Məhkəmə qərarları › İş №e-2(010)-215/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-215/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-215/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin artırılması və əmlakın bölünməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin artırılması və əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6168/2021 saylı qətnaməsi (icra sənədi) üzrə cavabdehdən (borcludan) hər ay uşaq üçün 175 manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 236 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək və iddia tələbinin həcmini artıraraq, 12 oktyabr 2005-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan 1.X5, 2. X1 ananın yanında qalması, hər bir uşaq üçün aylıq cavabdehdən tutularaq ona ödənilən 175 manat olan alimentin artırılaraq 235 manat olması həmçinin birgə nikah dövründə əldə olunmuş aşağıda qeyd olunan əmlakların - Daşınmaz əmlak: 1) ünvan 1, ½ hissədə cavabdehə, ½ hissədə iddiaçıya olmaqla paylarının tanınmasına və mülkiyyət hüquqlarının müəyyən edilməsinə; eyni zamanda Məişət əşyaları: 1. 1 ədəd Yataq mebeli dəsti,

2. 1 ədəd Yemək mebeli dəsti, 3. 1 ədəd Paltaryuyan, 4. 1 ədəd Soyuducu, 5. 1ədəd Mətbəx mebeli, 6. 1 ədəd Tozsoran, 7. 1 ədəd Kombi, 8. 1 ədəd Divan dəsti, 9. 1 ədəd Çilçıraq, 10. 1 ədəd şkaf mebeli, 11. 1 ədəd Televizor olmaqla cehiz əşyalarının ona qaytarılması və ödənilmiş 50 azn mediasiya ödənişi, 50 azn dövlət rüsumu olmaqla cəmi 100 azn pulun cavabdehden tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-215/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin artırılması və əmlak” tələbinə dair iddia ərizəsi üzrə icraata “alimentin artırılması” hissəsində xitam verilməsi qərara alınmışdır. İddia tələbinin əsalandırıldığı hallar. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X5 doğulmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6168/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilməklə, Cavabdeh hər uşaq üçün aylıq 175 azn məbləğində alimentin, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bildirilir ki, iddiaçı hal-hazırda heç bir yerdə işləmir, evdar xanımdır. 175 manat aliment Respublikanın hazırkı bazar iqtisadiyyatı dövründə azyaşlı uşağın sağlam və normal inkişafı üçün heç bir tələbatını ödəmir. Fəridə xanım uşaqların saxlanması üçün həddən çox maddi çətinliklər çəkir. Halbuki, cavabdehin aylıq gəliri kifayət qədər yüksəkdir. Belə olan halda hesab edilir ki, alimentin məbləği artırılmalıdır. Eyni zamanda cavabdehlə birgə nikah dövründə əldə edilmiş və qeyd olunacaq əmlaklardan və ünvan 1 ünvanında yerləşən 2 otaqlı m daşınmaz əmlakın hüquq müəyyənedici sənədləri mövcuddur. Belə olduğu təqdirdə hesab edilir ki, cavabdehlə aralarında bağlanmış nikah pozulmalı, qeyd olunan mənzilə dair qiymətləndirilmə aparıldıqdan sonra onların dəyəri tərəflər arasında bərabər şəkildə bölünməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, tərəflər faktiki olaraq uzun müddətdir ayrı yaşayırlar. Nikah formal xarakter daşıyır. Birgə nikah dövründə əldə etdikləri əmlak var. Həmin əmlaka ½ payın müəyyən olunmasını və həmin mənzildə olan cehiz əşyalarının iddiaçıya verilməsini xahiş edirlər. Əşyalar həmin mənzildədir. Hazırda orada heç kəs yaşamır. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddianı müdafiə edirlər. 3 ay barışıq üçün vaxt verilmişdir. Lakin barışmaq mümkün olmadı. Daşınar əşyalara dair sübutlar yoxdur. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X4 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/10/2024-00363 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə məlumat verilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc, 10 manat poçt və kargüzarlıq xərci ödənilmişdir. Tərtər rayon Kəbirli kənd i.ə.v üzrə nümayəndəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 030279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2007-ci il tarixdə Tərtər rayonu, Kəbirli kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Tərtər rayon Kəbirli kənd i.ə.v üzrə nümayəndəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 852407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2006-cı il tarixdə Tərtər rayonu, Kəbirli kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Xətai rayon Məhkəməsinin 2(010)-6168/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 16 iyul 2006-cı il təvəllüdlü X3 və 02 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 23 iyul 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Tərtər Rayon Xoruzlu kənd İ.Ə.D.-si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 192 saylı cavab məktubundan görünür ki, Tərtər Rayon Kəbirli kənd sakinləri, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2005-ci il tarixdə Tərtər Rayon Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 11 nömrəli akt qeydi ilə AZ-1 163874 nömrəli şəhadətnaməyə əsasən, nikah bağlanmışdır və hal-hazırda onlar bir-biri ilə nikahdadırlar. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam pay olmaqla Cavabdeh mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzil Cavabdeh adına xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.... 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.... Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ...220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 16. Nikaha xitam verilməsi qaydası. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;... 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.... Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... .Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehlə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuş, bu uşaqlardan xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmamışdır. İddiaçı nikahın pozulmasına təkid etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun nikahın pozulmasına olan münasibətini öyrənmək mümkün olmamışdır. Bu səbəbdən, məhkəmə tərəflərə barışığa gəlmələri üçün 3 ay vaxt vermişdir. Lakin, buna baxmayaraq, üç aylıq müddəti bitdikdən sonra, məhkəmə iclasında iddiaçı nikahın pozulmasında israrlı olmuş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmamış uşağın – xx.xx.2007-ci il təvəllüdlü X2 hansı valideynin yanında saxlanılması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə ailə münasibətləri faktiki olaraq pozulduqdan sonrakı dövr ərzində uşağı saxlamış, onun qayğıları və problemləri ilə məşğul olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh uşağın iddiaçının himayəsində saxlanılmasına münasibət bildirmədiyindən, yəni mübahisə yaranmadığından, tərəflərin birgə nikahdan olan uşağı xx.xx.2007-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmalıdır. Uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin artırılması və əmlak” tələbinə dair iddia ərizəsi üzrə icraata “alimentin artırılması” hissəsində xitam verilmiş, iddiaçıya onun tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası ilə bağlı işin icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasına baxılması üçün Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət edə biləcəyinin izah edilməsi qərara alınmışdır. İddia tələbinin birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak: 1) ünvan 1-nin ½ hissədə cavabdehə, ½ hissədə iddiaçıya olmaqla paylarının tanınmasına və mülkiyyət hüquqlarının müəyyən edilməsi hissəsində məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam pay olmaqla Cavabdeh mülkiyyətindədir və xx.xx.2011-ci il tarixindən – tərəflər arasında nikah bağlandıqdan sonra onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən, bu əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilir. Belə ki, iş materialları və işin faktiki hallarından görünür ki, həmin mənzil birgə nikah dövründə alınmışdır. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Bununla da, bu əmlak tərəflərin rəsmi nikah dövründə əldə etdiyi ümumi birgə əmlakdır. Bunun əksi, yəni mənzilin birgə nikah dövründə əldə edilmədiyi ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməli olduğu halda, məhkəməyə bununla bağlı hər hansı bir əsaslı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, bu əmlak birgə nikah dövründə əldə edildiyindən, onunla bağlı ər-arvadın ümumi birgə mülkiyyət hüququ mövcud idi və iddiaçı həmin mənzilə olan payların tanınması və mülkiyyət hüquqlarının müəyyən edilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində 1/2 hissədə payın müəyyən edilməsinə hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin mənzilə ½ hissədə cavabdehin, ½ hissədə isə iddiaçının olmaqla payları tanınmalı və mülkiyyət hüquqları müəyyən edilməlidir. İddia tələbinin məişət əşyaları: 1 ədəd Yataq mebeli dəsti, 1 ədəd Yemək mebeli dəsti, 1 ədəd Paltaryuyan, 1 ədəd Soyuducu, 1ədəd Mətbəx mebeli, 1 ədəd Tozsoran, 1 ədəd Kombi, 1 ədəd Divan dəsti, 1 ədəd Çilçıraq, 1 ədəd şkaf mebeli, 1 ədəd Televizor olmaqla cehiz əşyalarının iddiaçıya qaytarılması hissəsində məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin əşyaların kimin mülkiyyətində olması, kimin hesabına əldə edilməsi və ya cehiz əmlak hesab edilib-edilməməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin mediasiya dair xərcin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərc də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2005-ci il tarixində Tərtər Rayon Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 11 saylı nikah pozulmalı, xx.xx.2007-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması müəyyən edilməli, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak: ünvan 1-ə ½ hissədə cavabdehin, ½ hissədə iddiaçının olmaqla payları tanınmalı və mülkiyyət hüquqları müəyyən edilməli, ödənilmiş 50 azn mediasiya xərci və 50 azn dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - 100 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci -ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2005-ci il tarixində Tərtər Rayon Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 11 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanılması müəyyən edilsin. Birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak: ünvan 1-ə ½ hissədə cavabdehin, ½ hissədə iddiaçının olmaqla payları tanınsın və mülkiyyət hüquqları müəyyən edilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 manat mediasiyaya dair xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilən 50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar