Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2090/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh Mərdanov Əkbər Abbasəli oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 420.21 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması. İddia tələbinin dəlilləri İddiaçı "xxxx" ASC-nin Suraxanı filialı ilə Mərdanov Əkbər Abbasəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********35 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində Mərdanov Əkbər Abbasəli oğluna kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Abbasəli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı 10 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Mərdanov Əkbər Abbasəli oğlunun vərəsəsi Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və DAİMLER CHRYSLER E 250 minik markalı 99KT734 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Mərdanov Əkbər Abbasəli oğlunun Banka ödənilməmiş qalan 420.21 manat əsas borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları "xxxx" ASC ilə Mərdanov Əkbər Abbasəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********35 №-li kredit müqaviləsindən görünür ki, Mərdanov Əkbər Abbasəli oğlu "xxxx" ASC-nə 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş -Mərdanov Əkbər Abbasəli oğlunun vərəsələri bunlardır: ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2017-ci tarixli AC816734 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X6 Abbasəli oğluna məxsus olan ban nömrəsi WDB2100101A168912, mühərrikin nömrəsi **********0859 və buraxılış ili 1996- cı il olan DAİMLER CHRYSLER E250 MİNİK markalı 99KT734 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-Mərdanov Əkbər Abbasəli oğlunun vərəsələri bunlardır: ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- Cavabdeh (AZE********, xx.xx.2017 - Asan4, FİN:xxxxxxx. d/t:xx.xx.1987) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi: **********23-10301, qeydiyyat nömrəsi: ********** olan xx.xx.2019-cu il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********RG76201 olan Arayışa əsasən X6 Abbasəli oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 93-cü küçədə mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41 kv.m. olan 282 saylı fərdi yaşayış evindən ibarətdir. 4 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Mərdanov Əkbər Abbasəli oğlu xx.xx.2020-ci ildə ölmüşdür. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X5 Abbasəli oğlunun "xxxx" ASC-nin ilə bağladığı xx.xx.2019cu il tarixli. BPM**********35 saylı kredit müqaviləsinə əsasən 1000 manat məbləğində kredit götürmüşdür. Lakin, əldə olunmuş məlumata görə X5 Abbasəli oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 10 sayh notariat ofisi tərəfindən verilən məlumata əsasən Mərdanov Əkbər Abbasəli oğlunun vərəsəsi Cavabdeh Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, X5 Abbasəli oğlunun banka olan 420.21 manat məbləğində əsas kredit borcunu və bu borclara müvafiq olaraq hesablanmış faiz məbləğini 5 gün ərzində Banka ödəməyəcəyi təqdirdə iddiçı tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişlər. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Mərdanov Əkbər Abbasəli oğlunun iddiaçı banka əsas borca görə 420.21 manat məbləğində borcu vardır. İşin faktiki halları "xxxx" ASC və Mərdanov Əkbər Abbasəli oğlu oğlu (Borcalan) arasında xx.xx.2019cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borcalana 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verməyi, Borcalan isə həmin krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. X3 Abbasəli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X6 Abbasəli oğlunun övladıdır. X6 Abbasəli oğlundan -ban nömrəsi WDB2100101A168912, mühərrikin nömrəsi **********0859 və buraxılış ili 1996- cı il olan DAİMLER CHRYSLER E250 MİNİK markalı 99KT734 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 93-cü küçədə mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41 kv.m. olan 282 saylı fərdi yaşayış evi miras qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank mərhum Borcalanla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Borcalanın müqavilə öhdəliyi yerinə yetirilmədən qalmışdır. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun Bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə vurğulayır ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sözügedən kredit müqaviləsi üzrə əsas borcu 420.21 manat təşkil edir. Vərəsələrin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, X6 Abbasəli oğlundan DAİMLER CHRYSLER E250 MİNİK markalı 99KT734 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 93-cü küçədə mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41 kv.m. olan 282 saylı fərdi yaşayış ev miras qalmışdır. Belə olan halda vərəsə-cavabdeh X6 Abbasəli oğlundan iddiaçı Banka olan borcun tam həcminə görə mirasdan əldə etdiyi paya mütənasib məsuliyyət daşımalıdır. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X6 Abbasəli oğlunun vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********35 №-li kredit müqaviləsi üzrə əsas borca görə 420.21 (dörd yüx iyirmi manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və xidmət haqqına görə 0.40 (qırx qəpik) manat olmaqla, cəmi 30.40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X6 Abbasəli oğlunun vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********35 №-li kredit müqaviləsi üzrə əsas borca görə 420.21 (dörd yüz iyirmi manat iyirmi bir qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və xidmət haqqına görə 0.40 (qırx qəpik) manat olmaqla, cəmi 450.61 (dörd yüz əlli manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2090/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2090/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver