Məhkəmə qərarları › İş №e-2(010)-1973/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1973/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1973/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********39912 Xiaomi Redmi 9C markalı telefon, X1, Matras, İmei kodu **********45084 X2 8 markalı telefon, Sony Tv, İmei Kodu **********84598 Xiaomi Poco M3 Pro markalı telefon almış və nəticədə 1810 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525 manat (18 ay x 27,5 manat + 30 manat ilkin ödəniş) olan, İmei kodu **********39912 Xiaomi Redmi 9C markalı telefon üçün ümumilikdə, 44 manat olmaqla ondan, 40 manat ödənilməmiş hissə, 4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manat (24 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan X1, Matras üçün ümumilikdə, 452 manat olmaqla ondan, 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 694,8 manat (18 ay x 38,6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********45084 X2 8 markalı telefon üçün ümumilikdə, 447 manat olmaqla ondan, 406,8 manat ödənilməmiş hissə, 40,2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 874,98 manat (18 ay x 48,61 manat + 0 manat ilkin ödəniş) olan Sony Tv üçün ümumilikdə, 457 manat olmaqla ondan, 415,5 manat ödənilməmiş hissə, 41,5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 777,24 manat (18 ay x 39,68 manat + 63 manat ilkin ödəniş) olan İmei Kodu **********84598 Xiaomi Poco M3 Pro markalı telefon üçün ümumilikdə, 410 manat olmaqla ondan, 372,24 manat ödənilməmiş hissə, 37,76 manat cərimə məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1802.48 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

İddiaçının tələbi:

2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39912 Xiaomi Redmi 9C markalı telefon üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, X1, matras üçün 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********45084 X2 8 markalı telefon üçün 406,8 manat ödənilməmiş hissə, 40,2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sony Tv üçün 415,5 manat ödənilməmiş hissə, 41,5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********84598 Xiaomi Poco M3 Pro markalı telefon üçün 372,24 manat ödənilməmiş hissə, 37,76 manat cərimə, ümumilikdə, 1810 manat borc və 38,10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 525 manat olan İmei kodu İmei kodu **********39912 Xiaomi Redmi 9C markalı telefon hər ay 27,5 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

5. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 576 manat olan X1, matras hər ay 24 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır.

6. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 694,8 manat olan İmei kodu **********45084 X2 8 markalı telefon hər ay 38,6 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

7. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 874,98 manat olan Sony TV hər ay 48,61 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

8. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 777,24 manat olan İmei Kodu **********84598 Xiaomi Poco M3 Pro markalı telefon hər ay 39,68 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.

9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 40 manat ödənilməmiş hissə, 4 manat cərimə olmaqla – cəmi 44 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 411 manat ödənilməmiş hissə, 41 manat cərimə olmaqla – cəmi 452 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 406,8 manat ödənilməmiş hissə, 40,2 manat cərimə olmaqla – cəmi 447 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 415,5 manat ödənilməmiş hissə, 41,5 manat cərimə olmaqla – cəmi 457 manat məbləğində borc; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 372,24 manat ödənilməmiş hissə, 37,76 manat cərimə olmaqla – cəmi 410 manat məbləğində borc, ümumilikdə 1645,54 manat ödənilməmiş hissə, 164,46 manat cərimə olmaqla – cəmi 1810 manat məbləğində borcu vardır.

10. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

11. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 38,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

16. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş əsas məbləğ, 4 manat cərimə məbləğində borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş əsas məbləğ, 41 manat cərimə məbləğində borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406,8 manat ödənilməmiş əsas məbləğ, 40,2 manat cərimə məbləğində borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 415,5 manat ödənilməmiş əsas məbləğ, 41,5 manat cərimə məbləğində borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 372,24 manat ödənilməmiş əsas məbləğ, 37,76 manat cərimə məbləğində borc, ümumilikdə 1810 manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş əsas məbləğ, 4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş əsas məbləğ, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406,8 manat ödənilməmiş əsas məbləğ, 40,2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 415,5 manat ödənilməmiş əsas məbləğ, 41,5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 372,24 manat ödənilməmiş əsas məbləğ, 37,76 manat cərimə olmaqla, cəmi 1810 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 411 manat ödənilməmiş hissə, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406,8 manat ödənilməmiş hissə, 40,2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 415,5 manat ödənilməmiş hissə, 41,5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 372,24 manat ödənilməmiş hissə, 37,76 manat cərimə olmaqla, cəmi 1810 (min səkkiz yüz on) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,10 (otuz səkkiz manat on qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar