Məhkəmə qərarları › İş №e-2(010)-1934/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1934/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1934/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Bank Mellı̇ İ̇ran Bakı Fı̇ lı̇ alının cavabdeh Vəlı̇ yeva Həcər Davı̇ d qızı və Vəlı̇ yev Araz Vəli oğluna qarşı "borc" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Mellı̇ İ̇ran Bakı Fı̇ lı̇ alının cavabdeh Vəlı̇ yeva Həcər Davı̇ d qızı və Vəlı̇ yev Araz Vəli oğluna qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Vəlı̇ yeva Həcər Davı̇ d qızı və Vəlı̇ yev Araz Vəli oğlundan 95,07 manat kredit borcunun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası 23 iyun 2023-cü il tarixə, saat 10:15-ə təyin edilmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. İddiaçı Bank Mellı̇ İ̇ran Bakı Fı̇ lı̇ alı xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndədərək, cavabdehlərin kredit borcu və dövlət rüsumunu tam məbləğdə ödədikləri üçün iddianın baxılmamış saxlanılmasını və işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank Mellı̇ İ̇ran Bakı Fı̇ lı̇ alının cavabdeh Vəlı̇ yeva Həcər Davı̇ d qızı və Vəlı̇ yev Araz Vəli oğluna qarşı "borc" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar