Məhkəmə qərarları › İş №e-2(010)-2102/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2102/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2102/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 saylı kredit müqaviləsi üzrə 2232,18 manat məbləğində əsas borcu, 42,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2274,81 manat, 28 oktyabr 2019-cu i tarixli 100821-193185\11 saylı kredit müqaviləsi üzrə 438,05 manat məbləğində əsas borcu, 8,23 manat məbləğində borcu olmaqla, cəmi 446,28 manat, ümumilikdə 2721.09 manat məbləğində kredit borcunun və 47,62 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixi Qərarı ilə qüvvəyə minmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na uyğun olaraq, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla, 2232,18 manat məbləğində kredit verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\11 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla, 438,05 manat məbləğində kredit verilmişdir. 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 nömrəli Güzəştli kredit müqaviləsinin təminatı olaraq, bank və digər cavabdeh - Cavabdeh2 arasında 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 nömrəli zaminik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlq olunsa da, Banka olan borcunu ödəməmişdir. 21 fevral 2022-ci il tarixinə cavabdehin 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 saylı kredit müqaviləsi üzrə 2232,18 manat məbləğində borcu, 42,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2274,81 manat məbləğində kredit borcu yaranmışdır. 21 fevral 2022-ci il tarixinə cavabdehin 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\11 saylı kredit müqaviləsi üzrə 438,05 manat məbləğində borcu, 8,23 manat məbləğində faiz borcu olmaqla, cəmi 446,28 manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqavilələrinin 4.4.1-ci və 5.2-ci bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödər dəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 100821- 193185\10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla, 2232,18 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 100821- 193185\11 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla, 438,05 manat məbləğində kredit verilmişdir. 11.10.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1 banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə bankın borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 21.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 saylı kredit müqaviləsi üzrə 2232,18 manat məbləğində əsas borcu, 42,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2274,81 manat, 28 oktyabr 2019-cu i tarixli 100821-193185\11 saylı kredit müqaviləsi üzrə 438,05 manat məbləğində əsas borcu, 8,23 manat məbləğində borcu olmaqla, cəmi 446,28 manat məbləğində kredit borcu vardır. 02.03.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 47,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı krediti müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh1 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 saylı kredit müqaviləsi üzrə 2232,18 manat məbləğində borc, 42,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2274,81 manat, 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\11 saylı kredit müqaviləsi üzrə 438,05 manat məbləğində borcu, 8,23 manat məbləğində faiz borcu olmaqla, cəmi 446,28 manat, ümumilikdə 2721,09 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 oktyabr 2019-cu il tarixli, 100821- 193185\10 saylı kredit müqaviləsi üzrə 2232,18 manat məbləğində borc, 42,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2274,81 manat, 28 oktyabr 2019-cu il tarixli, 100821- 193185\11 saylı kredit müqaviləsi üzrə 438,05 manat məbləğində borcu, 8,23 manat məbləğində faiz borcu olmaqla, cəmi 446,28 manat, ümumilikdə 2721,09 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,62 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\10 saylı kredit müqaviləsi üzrə 2232,18 manat məbləğində borc, 42,63 manat məbləğində faiz borcu olmaqla, cəmi 2274,81 manat, 28 oktyabr 2019-cu il tarixli, 100821-193185\11 saylı kredit müqaviləsi üzrə 438,05 manat məbləğində borcu, 8,23 manat məbləğində faiz borcu olmaqla, cəmi 446,28 manat, ümumilikdə 2721,09 (iki min yeddi yüz iyirmi bir manat doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,62 (qırx yeddi manat altmış iki qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar