Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2095/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı QSC) Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işləri üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, xx.xx.2012-ci il tarixdə bağladığı ərizəyə əsasən açılmış 4268********7056 nömrəli kart üzrə yaranmış borc üzrə 192 USD məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2095/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2012-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdehin ərizəsinə əsasən onun adına VİSA Electron Card debit növlü kart hesabı açılmış və 4268********7056 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 192 USD məbləğində borc yaranmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotoreya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X3”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən, hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırkı iş üzrə Bank vergi agenti qismində çıxış edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır.
İddianın dəyişdirilməsi.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə şəxsin adına olan kart hesabları üzrə yaranmış borc üzrə 192 USD məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh qeyd olunan kart üzrə xx.xx.2021-ci il tarixində sonuncu dəfə əməliyyat aparmışdır. Hazırda məhkəməyə təqdim olunan hesabdan çıxarışda qeyd edildiyi kimi onun iddiaçıya 192 USD məbləğində borcu var və həmin borc ondan tələb olunur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, həmin kartdan istifadə edərək alış-veriş etmişdir. Lakin indiyə qədər ondan hansısa borc tələb edilməmişdir. Həmçinin onun kartında pul olmasına baxmayaraq, Bank tərəfindən həmin pul hansısa borca görə silinməmişdir. Buna baxmayaraq, iddiaçı hazırda iddia müddətini ötürməklə ona qarşı iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İş materialları.
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şəxsi beynəlxalq plastik kartının alınması, istifadə edilməsi və bank hesabının açılması haqqında ərizədən görünür ki, ərizəçi Cavabdeh müvafiq ərizəni imzalamaqla İddiaçı QSC-nin plastik kartının verilməsini xahiş etmiş və plastik kartın verilməsi üçün Xidmət Müqaviləsinin onun tərəfindən imzalandığını və qeyri-şərtsiz olaraq müqavilənin şərtlərinə riayət etməyi öz öhdəliyinə götürdüyünü təsdiq etmişdir.
8. xx.xx.2020-ci il tarixli Karta dair Xidmətlərin Göstərilməsi haqqında xx.xx.2018-ci il tarixli, LCO180680140 saylı müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmadan görünür ki, Cavabdeh məxsus olan 529855XXXXXXX905 nömrəli kartın istifadə müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır.
9. xx.xx.2024-cü il tarixli, OUT-2024/01/23-97 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh **********2 saylı, xx.xx.2022-ci il tarixli VİSA Electron Cards kartı üzrə xx.xx.2024-cü il tarixinə 192 USD əsas borc olmaqla, ümumilikdə 192 USD məbləğində borcu vardır.
10. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 iş günü ərzində tam ödənilmədiyi təqdirdə borc məbləğinin məcburi alınması üçün hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.
İşin faktiki halları.
11. Cavabdeh ərizəsinə əsasən, ona İddiaçı QSC tərəfindən xx.xx.2013-cü il tarixdə müvafiq kart hesabı açılmışdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən adına açılmış kart hesabının istifadəçisi olmuşdur. Hazırda İddiaçı QSC iddia edir ki, Cavabdeh tərəfindən kart hesabında olan vəsaitdən artıq məbləğdə pul xərcləndiyindən (texniki overdraft) cavabdehin 192 ABŞ dolları məbləğində borcu yaranmışdır.
14. Cavabdeh isə iddia edir ki, iddiaçı Bank tərəfindən ona müvafiq kartın verilməsindən 11 ildən çox vaxt keçdiyindən iddia müddəti ötürülmüşdür. Buna müvafiq olaraq, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
16. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).
17. Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı qeyd edir ki, iddiaçı Bank iddia edir ki, cavabdehin istifadə etdiyi hesab üzrə texniki overdraft baş verməsi nəticəsində onun Banka 192 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarından (hesabdan çıxarışdan) görünür ki, Cavabdeh iddiaçı Bank tərəfindən 2013-cü ildə ona açılmış hesabdan xx.xx.2020-ci il tarixə qədər istifadə etmiş, hesab üzrə müxtəlif əməliyyatlar həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə “LC tax gov payment” təyinatı ilə hesabdan 192.23 ABŞ dolları məbləğində vəsait çıxılmışdır ki, həmin məbləğ texniki overdraft kimi hesablanmışdır. Hansı ki, tərəflər arasında bağlanmış müqavilədə texniki overdraft nəticəsində yaranmış borcun Banka ödənilməsi vəzifəsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, bu borcun ödənilməməsi ilə iddiaçı Bankın subyektiv hüququ pozulmuşdur.
18. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir.
19. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış razılaşma ilə hesabdan istifadə müddəti xx.xx.2021-ci il tarixə qədər uzadılmışdır. Yəni həmin müqavilə üzrə öhdəliklərin icra müddəti həmin tarixdə bitmiş, iddia müddətinin axımı da məhz bu tarixdən başlamış, xx.xx.2024-cü il tarixdə isə bitmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, hesab üzrə sonuncu əməliyyat xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat isə cavabdeh tərəfindən yox, Bank tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat borcun etirafını göstərən hərəkət kimi iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməzdi. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən cavabdeh tərəfindən həmin tarixdən sonra kartla bağlı hansısa əməliyyat icra edilə bilməzdi.
20. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı Bank iddia müddətini ötürmüşdür. Odur ki, iddia rədd edilməlidir.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva