Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1904/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.958 (altı min doqquz yüz əlli səkkiz) manat əsas borc, 1.527 (bir min beş yüz iyirmi yeddi) manat cərimə borcu, real zərər olaraq 300 (üç yüz) manat məbləğində avtomobilin təmir xərci, vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat məbləğində pul vəsaiti, ümumilikdə 9.085 (doqquz min səksən beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş 110,85 (bir yüz on manat 85 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı MMC (“Satıcı”) Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 036 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Leap Motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL52PD062007), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının sahibliyi və istifadəsinə verilmiş, nəqliyyat vasitəsinin dəyəri tam şəkildə ödənildikdən sonra isə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 89.472 (səksən doqquz min dörd yüz yetmiş iki) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 48 ay müddətinə, ayda 1.864 (bir min səkkiz yüz altmış dörd) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə ilkin ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ilk aylar ərzində aylıq ödənişləri həyata keçirmiş, lakin daha sonra heç bir ödəniş etməmişdir. Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılmış, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən gecikdirilmiş öhdəliklərinin icra edilməsi təmin edilməmişdir. Cavabdeh öhdəliklərini icra etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması, yəni avtomobilin qanuni sahibliyə geri qaytarılması tarixinədək 3,5 aylıq müddətdə ödəniş öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli 036 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Leap Motor C11 markalı, ** YE *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzimizə gətirilmişdir. Bildirir ki, avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış aktına uyğun olaraq avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərcinin məbləği 300 (üç yüz) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək, cavabdeh tərəfindən 4 aylıq ödənişin tam şəkildə həyata keçirilməsinə baxmayaraq, son 3,5 ay üzrə isə ümumiyyətlə ödəniş həyata keçirilməmişdir. Nəticə etibarı ilə cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi, yəni 6958 (altı min doqquz yüz əlli səkkiz) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün avtomobilin geri qaytarıldığı günə qədər hesablanmış 1.527 (bir min beş yüz iyirmi yeddi) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 8.785 (səkkiz min yeddi yüz səksən beş) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. xx.xx.2024-cü il tarixli X1 Şəhadətnaməsinin surətindən görünür ki, ağ dam qara rəngli, **-YE-*** dövlət qeydiyyat nişanlı, Leap Motor C11 markalı (VİN: LFZ63AL52PD062007) avtomobil İddiaçı mülkiyyətindədir.
6. xx.xx.2024-cü il tarixli, 036 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, Satıcı İddiaçı Leap Motor C11 markalı, ağ dam qara rəngli, buraxılış ili 2023-cü il olan (VİN: LFZ63AL52PD062007) avtomobili Alıcı Cavabdeh satmağı, alıcı isə həmin avtomobilin razılaşdırılmış dəyəri olan 89472 (səksən doqquz min dörd yüz yetmiş iki) manat pul vəsaitini xx.xx.2024-cü il tarixdən etibarən 48 ay müddətində aylıq 1864 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
7. İddiaçı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə dövrü üzrə müəyyən ödənişlər həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixə olan borcu 6958 manat əsas borc və 1527 manat cərimə borcu təşkil edir.
8. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ümumilikdə 7719 manat mövcud borc məbləğinin 7 gün ərzində ödənilməsi, əks təqdirdə müqaviləyə xitam verilməklə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış “Müqaviləyə xitam verilməsi” barədə xəbərdarlıq məktubundan görünür ki, onun tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyindən xx.xx.2024-cü il tarixli, 036 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə xitam verilmişdir.
10. İddiaçı “Təmir aktı”ndan görünür ki, **-YE-*** dövlət qeydiyyat nişanlı, Leap Motor C11 markalı (VİN: LFZ63AL52PD062007) avtomobilin təmir xərci kimyəvi təmizlənmə 150 manat və cilalanma xərci 150 manat olmaqla ümumilikdə 300 manat təkil edir.
11. “Hüquqi yardım göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli, EM-1535VK-18148/25 nömrəli müqavilədən görünür ki, vəkil tərəfindən hüquqi yadım göstərilməsi ilə əlaqədar xidmətə görə İddiaçı tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir.
İşin faktiki halları
12. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 036 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək hazırki iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəffindən iddia tələbinə etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
16. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş və həmin müqavilənin etibarsızlığına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli, 036 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi əsasında satıcı İddiaçı Leap Motor C11 markalı, ağ dam qara rəngli, buraxılış ili 2023-cü il olan (VİN: LFZ63AL52PD062007) avtomobili alıcı Cavabdeh satmağı, alıcı isə həmin avtomobilin razılaşdırılmış dəyəri olan 89472 (səksən doqquz min dörd yüz yetmiş iki) manat pul vəsaitini xx.xx.2024-cü il tarixdən etibarən 48 ay müddətində aylıq 1864 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliyinə lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh qeyd olunan müqavilə üzrə ödəniş qrafikinə uyğun yalnız müəyyən dövr üzrə ödənişlər həyata keçirmiş və qalıq məbləği ödəməməklə öhdəliyini tam şəkildə icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd olunan – müqavilə üzrə ödənilməmiş 6958 manat əsas borcu tələb etməkdə haqlıdır.
17. Məhkəmə hesab edir ki, iddia tələbi tələb olunan 1527 manat cərimə borcuna münasibətdə isə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin 2.4-cü bəndindən göründüyü kimi, müqavilə üzrə ödənişin gecikdiriləcəyi hər gün üçün alıcının satıcıya Müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəməsi nəzərdə tutulmuşdur. Məhkəmə müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbində cavabdehdən alqısatqı müqaviləsinin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etməkdə haqlı olsa da, lakin, bununla belə, məhkəmə tələb edilən dəbbə pulunun əsas borca münasibətdə mütənasib olmadığı qənaətinə gəlir və hesab edir ki, dəbbə pulu azaldılmalı və 300 manat həddində müəyyən edilməlidir.
18. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi avtomobilə dəymiş zərər görə tələb edilən 300 manat pul vəsaitinə münasibətdə də əsaslıdır. Belə ki, iş materiallarında olan təmir aktından göründüyü kimi, avtomobil iddiaçıya təhvil verildikdən sonra ona ümumilikdə 300 manat təmir xərci ilə bağlı pul vəsaiti sərf edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
19. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi həmçinin iş üzrə iddiaçı tərəfindən vəkilə hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manatın cavabdehdən tutulması hissəsində də əsaslıdır. Belə ki, məhkəmə hazırki iş üzrə iddia tələbinin mahiyyətini və vəkil tərəfindən hazırki işə sərf olunan vaxt miqdarını nəzərə almaqla 300 manat məbləğində ödənilmiş vəkil xərcini ağlabatan hesab edir və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 98.58 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6958 manat əsas borc, 300 manat cərimə, 300 manat avtomobilin təmiri xərci və vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat pul vəsaiti olmaqla, ümumilikdə 7858 manat pul tutularaq İddiaçı hesabına ödənilməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 98.58 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6958 manat əsas borc, 300 manat cərimə, 300 manat avtomobilin təmiri xərci və vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat pul vəsaiti olmaqla, ümumilikdə 7858 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 98.58 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov