Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2152/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı- İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 13 Yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 300 manat məbləği limitində cavabdehə kredit xətti açılmışdır (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 13 yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı kartmane xidməti üzrə müqavilənin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 Yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı kartmane xidməti üzrə müqaviləyə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec olmayaraq hər ay 16,46 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 13 Yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən borcunun məbləği əsas borcuna görə 296,57 manat, faiz borcuna görə 16,9 manat, dəbbə borcuna görə 0 manat, cəmi 313,47 manat təşkil edir.
İddiaçının tələbi:
2. Cavabdeh 13 Yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 296,57 manat, faiz borcuna görə 16,9 manat, dəbbə borcuna görə 0 manat, cəmi 313,47 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
İş materialları.
4. 13 yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı “Kartmane” xidməti üzrə müqavilədən müəyyən olunur ki, kreditor İddiaçı ASC tərəfindən kredit alan Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləği limitində kredit xətti açılmışdır.
5. İddiaçı ASC tərəfindən tərtib olunan İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair ərizədən müəyyən olunur ki, Cavabdeh “plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilə” ilə, həmçinin kartların istifadəsi ilə bağlı Bank tərəfindən müəyyən edilən Tariflərlə tanış olmuşdur və onları qeyd-şərtsiz qəbul edir.
6. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün ödəniş kartı - plastik kart verilmişdir.
7. Rabitəbank” ASC tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli ərizə-anketdən müəyyən olunur ki, həmin anketdə Cavabdeh şəxsi və gəlir məlumatları qeyd olunmuşdur.
8. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli RB/02 nömrəli bildirişdən müəyyən olunur ki, bank borcluya xx.xx.2021-ci il tarixli, YSKRK-01447 saylı krediti müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
9. xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 6 aprel 2023-cü il tarixə İddiaçı ASC-yə Kredit müqaviləsinə əsasən 296,57 manat əsas və 16,9 manat faiz borcu vardır.
10. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
13. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia təmin edildiyindən idda ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 13 yanvar 2021-ci il tarixli, YSKRK-01447 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən 296,57 manat ödənilməmiş əsas məbləğ, 16,9 manat faiz borcu olmaqla, cəmi 313,47 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçının hesabına ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 13 yanvar 2021-ci il tarixli, YSKRK-01447 nömrəli kartmane xidməti üzrə müqaviləyə əsasən 296,57 manat əsas və 16,9 manat faiz borcu olmaqla, cəmi 313,47 (üç yüz on üç manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.