Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1900/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğuna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2488.02 manat əsas kredit borcu və 64.24 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2552.26 manat və 45.53 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğuna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri 009CASA193260011 saylı 22.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 21.05.2021-ci il tarixədək illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3500.00 AZN məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 009FİZAM77961801 saylı 22.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 009FİZAM77961701 saylı 22.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 009CASA193260011 saylı 22.11.2019-cu il tarixli Kredit müqaviləsinin restrukturizasiyasına dair 19.05.2020-ci il tarixli 009CASA201400006 nömrəli Razılaşmanın 2-ci bəndinə əsasən, bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh3 həmin kredit üzrə 2824.31 manat məbləğdə əsas borcu mövcuddur mövcuddur. Həmin razılaşmanın 3 -cü bəndinə əsasən, bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 23 faiz və kreditin son icra müddəti 19.10.2021-ci il müəyyən olunur. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 009FİZAM77961802 saylı 19.05.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 009CASA193260011 saylı 22.11.2019-cu il tarixli Kredit müqaviləsi və həmin müqavilənin restrukturizasiyasına dair 19.05.2020-ci il tarixli 009CASA201400006 nömrəli Razılaşma üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 009FİZAM77961702 saylı 19.05.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 009CASA193260011 saylı 22.11.2019-cu il tarixli Kredit müqaviləsi və həmin müqavilənin restrukturizasiyasına dair 19.05.2020-ci il tarixli 009CASA201400006 nömrəli Razılaşma üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditin müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 22.02.2022-cı il tarixə İddiaçı ASC-nə 2488.02 manat əsas kredit borcu və 64.24 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2552.26 manat borcu qalmaqdadır. İş materiallarına əlavə edilmiş: 009CASA193260011 saylı 22.11.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21.05.2021-ci il tarixədək illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3500.00 AZN məbləğində borcunun qaytarılmasını Cavabdeh3 oğu öz üzərinə götürmüşdür. 009FİZAM77961801 saylı 22.11.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh3 2488,02 manat məbləğində əsas, 64,24 manat məbləğində faiz borcu olmaqla cəmi 2552,26 manat məbləğində borcu vardır. İddiaçı ASC 15.02.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Cavabdeh3 oğu arasında kredit xətti müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdehə 21.05.2021-ci il tarixədək illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3500.00 AZN məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı bankla digər Cavabdeh2 və Cavabdeh1 arasında 009FİZAM77961801 saylı 22.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 və Cavabdeh1 digər Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, 009CASA193260011 saylı 22.11.2019cu il tarixli müqavilə üzrə əsas borc 2488,02 manat, faiz borcu isə 64,24 manatdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 oğu kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər üç cavabdehdən müştərək qaydada tutulması tələbində də haqlıdır. Belə ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi mövcud olduğundan və müqavilə hazırda qüvvədə olduğundan həmin cavabdeh iddiaçı qarşısında digər Cavabdeh3 oğu ilə eyni həcmdə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 2488,02 (iki min dörd yüz səksən səkkiz) manat, faiz borcuna görə 64,24 (altmış dörd manat iyirmi dörd qəpik) manat olmaqla cəmi 2552,26 (iki min beş yüz əlli iki manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 64,24 (altmış dörd manat iyirmi dörd qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 2488,02 (iki min dörd yüz səksən səkkiz) manat, faiz borcuna görə 64,24 (altmış dörd manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 45,53 (qırx beş manat əlli üç qəpik) manat olmaqla cəmi 2597,79 (iki min beş yüz doxsan yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1900/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1900/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver