Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2038/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan Dəmı̇ rbank ASC-nin cavabdehlər Cavabdeh1 Elmı̇ dar oğlu, Nəcəfov Ramı̇ l Fəxrəddı̇ n oğlu və Xankı̇ şı̇ yev Nurlan Alı̇ m oğluna qarşı kredit borcu tələbinə dair mülki iş üzrə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1 Elmı̇ dar oğlu, Nəcəfov Ramı̇ l Fəxrəddı̇ n oğlu və Xankı̇ şı̇ yev Nurlan Alı̇ m oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 10841.65 (on min səkkiz yüz qırx bir Manat 65 qəpik) manat - bundan 3297.68 (üç min iki yüz doxsan yeddi manat 68 qəpik) manat əsas, 2751.25 (iki min yeddi yüz əlli bir manat 25 qəpik) manat faiz, 4310.18 (dörd min üç yüz on Manat 18 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 482.54 (dörd yüz səksən iki Manat 54 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 122.53 (bir yüz iyirmi iki manat 53 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Nəcəfov Ramı̇ l Fəxrəddı̇ n oğlu arasında bağlanmış ********* nömrəli 18 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 faiz olmaqla 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən X2 və X3 ilə Bank arasında 150002704/ZM nömrəli 18 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli 12.08.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən 18.06.2014-cü il tarixli müqavilələrə dəyişikliklər edilmişdir. X10 əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 4274.02 (dörd min iki yüz yetmiş dörd ABŞ dolları 02 sent) ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 20 ay təyin edilmişdir. Kreditin illik faiz dərəcəsi 26 (iyirmi altı) % təyin edilmişdir. Kreditor, Borcalan və zamin X5 18.06.2014-cü il tarixli müqavilələrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər.Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli 29.03.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən 18.06.2014-cü il tarixli müqavilələrə dəyişikliklər edilmişdir. X10 əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonar “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.4 AZN) 4687.45 (dörd min altı yüz səksən yeddi Manat 45 qəpik) AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 29.03.2019-cu il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir. Kreditor, Borcalan və zamin Cavabdeh3 və Cavabdeh1 18.06.2014-cü il tarixli müqavilələrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilinəsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərinvə müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********758 və **********933 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 10.02.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 10841.65 (on min səkkiz yüz qırx bir Manat 65 qəpik) Manat təşkil edir. Bundan 3297.68 (üç min iki yüz doxsan yeddi Manat 68 qəpik) Manat əsas, 2751.25 (iki min yeddi yüz əlli bir Manat 25 qəpik) Manat faiz, 4310.18 (dörd min üç yüz on Manat 18 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 482.54 (dörd yüz səksən iki Manat 54 qəpik) Manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirərək onun ABŞ dolları ilə götürdüyü kreditin restruktizasiya ilə silindiyini, əksinə bankın ona artıq məbləği qaytardığını bildirdi. Bundan əlavə, bankın bilərəkdən uzun müddətdən sonra ona qarşı iddia qaldırmasını faiz məbləğinin qəsdən şişirdilməsi olduğunu bildirdi. Cavabdeh, bundan başqa məhkəməyə ərizə ilə müraciət edərək müqavilənin müddətinin bitdiyinə görə iddianı təmin etməməyi xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli 18 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 faiz olmaqla 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ********* nömrəli 18 iyun 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X2 və X3 borcalan Cavabdeh2 kreditor qarşısındakı öhdəliklərinin yerinə yetirməsi ilə əlaqədar zamin durmuşlar. İş materiallarında olan ********* nömrəli 18 iyun 2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə 12.08.2015-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4274.02 ABŞ dolları təşkil edir, Müqavilənin 2.3-cü bəndinə əsasən, Kreditin müddəti 20 ay təyin edilir, 2.4-cü bəndinə əsasən, kreditin illik faiz dərəcəsi 26 faiz təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 24.29 faiz təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 52 %, aylıq isə 4.3% təyin edilir. İş materiallarında olan, kreditor İddiaçı ASC, borcalan Cavabdeh2, zaminlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmış ********* nömrəli 18 iyun 2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə 29.03.2017-ci il tarixli 2 saylı Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı konvertasiya edilməklə (1USD=1.40 AZN) 4687.45 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 29.03.2019-cu il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən illik 20 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 11.24 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 40 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarında olan 16.02.2022-ci il tarixli, **********294 nömrəli maliyyə arayışdan görünür ki, Cavabdeh2 əsas borc üzrə 3297 manat, 2751 manat faiz borcu, 4310 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış 482.54 manat, cəmi 10841.65 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlərə borcun tam olaraq 3 iş günü müddətinə ödəməsi təklif edilmiş, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Cavabdeh tərəf müqavilə üzrə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə ilk öncə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında müqavilə 29.03.2017-ci ildə imzalanıb. Müqavilə 29.03.2019-cu ilədək qüvvədə olub. İddia ərizəsi 29 mart 2022-ci il tarixdə imzalanmaqla məhkəməyə təqdim edilib. Göründüyü kimi, iddia tələbi üç illik müddətin tamamlandığı gün məhkəməyə daxil olmuşdur. Ona görə də, məhkəmə hsab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdehin etirazı əsassızıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış 482.54 manat hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda, həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcuna münasibətdə qismən əsaslıdır. AR Mülki Prosessual Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan 4310 manat cəriimə borcu əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi digər cavabdehlər Cavabdeh1 Elmı̇ dar oğlu və Xankı̇ şı̇ yev Nurlan Alı̇ m oğluna münasibətdə əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, digər cavabdehlər Cavabdeh1 Elmı̇ dar oğlu və Xankı̇ şı̇ yev Nurlan Alı̇ m oğluna qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 29 mart 2017-ci il tarixli kredit müqaviləsinin müddəti 29.03.2019-cu il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində cavabdehlər Cavabdeh1 Elmı̇ dar oğlu və Xankı̇ şı̇ yev Nurlan Alı̇ m oğluna qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin əsassız olmasına dəlalət edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 87.31 manat hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nəcəfov Ramı̇ l Fəxrəddı̇ n oğlundan iddiaçı Ləğv Prosesində olan Dəmı̇ rbank ASC-nin xeyrinə 3297.68 manat əsas borc, 2751.25 manat faiz borcu, 200 manat cərimə borcu və 482.54 manat əldən çıxmış fayda olmaqla cəmi 6731.47 manat pul tutulsun. İş üzrə ödənilmiş 122.53 manat dövlət rüsumunun 87.31 manat hissəsi cavabdeh Nəcəfov Ramı̇ l Fəxrəddı̇ n oğlundan tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2038/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2038/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver