Manat dövlət munun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) Manat rüsumun bdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3məxsus olan ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə yönəldilməsinə; yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam lanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 gər oğlundan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2, barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə isclasında iştirak edən Cavabdeh2 barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, xx.xx.2025-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı LPO “Dəmirbank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər LPO “Dəmirbank ASC (iddiaçı), Cavabdeh2 (cavabdeh borclu) və Cavabdeh3 (cavabdeh ipoteka qoyan) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cəmi 29.834,88 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat, 88 qəpik) manat bundan 14.483,98 (on dörd min dörd yüz səksən üç manat, 98 qəpik) manat əsas, 9.116,91 (doqquz min bir yüz on altı manat, 91 qəpik) manat faiz, 4.183,79 (dörd min bir yüz səksən üç manat, 79 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.050,20 (iki min əlli manat, 20 qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 179,50 (bir yüz yetmiş doqquz manat, 50 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə yönəldilməsinə, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilərək açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 14.483,98 (on dörd min dörd yüz səksən üç manat, 98 qəpik) manat əsas, 9.116,91 (doqquz min bir yüz on altı manat, 91 qəpik) manat faiz 4.183,79 (dörd min bir yüz səksən üç manat, 79 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 2.000 (iki min) manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 16.285 (on altı min iki yüz səksən beş) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2026-cı ilin yanvar ayından başlayaraq, hər ay 678,55 (altı yüz yetmiş səkkiz manat, 55 qəpik) manatın ödənilməsi öhdəliyini Cavabdeh- Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilərin 16.285 (on altı min iki yüz səksən beş) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borcludan tutulacaqdır. 2.5. Cavabdeh-Borclu və Cavabdeh-lpoteka qoyan sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmirlər. 2.6. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər Cavabdeh- Borclu tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra Cavabdeh-lpoteka qoyan Cavabdeh3 ipoteka predmeti olan həmin əmlakı ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.7. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklər Cavabdeh- Borclu tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzil Cavabdeh- Borclu və Cavabdeh-İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.8. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh-Borclu tərəfindən pozulduğu halda bu Sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdeh-Borcludan tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdeh-Borclu və Cavabdeh-lpoteka qoyana bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X3 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.9-cu bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi İşçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.” İş materiallarına əlavə edilmiş **********54 nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün LPO “Dəmirbank ASC tərəfindən 179.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borclu olan Cavabdeh2 və cavabdeh ipoteka qoyan Cavabdeh3 ilə iddiaçı arasında mövcud mübahisə həll edildiyindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Barışıq sazişinin bağlanılmasında cavabdeh - zamin Cavabdeh1 iştirak etməmiş, həmin sazişdə onun hüquq və öhdəlikləri təsbit edilməmiş və onun hüquqlarını pozmur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Bundan başqa, tərəflərin barışıq sazişi tərəflərin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə LPO İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh3 arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cəmi 29.834,88 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat, 88 qəpik) manat bundan 14.483,98 (on dörd min dörd yüz səksən üç manat, 98 qəpik) manat əsas, 9.116,91 (doqquz min bir yüz on altı manat, 91 qəpik) manat faiz, 4.183,79 (dörd min bir yüz səksən üç manat, 79 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.050,20 (iki min əlli manat, 20 qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 179,50 (bir yüz yetmiş doqquz manat, 50 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə yönəldilməsinə, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilərək açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 14.483,98 (on dörd min dörd yüz səksən üç manat, 98 qəpik) manat əsas, 9.116,91 (doqquz min bir yüz on altı manat, 91 qəpik) manat faiz 4.183,79 (dörd min bir yüz səksən üç manat, 79 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 2.000 (iki min) manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 16.285 (on altı min iki yüz səksən beş) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2026-cı ilin yanvar ayından başlayaraq, hər ay 678,55 (altı yüz yetmiş səkkiz manat, 55 qəpik) manatın ödənilməsi öhdəliyini Cavabdeh- Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilərin 16.285 (on altı min iki yüz səksən beş) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borcludan tutulacaqdır. 2.5. Cavabdeh-Borclu və Cavabdeh-lpoteka qoyan sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmirlər. 2.6. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər Cavabdeh- Borclu tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra Cavabdeh-lpoteka qoyan Cavabdeh3 ipoteka predmeti olan həmin əmlakı ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.7. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklər Cavabdeh- Borclu tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzil Cavabdeh- Borclu və Cavabdeh-İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.8. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh-Borclu tərəfindən pozulduğu halda bu Sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdeh-Borcludan tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdeh-Borclu və Cavabdeh-lpoteka qoyana bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X3 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.9-cu bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi İşçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.” Ödəniş sistemində **********54 nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 179.5 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən LPO “Dəmirbank ASC-yə büdcədən geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Firuzə Mirzəyeva