Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1937/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin (bundan sonra mətndə "xxxx" ASC) ċavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 17500 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 17325 manat məbləğində pul verilmişdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 5.497,08 manat əsas, 520,51 manat faiz, 187,12 manat cərimə borcu olmaqla, cəmi 6204,71 manat borcu vardır.
4. Bildiriş-xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
5. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17% ödəmək şərtilə 20000 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 19600 manat məbləğində pul verilmişdir.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 17.329,99 manat əsas, 1.446,76 manat faiz, 97,44 manat cərimə borcu olmaqla, cəmi 18.874,19 manat borcu vardır.
8. Bildiriş-xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 165,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
10. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
11. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər iki Kredit müqavilsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə 19 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 5.497,08 manat, xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 520,51 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 187,12 manat, cəmi 6.204,71 manat; 16 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 17.329,99 manat, xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 1.446,76 manat, xx.xx.2023cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 97,44 manat, cəmi 18.874,19 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 25.078,9 manat kredit borcun və ödənilmiş 165,23 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sonradan iddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 5.497,08 manat, xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 520,51 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 187,12 manat, cəmi 6.204,71 manat; 16 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 17.329,99 manat, xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 1.446,76 manat, xx.xx.2023cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 97,44 manat, cəmi 18.874,19 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 25.078,9 manat kredit borcun və ödənilmiş 165,23 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
13. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbi müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 17500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən kredit məbləği 36 ay müddətinə eyni şərtlər əsasında verilmişdir. Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh əvvəlki iclasda müxtəlif bəhanələr gətirərək gah kredit məbləğini icra etmədiyini, gah həmin pul məbləğini məxaric etmədiyini bildirmişdir. Lakin “Elektron Məhkəmə” sistemi ilə göndərilmiş və “əsli ilə düzdür” kassa məxaric orderlərindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə 17325 manatı, xx.xx.2022-ci il tarixdə isə 19600 manat məbləği kassa məxaric orderinə imza edərək qəbul etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
14. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, kredit müqavilələri onun adına olsa da, təsisçisi olduğu şirkətin əvvəlki payçısı, ortağı Sərxan Xubanlı və şirkətin direktoru Vügay Əliyev birlikdə bu və şirkətə aid digər kreditləri öz şəxsi istifadələrinə yönətmiş və ondan gizlətmişlər. Bu barədə aidiyyəti üzrə Mərkəzi Banka da müraciət olunmuşdur. Buna görə də evli və uşaqlarının olduğunu, həmçinin işləmədiyini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
17. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5.497,08 manat əsas, 520,51 manat faiz, 187,12 manat cərimə borcu olmaqla, cəmi 6204,71 manat, və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 17.329,99 manat əsas, 1.446,76 manat faiz, 97,44 manat cərimə borcu olmaqla, cəmi 18.874,19 manat, ümumilikdə 25.078,90 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.
19. Məhkəmə Cavabdeh məhkəmə iclasında adlarını səsləndirdiyi və cavabdehlər kimi cəlb olunmasını xahiş etdiyi digər şəxslərlə bağlı izahatına münasibətdə qeyd edir ki, kredit müqaviləsi İddiaçı ASC və Cavabdeh ilə bağlandığından və kassa məxaric orderinə cavabdeh imza ataraq pul məbləğini təhvil aldığından, digər şəxslərin hazırki iş üzrə iddia predmetinə əlaqəsi yoxdur və qeyd olunan hallarla bağlı cavabdehin aidiyyəti üzrə müraciət etmək hüququ vardır. Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165,23 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5.497,08 manat əsas, 520,51 manat faiz, 187,12 manat cərimə borcu olmaqla, cəmi 6204,71 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 17.329,99 manat əsas, 1.446,76 manat faiz, 97,44 manat cərimə borcu olmaqla, cəmi 18.874,19 manat, ümumilikdə 25.078,90 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5.497,08 manat əsas, 520,51 manat faiz, 187,12 manat cərimə borcu olmaqla, cəmi 6204,71 (altı min iki yüz dörd manat yetmiş bir qəpik) manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 17.329,99 manat əsas, 1.446,76 manat faiz, 97,44 manat cərimə borcu olmaqla, cəmi 18.874,19 (on səkkiz min səkkiz yüz yetmiş dörd manat on doqquz qəpik) manat, ümumilikdə 25.078,90 (iyirmi beş min yetmiş səkkiz manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165,23 (bir yüz altmış beş manat iyirmi üç qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.