Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1901/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1761.00 manat sığorta ödənişi və ödənilmiş 37.61 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərcinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus olan Cavabdeh2 tərəfindən idarə olunan ** ZP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** RR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE43 markalı avtonəqliyyat vasitəsinə 08.06.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar 10.06.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. “X1” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** RR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE43 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6761,00 (altı min yeddi yüz altmış bir) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 12.08.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6761,00 (altı min yeddi yüz altmış bir) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası olan “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən 5000,00 manat şirkətə ödənilmişdir. Ödənilmiş məbləğdən 5000,00 manat sığorta ödənişi çıxılmış və 1761,00 (bir min yeddi yüz altmış bir) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş edilmiş və cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdehlə tələb olunan məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gəlindiyini və bu barədə tərəflər arasında razılaşma əldə olunduğunu bildirərək həmin barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq olunaraq işə yekun vurulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 ilə borcun ödənilməsi barədə razılığa gəldiklərini, onun 500 AZN ilkin ödəniş etdiyini, qalan 1299,01 manatı isə 12 ay ərzində ödəyəcəyi, 2 ay müddətində ödəniş etmədiyi təqdirdə isə güzəşt və müddətli ödəniş razılaşmasının qüvvədən düşəcəyi barədə razılaşdıqlarını bildirdi və məhkəmədən aralarında tərtib edilmiş razışalmanın təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaçı ilə tələb olunan pul məbləği barəsində razılığa gəldiklərini bildirərək, 500 AZN ilkin ödəniş etdiyini, qalan 1299,01 manatı isə 12 ay ərzində ödəyəcəyi, 2 ay müddətində ödəniş etmədiyi təqdirdə isə güzəşt və müddətli ödəniş razılaşmasının qüvvədən düşməsinə razılaşdığını bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 18.05.2022-ci il tarixli “subroqasiya ödənişi üzrə qarşılıqlı razılaşma protokol”una və ona 1 saylı əlavədən görünür ki, tərəflər qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: 1) ** ZP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə 08.06.2021-ci il tarixində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “İddiaçı”nın İ-MİO-OO15/20 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği Subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 500 (beş yüz) manat ilkin ödənişdən sonra 12 (on iki) ay ərzində 1 299,01 (bir min iki yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində müəyyən edilir. 2) “Cavabdeh şəxs” vurulmuş ziyanın əvəzi 1 299,01 (bir min iki yüz doxsan doqquz manat bir qəpik) manat məbləği X3nun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 12 (on iki) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə “İddiaçıya” ödəyir. 3) “İddiaçı” “Cavabdeh şəxsə” irəli sürdüyü 1 299.01 (bir min iki yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra “Cavabdeh şəxsə” qarşı bu subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyri-maddi tələbinin olmadığını bildirir. 4) “Cavabdeh şəxs” 2 (iki ay) müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır. 5) X3 imzalandığı gündən qüvvəyə minir. “Tərəflər” bu protokolun şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 6) X3 Azərbaycan dilində olmaqla 2 (iki) nüsxədə tərtib olunur və hər 2 (iki) nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Razılaşma protokolunun bir nüsxəsi “İddiaçı” tərəfdə, digər nüsxəsi “Cavabdeh” tərəfdə qalır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında tərtib edilmiş sənəd qarşılıqlı razılaşma protokolu adlandırılsa da, bu sənəd protokol deyil, tərəflər arasında razılaşdırılmış şərtləri özündə əks etdirən barışıq sazişidir. İddiaçı tərəfin nümayəndəsi də izahatında “protokol” sözünün yalnış olaraq yazıldığını bildirmişdir. Ona görə də, məhkəmə bu sənədi barışıq sazişi kimi qəbul edir. Məhkəmə hesab edir ki, hazırki barışıq sazişi digər Cavabdeh1 hüquq və mənafelərini pozmadığına görə qanunvericiliyin tələbləri baxımından əsaslı və qanuni hesab edilərək təsdiq edilməlidir. AR MPM-nin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə nəzərə alır ki, ididaçının digər Cavabdeh1 qarşı hazırkı iş üzrə tələbi yoxdur. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1)**-ZP-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə 08.06.2021-ci il tarixində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “İddiaçı”nın İ- MİO-OO15/20 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği Subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 500 (beş yüz) manat ilkin ödənişdən sonra 12 (on iki) ay ərzində 1 299,01 (bir min iki yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində müəyyən edilir. 2) “Cavabdeh şəxs” vurulmuş ziyanın əvəzi 1 299,01 (bir min iki yüz doxsan doqquz manat bir qəpik) manat məbləği X3nun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 12 (on iki) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə “İddiaçıya” ödəyir. 3) “İddiaçı” “Cavabdeh şəxsə” irəli sürdüyü 1 299.01 (bir min iki yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra “Cavabdeh şəxsə” qarşı bu subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyri-maddi tələbinin olmadığını bildirir. 4) “Cavabdeh şəxs” 2 (iki ay) müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır. 5) X3 imzalandığı gündən qüvvəyə minir. “Tərəflər” bu protokolun şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 6) X3 Azərbaycan dilində olmaqla 2 (iki) nüsxədə tərtib olunur və hər 2 (iki) nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Razılaşma protokolunun bir nüsxəsi “İddiaçı” tərəfdə, digər nüsxəsi “Cavabdeh” tərəfdə qalır. İş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 18.80 manat hissəsi iddiaçıya, digər 18.80 manat hissəsi isə Cavabdeh2 aid edilsin. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1901/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1901/2022
20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver