Məhkəmə qərarları › İş №e-2(010)-194/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-194/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-194/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Mikayılova (Murtuzova) Xədicə Lətif qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi X1 vərəsələri Mikayılova (Murtuzova) Xədicə Lətif qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 9305.94 manat əsas borcu və 1335.92 manat fazi borcu olmaqla cəmi 10641.86 manat, məhkəməyə müraciət üçün ödənilmiş 121.93 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması. İddia tələbinin dəlilləri "xxxx" ASC-nin Sabunçu filialı ilə X10 arasında bağlanmış BPM**********42 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X7 illik 19%-lə 42 ay müddətinə 10000 (on min) manat kredit verilmişdir. X3 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 520 saylı, xx.xx.2023-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, X6 qızları Cavabdeh1 və Cavabdeh2 və oğlu Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almış, vərəsə kimi tanınmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qalmış əmlak Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 70, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 97.53 kv/m olan 5 (beş) otaqlı mənzildən ibarətdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən görə X6 Banka ödənilməmiş qalan 9305.94 manat əsas borcu və 1335.92 manat fazi borcu olmaqla, cəmi 10641.86 manat borcu vardır. Cavabdehlər qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlərə xx.xx.2023-cü il tarixində bildiriş məktubu göndərilmiş və cavabdehlər tərəfindən məktub qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, o və bacısı Xədicə miras paylarını digər bacısı Səadətə bağışlamışlar. Eləcə də, bildirdi ki, icra qeydinə əsasən iş icraya göndərilmiş və icra qurumunda icraata xitam verilmişdir. Ona görə də iddia tələbi rədd edilməlidir. İş üzrə cavabdeh Mikayılova (Murtuzova) Xədicə Lətif qızı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh qismində çıxış edən Mikayılova (Murtuzova) Xədicə Lətif qızı digər Cavabdeh3 izahatına uyğun izhat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları "xxxx" ASC ilə X10 arasında bağlanmış BPM**********42 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, X10 Azərbaycan Beynəlxalq Bankı” ASC-dən illik 19 faizlə 42 ay müddətinə 10000 (on min) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 2 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 808 saylı məktubundan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X8 Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1dır, ünvan 1 ünvanında qeydiyyatda olan qızı- Cavabdeh2dır və ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə yəni 1/3 hissədə olmaqla pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X7 verilmiş **********61-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97.53 kv/m, yaşayış sahəsi 65.03 kv/m, yardımçı sahəsi 32.5 kv/m, 5 (beş) otaqlı olan mənzildən ibarətdir. Cavabdeh3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 2019-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmuş atası X10 vəfat etmişdir. Ondan qalan miras əmlaklar: Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, "AB" Y\S, ev 70 ünvanında yerləşən 15 saylı mənzildən ibarətdir. Məhrumun ondan başqa aşağıdakı vərəsələri vardır: Cavabdeh1; Cavabdeh2. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 2019-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmuş atası X10 vəfat etmişdir. Ondan qalan miras əmlaklar: Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, "AB" Y\S, ev 70 ünvanında yerləşən 15 saylı mənzildən ibarətdir. Məhrumun ondan başqa aşağıdakı vərəsələri vardır: Cavabdeh3; Cavabdeh2. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 2019-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmuş atası X10 vəfat etmişdir. Ondan qalan miras əmlaklar: Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, "AB" Y\S, ev 70 ünvanında yerləşən 15 saylı mənzildən ibarətdir. Məhrumun ondan başqa aşağıdakı vərəsələri vardır: Cavabdeh1; Cavabdeh3. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2020-ci il tarixli, 2V-370 reyestr №-li vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özlərinə çatası 1/3 (üçdə bir) hissə olan vərəsə sırasından olan və öz növbəsində 1/3 (üçdə bir) hissə payı olan Cavabdeh2 bağışlamışdır. 2 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişlər. xx.xx.2023-cı il tarixli maliyyə arayışından görünür ki, X6 iddiaçı banka 9.305.94 manat məbləğində əsas, 1.335.92 manat məbləğində faiz borcu vardır. Bakı şəhəri 35 saylı Notariat ofisinin Bİ-3386 saylı xx.xx.2020-ci il tarixli icra qeydindən görünür ki, AZ1005, ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xeyrinə Bakı, Y/Günəşli qəs "AB" Y\S 70 15 ünvanında qeydiyyatda olan X5 (AZE02758516, xx.xx.2005 - Suraxanı) BPM**********42 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10642 manat 26 qəpik (on min altı yüz qırx iki manat iyirmi altı qəpik) tutulmalıdır. Bundan əlavə təklif edir borcludan X5 tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10662 manat 26 qəpik (on min altı yüz altmış iki manat iyirmi altı qəpik) pul tutulmalıdır. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.Əliyevin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, icra sənədinə əsasən borclu X5 10662,26 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra icraatı zamanı məlum olmuşdur ki, borclu X10 xx.xx.2019-cu ildə ölmüşdür. Həmin qərarla, Bakı şəhəri 35 saylı Notariat ofisinin Bİ-3386 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşin faktiki halları "xxxx" ASC və X10 (Borcalan) arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borcalana 19 faizlə, 42 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verməyi, Borcalan isə həmin krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mikayılova (Murtuzova) Xədicə Lətif qızı, Cavabdeh2 və Cavabdeh3 X1 övladlarıdır. Mərhumdan Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, "AB" Y\S, ev 70 ünvanında yerləşən 15 saylı mənzil miras qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank mərhum Borcalanla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Borcalanın müqavilə öhdəliyi yerinə yetirilmədən qalmışdır. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun Bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə vurğulayır ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sözügedən kredit müqaviləsi üzrə əsas borc 9305.94 manat və fazi borcu isə 1335.92 manat təşkil edir. Vərəsələrin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, mərhum Lətif Murtuzovdan Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, "AB" Y\S, ev 70 ünvanında yerləşən 15 saylı mənzil miras qalmışdır. Məhkəmə qeyd edir ki, mərhumdan miras qalmış əmlakın dəyərinin mərhumun iddiaçı Bank qarşısında olan borcunun məbləğindən az olması mübahisələndirilməmişdir. Belə olan halda vərəsə-cavabdehlər mərhum Lətif Murtuzovdan iddiaçı Banka olan borcun tam həcminə görə mirasdan əldə etdikləri paylara mütənasib məsuliyyət daşımalıdır. Cavabdehlər Xədicə Mikayılova və Cavabdeh3 izahatlarında miras paylarını digər Cavabdeh2 bağışladıqlarını və bu səbəbdən atalarının bank qarşısında ödənilməmiş öhdəliyi üçün məsuliyyət daşımadıqlarını bildirmişlər. İddia tələbinə etirazın bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarından müəyyən olunur ki, cavabdehlər Xədicə Mikayılova və Cavabdeh3 atalarından qalmış mirasdan imtina etməmiş, sadəcə qəbul etdikləri miras payı bacıları Cavabdeh2 bağışlamışlar. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlərin irəli sürdüyü dəlillər əsassızdır və nəzərə alınmamalıdır. Bundan başqa, məhkəmə vurğulayır ki, cavabdehlər Xədicə Mikayılova və Cavabdeh3 icra qeydinə əsasən işin icraya yönəldildiyi və icra orqanı tərəfindən icraata xitam verilməsi səbəbindən də iddianın təmin edilməməli olduğunu hesab etmişlər. Etirazın bu qisminə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə xx.xx.2020-ci il tarixində Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən "xxxx" ASC-nin xeyrinə X5 BPM**********42 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10642.26 manat məbləğində vəsaitin tutulması barədə icra qeydi aparılmışdır. Daha sonra, yəni xx.xx.2021-ci il tarixində həmin icra sənədinə Suraxanı rayon İcra Şöbəsi tərəfindən borclunun xx.xx.2019-cu il tarixində vəfat etməsi səbəbindən xitam verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixində vəfat etmiş borclu barəsində vəfatından sonra icra qeydi aparılmışdır. Məhkəmə hesab edir ki, ölmüş şəxslə bağlı aparılmış icra qeydi əsasında açılmış icra işinə şəxsin ölməsi səbəbindən xitam verilməli olması iddiaçının hazırki iddia tələbi ilə mərhum borclunun vərəsələrindən öhdəliyin icrasını tələb etməsinə mane olmur. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini hər üç cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Mikayılova (Murtuzova) Xədicə Lətif qızı, Cavabdeh2 və Cavabdeh3 mərhum X5 miras qalmış əmlakdakı paylarına mütənasib olaraq BPM**********42 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9305.94 (doqquz min üç yüz beş manat doxsan dörd qəpik) manat, faiz borcuna görə 1335.92 (bir min üç yüz otuz beş manat doxsan dörd qəpik) manat olmaqla, cəmi 10641.86 (on min altı yüz qırx bir manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 121.93 (bir yüz iyirmi bir manat doxsan üç qəpik) manat məbləğdə pul vəsaiti cavabdehlər Mikayılova (Murtuzova) Xədicə Lətif qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Mikayılova (Murtuzova) Xədicə Lətif qızı, Cavabdeh2 və Cavabdeh3 mərhum X5 miras qalmış əmlakdakı paylarına mütənasib olaraq BPM**********42 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9305.94 (doqquz min üç yüz beş manat doxsan dörd qəpik) manat, faiz borcuna görə 1335.92 (bir min üç yüz otuz beş manat doxsan dörd qəpik) manat olmaqla, cəmi 10641.86 (on min altı yüz qırx bir manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 121.93 (bir yüz iyirmi bir manat doxsan üç qəpik) manat məbləğdə pul vəsaiti cavabdehlər Mikayılova (Murtuzova) Xədicə Lətif qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar