Məhkəmə qərarları › İş №e-2(010)-2060/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-2060/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2060/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq ələ keçirdiyi 10800 (on min səkkiz yüz) manat, 300 (üç yüz) manat vəkil yardımı haqqı və 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu, yekun olaraq isə 11224 (on bir min iki yüz iyirmi dörd) manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Özü hərbi qulluqçu, zabitdir, Müdafiə Nazirliyi sistemində xidmət edir. Məhəllədən 2023-cü ilin mart ayının 8-də saat 20-40 radələrində əvvvələr yaşadıqları tanıdıdğı Cavabdeh ona zəng edərək buraxılış etdiyi Qaraheybətdə yerləşən "Üçtəpə" Təlim Mərkəzinin nəzarat məntəqəsinə yaxınlaşmağı xahiş etdi. Bundan bir neçə gün əvvəl o, telefonla zəng edərək iş qurmaq məqsədi ilə ondan pul verməyi xahiş etmişdi. Bildirmişdir ki, həmin ilin iyun ayında alınan pulu geri gələn qaytaracaqdır. Mart ayının 8-də buraxılış məntəqəsinə gəlmiş və orada tək Cavabdeh ilə görüşdmüşdür. O, **-XA-*** dövlət qeydiyyat **********668438 nişanlı Hyundai markalı maşınla gəlmişdi. O, özünə məxsus Kapital bankın nömrəli kartını ona vermişdir. Kartda 1000 manatdan bir o qədər çox pul var idi. O, bildirdi ki, gedib həmin pulu bankdan özüm çıxaracaq. Həmin pulu Bakı- Müşviqabad yolunda bankomatdan çıxarmış, kartı səhəri günü yəni, 9 mart 2023-cü il tarixində saat 22-00, 23-00 radələrində ona qaytardı. Kartdan çıxarışdan görünür ki, 09 mart 2023-cü il tarixində o, Qaradağ rayonu Müşviqabad qəsəbəsində Bakı-Şamaxı yolunda olan ATM-dən pulu çıxarmışdır. (İddiaçının bank kartından çıxarış əlavə olunur). Ona bundan sonra zəng xx.xx.2023-cü il tarixində yenə də Cavabdeh edərək Qaraheybətdə yerləşən "Üçtəpə” Təlim mərkəzinə gəldiyini və görüşmək istədiyini bildirdi. Bu dəfə isə ondan 2000 (iki min) manat pul istədi və bildirdi ki, bu pulu yenə də iyun ayında bacısı Dubaydan pul göndərəcək və həmin pulu ona qaytaracaq. O, yenə də kartını ona vermiş və o, xx.xx.2023-cü ildə 2000 manat pulu Xırdalan şəhərində yerləşən Arazmarketdə yerləşən ATM-dən çıxarmışdır. (Bax: İddiaçının bank kartından çıxarış). Bundan sonra xx.xx.2023-cü ildə Cavabdeh ona zəng edərək bildirdi ki, şəhərdə görüşək. Bayram olduğundan o evdə olmuşdur. О, arxasınca **-XA-*** dövlət qeydiyyat nişanlı Hyundai markalı maşınla gəlmişdi. Onlar zabit yoldaşları Şahid və İmranov Emil oğlu ilə "Elmlər akademiyası" metro stansiyasının dayanacağında görüşmüş və “20 yanvar" metro stansiyasına getmişlər və üçüncü zabit yoldaşı X3 da götürmüşlər. Onlar maşınla "Bravo" marketin yanında saxlayaraq Fərid ilə birlikdə Kapital bankın "Bravo" marketdə olan filialına girmişlər. Orada o öz adına xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi bağlayaraq və kassadan nəqd 7500 (yeddi min beş yüz) manat götürərək Cavabdeh vermişdir. Onlar maşına qayıdanda pul Fəridin iki cibində idi. Fərid pulu cibindən çıxararaq maşının bardaçokuna qoymuşdur. Bu zaman zabit yoldaşlaırı bu pulun nə olduğunu ondan soruşmuş, o da demişdir ki, işlə bağlı pul götürüb Fəridə vermişdir. Bunda sonra xx.xx.2023-cü ildə gecə saat 22-30 radələrində Cavabdeh "Wotsap" da ona görüntülü zəng edərək və ağlayaraq bildirdi ki, "X4rşısında ambulansda ölüm ayağındadır, ondan əvvəlcədən depozitə pul istəyirlər. Verilən pulları yəni, 10500 manat pulu oraya qoymuşdur, sənin nə qədər imkanın var, indi mənə göndər, depozitin pulu çatmır. Bacısı Dubaydan bir həftə ərzində bütün pulları qaytaracaq və o pulların hamısını yenidən işə yatırım edəcəkdir”. O da Kapital bankın ona məxsus bir kartdan 1500 manat pul çıxartmış və onlayn şəkildə onun kartına yükləmişdir. (xx.xx.2023- cü il tarixində öz kartından onun kartına 1500 manatın yükləndiyini təsdiq edən bank kartından çıxarış əlavə olunur). 2023cü ilin may ayından başlayaraq Cavabdeh telefonlara cavab vermədi və bütün tanışlardan soruşaraq öyrəndim ki, o Rusiya Federasiyasına qaçmışdır. O, anası və xalası onun anası X1 iş yerinə gedərək Cavabdeh harada olduğunu soruşmuşlar. O, bildirdi ki, guya harada olduğunu bilmir, onlar sübut və faktları deyəndən sonra etiraf etdi ki, o, Rusiya Federasiyasındadır. O, ona çox mədəni şəkildə müraciət etməyinə baxmayarq, əvəzində onu hədələməklə cavab vermişdir. Bundan sonra təxminən 2023-cü ilin noyabr ayında o, anası Aslanova Amalya və xalası X9 anasının iş yerinə getmişlər. Orada söhbətləri alınmamışdır. X12 qəsəbəsində 22 saylı Poliklinikada işləyən nişanlısı Nigar adlı xanımın yanına getmişlər. Orada anası Nigarla görüşmüş və bildirmişdir ki, onun gələcək həyat yoldaşı dələduzluqla məşğuldur. Həm onun oğlunu və həm də onun zabit yoldaşı X7 aldatmışdır. Belə ki, etibarnamə əsasında ona məxsus Kia-Rio markalı maşını 11700 manata sataraq pulunu da mənimsəmişdir. Bu danışıqlarda onlar bildirmişlər ki, Fərid onları yəni Aslanı və onun zabit yoldaşının 23700 manat pulunu aldadaraq almışdır. Onlar toy vaxtı oraya gələrək pullarını Fəriddən istəyəcəklər. Nigar dedi ki, "Xahiş edirəm ki, bunu onun valideynləri bilmir, toya gəlməyin. Həmin 23700 manatı ödəyəcəkdir, yəni aylıq Sizə nə qədər düşürsə, o qədər ödəyəcəkdir". Bank da aylıq 400 manat pul kəsmişdir. Fəridin anası 12 yanvar 2024-cü ildə xalası Bayramova Ruhiyyənin kartına 400 manat göndərdi. Yanvar ayında toy oldu. Bundan sonra 22 fevral 2024-cü ildə 200 manat, 29 fevral 2024-cü ildə 200 manat ödədi. Ondan qabaq isə xx.xx.2023-cü ildə isə 400 manat ödəmişdir. Ondan sonra isə ödəniş etməkdən imtina etmişdir. (Xalası R.Bayramovanın bank kartından çıxarış əlavə edilir). Beləliklə, cavabdehin onu aldadaraq əldə etdiyi 12000 (on iki min manat) puldan cəmi olaraq 1200 (min iki yüz) manatı qaytarmış, yerdə qalan (12000- 1200)=10800 (on min səkkiz yüz) manatı bu günə kimi qaytarmaqdan imtina etmişdir. 09 oktybar 2024-cü ildə o Nigar xanımım iş yerinin telefonunu yığmış ki, Fərid onunla əlaqə saxlasın, əvəzində anası ona zəng edərək hədə qorxu gəldi və dedi ki, "sənin ananın nömrəsini başqa kişilərə verəcəm" və s. 10 oktyabr 2024-cü il tarixində tərəfimdən Bakı Nəsimi rayon Polis İdarəsinə müraciət edilmiş və onu dələduzluq yolu ilə aldadaraq 12.000 (on iki min) manat pulunu, zabit yoldaşı X7 aldadaraq 11.700 (on bir min yeddi yüz) manat pulunu ələ keçirən Cavabdeh (tel:***-***-**-**, anası tel:***-***-**-**) cinayət məsuliyyətinə cəlb edərək onlara vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. (10.10. 2024-cü il tarixli ərizə əlavə edilir). Ərizə araşdırılma aparılması üçün Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərilmiş, bu Bölmədə heç bir araşdırılma aparılmamış, ərizədə adı çəkilən şəxslərdən heç kim dindirilməmiş, hətta ərizə verən şəxs kimi onun özü də dindirilməmişdir. Lakin yekunda 20-ci Polis Şöbəsinin rəisi Vüqar Abdullayevin imzası ilə xx.xx.2024-cü il tarixli bir məktub verilmişdir ki, "müraciətinizdən qeydə alınmış xüsusatların araşdırılması məhkəmələrin səlahiyyətlərində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməniz tövsiyyə olunur" məzmununda məktub verilmişdir. (Nəsimi rayon Pİ-nin 20-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubu əlavə olunur). Lakin təhqiqat orqanı Azərbaycan Respubikası CPM-nin 204-cü, 207-ci maddələrinə uyğun olaraq ona təqdim edilmiş ərizəyə baxmağa borclu olmasına və CPM-ni 207.1.3-cü maddəsinin tələbinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək əvəzinə, heç bir araşdırma aparmaması və yekunda da hər hansı qərar da qəbul etməməsi səbəbindən tərəfindən xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon prokuroruna müraciə edilmiş, ərizədə Bakı şəhəri Nəsimi rayonu Pİ-nin 20-ci Polis şöbəsinin rəisi Vüqar Abdullayevin cinayət işi təhqiqat işi üzrə hərəkətsizliyi qanunsuz hesab edilməsi, fakt üzrə başlanılması və istintaq edilməsi üçün Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilməsi xahiş edilmiş, lakin yenə də bu ərizə Nəsimi rayon 20-ci Polis bolməsinə göndərilmiş, bu Bölmə də təkrar olaraq xx.xx.2025-cil məktubun tarixli məktubla eyni məzmunda ərizəyə cavab vermişdir.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında izahatı zamanı iddia tələbinin qiyabi formada təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

Şahid ifadələri.

6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, iddiaçının dostu və kursant yoldaşıdır. Onlar təlim mərkəzində olan zaman təxminən 2023-cü ilin fevral-mart aylarında Aslanın dostu ora gəlib-gedirdi. Aslandan onun kim olduğunu soruşduqda Fərid adlı tanışı olduğunu bildirdi. Həmin şəxs hərbçi deyildi. Təxminən mart ayında Novruz bayramı ərəfəsində onlar bayram tətilinə buraılmışdı. X13 metrosunun yaxınlığından Aslan və Fərid sonuncunun maşını ilə gəlib götürmüş və daha sonra 20 Yanvar metrosu yaxınlığından digər kursant yoldaşlarını götürdükdən sonra X16 marketə daxil oldular. Çıxdıqdan sonra Fərid maşında cibindən pul çıxarmış və həmin pulun nə olduğunu soruşduqda Aslan ona bildirmişdir ki, həmin pulu kredit götürüb birlikdə iş qurmaq üçün Fəridə vermişdir. Pulun 7500 manat olduğunu bildirmişdir. İş barədə məlumatı yoxdur. Bir müddət sonra Aslan ona bildirdi ki, Fərid yoxdur. Həmçinin Aslan ona bildirmişdir ki, həmin puldan başqa da o, Fəridə pul vermişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, iddiaçının kursant yoldaşıdır. Onlar görüşən zaman Aslan Teymur, Fərid və Emil adlı dostları gəlib onu 20 Yanvar metrosu yaxınlığından götürmüş və X17 marketə daxil olub bankdan pul götürmüşdürlər. Aslan Fəridə iş qurmaq üçün həmin vaxt 7000-7500 məbləğində pul vermişdi və pul Fəriddə idi. Sonradan bildi ki, nəzərdə tutduqları iş qurulmamış və Fərid ona pul qaytarmamışdır.

İş materialları.

8. İş materiallarında olan İddiaçı məxsus bank hesabı əməliyyatlarından görünür ki, ona məxsus bank hesabından xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu, 16-cı km Rahat Market ünvanında yerləşən ATM-dən 1000 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixdə Xırdalan, Araz Marketdə yerləşən ATM-dən 2000 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Fizuli 71 ünvanında yerləşən ATM-dən 1500 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. 9.”Kapital Bank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən və məxaric orderindən görünür ki, bank tərəfindən İddiaçı 48 ay müddətinə illik 23 faizlə 11900 manat məbləğində kredit verilmişdir.

10. İş materiallarında olan X2 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, onun hesabına xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat mədaxil edilmişdir.

11. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi yardım xidmətinin göstərilməsilə əlaqədar İddiaçı tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir.

12. İş materiallarında olan səs yazılarının əks olunduğu diskdə Cavabdeh İddiaçı pul vəsaiti alması öz təsdiqini tapır.

İşin faktiki halları.

13. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı hazırki iddia tələbində cavabdehə ümumilikdə 12 000 manat pul vəsaitini verdiyini və cavabdehin həmin pul vəsaitini qaytarmadığını bildirir. Eyni zamanda qeyd edir ki, cavabdehə verdiyi həmin pul vəsaitindən onun anası ayrı-ayrı vaxtlarda ödəniş etməklə cəmi 1200 manat məbləğində ödəniş etmiş və qalıq 10800 manat ona geri qaytarılmamışdır. Hesab edir ki, həmin pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh hazırki iş üzrə məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə münasibət bildirməmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi formada təmin edilməlidir.

17. Hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, ümumilikdə 12 000 manat məbləğində pulu cavabdeh tərəfə vermiş, cavabdeh isə pulu geri qaytarmamışdır. Yalnız cavabdehin anası tərəfindən onlara ümumilikdə 1200 manat məbləğində ödəniş edilmiş və qalıq 10800 manat pul vəsaiti qaytarılmamışdır. Hazırkı tələbə dair mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 12000 manatdır, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Deməli, hazırki tələbə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir. Bu baxımdan, məhkəmə hesab edir ki, 12000 manat pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin məbləğin qaytarılıb-qaytarılmaması, həmçinin cavabdehdə qalmasını şərtləndirən əsasların olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün hazırki mübahisəyə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normaları əsasında baxılmalıdır. Hazırkı işdə iddiaçı qeyd edilən məbləği tələb edərkən iş üzrə cavabdehin anası ilə cavabdehin ondan pul vəsaiti alması barədə danışıqları əks etdirən diskə, hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrinə və eyni zamanda ona məxsus bank hesabından pul vəsaitinin nağdlaşdırılası barədə çıxarışa istinad etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş materillarının araşdırılması və şahid ifadələri əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan həmin pul vəsaitini almışdır. İddiaçı tərəfin özü də qeyd edir ki, alınmış 12 000 manat pul vəsaitindən 1200 manat ödəniş edilmişdir. Cavabdeh özü məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibəti öyrənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş 10800 manat pul vəsaiti tutulmalıdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 124 manat dövlət rüsumu, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı öz tələbində həmçinin vəkil tərəfindən hüquqi yardım göstərilməsilə əlaqədar ödədiyi 300 manat pul vəsaitinin də cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hazırki tələbin mahiyyətini və vəkil tərəfindən hazırki işə sərf olunmuş müddəti və iddia tələbinin qiyabi şəkildə təmin edilməsini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10800 manat əsassız olaraq əldə edilmiş pul vəsaiti, iş üzrə göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və iş üzrə ödənilmiş 124 manat dövlət rüsumu olmaqla cəmi 11224 manat pul tutularaq İddiaçı ödənilməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh 10800 manat əsassız olaraq əldə edilmiş pul vəsaiti, iş üzrə göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və iş üzrə ödənilmiş 124 manat dövlət rüsumu olmaqla cəmi 11224 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar