Məhkəmə qərarları › İş №e-2(010)-22/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-22/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-22/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh5, FərzəliyevTərlan Rasim oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0.06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanını 3cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48.7 kv.m., yaşayış sahəsi 30.1 kv.m., yardımçı sahəsi 18.6 kv.m. olan 2 otaqlı, 64 nömrəli mənzil məcburi qaydada çıxarılmalarına, onların istifadə hüquqlarına xitam verilməsinə, mənzilin boşaldılmasına və 20 (iyirmi) manat dövlət rüsümunun cavabehdən Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) ASC (bundan sonra mətndə Bank) ilə Cavabdeh4 (bundan sonra mətndə Cavabdeh4) arasında xx.xx.2014-cü il tarixli 139333- CNS-14053 saylı “Girovlu istehlak krediti müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0.06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanını 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48.7 kv.m., yaşayış sahəsi 30.1 kv.m., yardımçı sahəsi 18.6 kv.m. olan 2 otaqlı, 64 nömrəli mənzili 139333-NEDVİJ-3379 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka xx.xx.2014-cü il tarixli 139333-CNS-14053 saylı müqavilə üzrə ümumilikdə 47 079,66 ABŞ dolları məbləğində borcu, qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-4350/2016 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2014-cü il tarixli 139333-CNS- 14053 saylı müqavilə üzrə ümumilikdə isə 47 079.66 (qırx yeddi min yetmiş doqquz dollar altmış altı sent) ABŞ dolları məbləğində pulun tutulması və borcun ipoteka predmeti olan Bakı şəhəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0.06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanını 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48.7 kv.m., yaşayış sahəsi 30.1 kv.m., yardımçı sahəsi 18.6 kv.m. olan 2 otaqlı, 64 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-4350/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faiz borcunun məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdirilmiş, evin ilkin satış qiyməti 90 000 (doxsan min) AZN laraq, faiz məbləği 2 385.74 ABŞ dolları müəyyən edilmişdir. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6491/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC ilə Bank arasında xx.xx.2019-cu il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh4 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0.06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanını 3cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48.7 kv.m., yaşayış sahəsi 30.1 kv.m., yardımçı sahəsi 18.6 kv.m. olan 2 otaqlı, 64 nömrəli mənzil Banka satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfində verilmiş elektron çıxarışa (Daşınmaz əmlakın reyestr nömrəsi **********46-05101-093009) əsasən mənzil üzərində Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüquqları tanınmışdır. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)- 4350/2016 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh4 44.586.25 ABŞ dolları məbəlğində əsas borc. 2.410,26 ABŞ dolları məbləğində faiz borcu. 83.15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47.079.66 ABŞ dolları məbləğində borc. 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 30 manat xidmət haqqı tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və Tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu. Samir Cəfərov küçəsində istifadədə olan 0 06073 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanını 3-cii girişininin 7-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 48,7 kv.m, yaşayış sahəsi 30.1 kv.m, yardımçı sahəsi 18 6 kv.m olan 2 otaqlı, 64 nömrəli mənzilin ilkin satış qiyməti satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh4 banka olan borcu ödənilməsiməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1073/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(010)-6485/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faiz borcunun məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdiriıməsi, İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsi ev 3, mənzil 64 saylı evin ilkin satış qiyməti 90.000 (doxsan min) manat, faiz məbləği 2385,74 (iki min üç yüz səksən beş dollar yetmiş dörd sent) ABŞ dolları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6491/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, Cavabdeh4 kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Y-243 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu. Samir Cəfərov küçəsi 3, mənzil 64 tam mülkiyyət hüququ ilə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. Cavabdehlərin mübahisəli mənzilə hüquqlarını təsdiq edən sübutlar məhkəməyə daxil olmamışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu. Samir Cəfərov küçəsi 3, mənzil 64 mülkiyyət hüququ ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Lakin həmin evdə cavabdehlər heç bir hüquqi əsas olmadan yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan cavabdehlərin Bakı şəhəri Suraxanı rayonu. Samir Cəfərov küçəsi 3, mənzil 64-dən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və həmin mənzilin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0.06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanını 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48.7 kv.m., yaşayış sahəsi 30.1 kv.m., yardımçı sahəsi 18.6 kv.m. olan 2 otaqlı, 64 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər tərəfindən həmin mənzil boşaldılsın və həmin mənzil Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar