Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1901/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4889/2014 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq ona, yəni İddiaçı Tofiq qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Tofiq qızı xx.xx.2019-cu il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlib. Suraxanı rayon məhkəməsinin 2(010)-4889/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikaha xitam verilib və xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər uşağa görə 350 (üç yüz əlli) manat, cəmi 700 manat sabit pul məbləğində alimentin tutularaq ona (İddiaçı Tofiq qızına) verilməsi qət edilmişdir. Cavabdeh 700 manatla bərabər hər ay uşağın baxça xərclərini də ödəyirdi, artıq bu xərcləri ödəməkdən imtina edir. Bu isə onun üçün bir sıra ciddi maddi problemlər yaradır. Belə ki, cavabdeh rəsmi olaraq işləyir və hər ay 4000 manata yaxın məvacib alır. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə iddiaçı çəkir. Qeyd edilir ki, uşaqların təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək onun üçün tək qadın olaraq çox çətindir. Hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün xərcləri ödəməlidir. Buna görə də, “aliment məbləği dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərin) 1/3 miqdarında alimentin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, alimentin dəyişdirilməsi və əmək haqqına yönəldilməsi ilə bağlı iddia qaldırmışdırlar. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşağa 350 manat sabit pul məbləğində aliment kəsilmişdi. Xanım həmin məbləğlə razı deyil. Gəlirlərin 1/3 hissəsində aliment tutulmasını istəyir. Cavabdeh həmişə bu işdə işləyib. Xanım özü məhkəmə iclasında iştirak etməyib. Nümayəndəsi və vəkili xanımın xəbəri olmadan iclasda 700 manat aliment məbləği ilə razılaşıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 449383 nömrəli xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 2492 sayla qeyd edilmişdir. 6 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 716057 nömrəli xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 844 sayla qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4889/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, iddiaçı Cavabdeh və cаvаbdeh İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə 1624 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 cаvаbdeh İddiaçı yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddiaçı Cavabdeh hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi və s. qət edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025- 00251 nömrəli “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt- kargüzarlıq xidmətlərinə dair xərc ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh “ASG Business Aviation" Məhdud Məsuliyyətli Cəmiyyəti”ndə (VÖEN: **********) 3255 manat əmək haqqı almaqla baş aşbaz vəzifəsində çalışır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: ...76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;... 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı. “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4889/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin qətnamə qəbul edilərkən, baxış iclasında iddiaçının nümayəndəsi və vəkili alimentin hər ay hər uşağa görə sabit pul məbləğində - 235 manat olmaqla tutulması ilə razılaşdıqlarını bildirdiyindən, aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla 235 manat məbləğində tutulmuşdur. Lakin, hazırki məhkəmə araşdırması nəticəsində cavabdehin 3255 manat əmək haqqı aldığı məlum olmuşdur. Belə ki, hazırda tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 iddiaçı ilə yaşayırlar. Uşaqları öz yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşaqların əvvəlki təminatının saxlanılması üçün cavabdehdən aliment miqdarının sabit pul məbləğində deyil, onun qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında müəyyən edilməklə dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı aliment məbləğinin cavabdehin hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin aylıq maaşının 3255 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd edilənləri və valideynlərin maddi vəziyyəti, uşaqların üstün maraq və mənafelərini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq, məhkəmə qeyd edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Plenumunun Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi aliment miqdarının dəyişdirilməsi ilə bağlı qətnamələrdə nəzərdə tutulan aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur, lakin aliment miqdarının dəyişdirilməsi ilə bağlı qətnamələr dərhal icra olunmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-4889/2014 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment məhkəməyə müraciət etdiyi gündən – xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı Tofiq qızına ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (3255/3x12= 13020) mütənasib olan 129.06 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Suraxanı rayon Məhkəməsinin 2(010)-4889/2014 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı Tofiq qızına ödənilsin. Ödənilməmiş 129.06 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva