Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2205/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Nehməd oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Nehməd oğlu Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1440 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun tutulub fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nehməd oğlu ilə Cavabdeh arasına xx.xx.2023-cü il tarixində 15 saylı Notariat kontorunda 3M-708 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 10464 manat dəyərində “Renault Megane” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 440 manat ödəniş etmiş və 14 ay müddətinə hər ay 440 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 1 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdır. O, ofisə dəvət edilmiş və avtomobili nasaz vəziyyətdə təhvil vermişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 1140 manat vəsait xərclənmişdir. Müqavilənin 18-ci bəndinə əsasən, avtomobil geri alınarkən, avtomobil texniki saz vəziyyətdə olmazsa, avtomobilin saz vəziyyətə gətirilməsi üçün şəkilmiş bütün xərclər alıcıdan tutulmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, qüsur aktını vermiş “Gold Avto” şirkəti ilə müqavilə üzrə işləmirlər. Avto servis məhkəməyə çağırılsa, bir daha heç vaxt rəsmi sənəd verməz. Hətta təmir etməkdən imtina edər. Təhvil mübahisəli məsələ deyil, ona görə avtomobili cavabdehdən təhvil alan əməkdaşı məhkəməyə çağırmadılar. Cavabdeh özü də onu şağıara bilərdi. Təhvil alanın adı Camalov Elcandır. Turbo işləmədən belə maşın gedir. İddia tələbini müdafiə edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Maşında o qədər təmir işləri aparılmayıb. Ola bilsin ki, yağı və filtrləri dəyişiblər. Turbonun dağıldığını qeyd edirlər, lakin o, turbonu 3 ay əvvəl dəyişmişdi. Turbonu, çaşkaları, amortizatoru, razval qolunu, şaravoyu qəbul etmir. Mühərrik yağı, yanacaq, hava və yağ filtrlərini qəbul edir. Radiatoru da dəyişə bilərlərdilər, çünki su damcılayırdı. Termostatı da qəbul edir. Yağ dəyişiləndə o da dəyişilir. Maşını təhvil verəndə su axıdıldığını təhvil alan əməkdaşa demişdir. Ustaya maksimum 100 manat xərclənə bilər. O, həmçinin, servisdə dəyişmədiyini, Sumqayıtda ustanın yanında dəyişdiyini bildirmişdir. İş materialları. İş materiallarına əlavə edilən “X3” (fərdi sahibkar X2 VÖEN: **********) tərəfindən İddiaçı Nehməd oğluna təqdim edilən xx.xx.2023-cü il tarixli Qüsur Aktından görünür ki, “Renault Megane” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği: mühərik turbosuna görə 400 manat, Feredo Çaşka komplektinə görə 250 manat, Mühərik yağına görə 60 manat, Yanacaq filterinə görə 30 manat, Hava filterinə görə 10 manat, Yağ filterinə görə 10 manat, Ön sağ amartizatora görə 80 manat, Razval qoluna görə 50 manat, Şaravoya görə 20 manat, Kitab radiatoru plasmasına görə 50 manat, Termostata görə 80 manat, İşçiliyə görə 400 manat, ümumilikdə 1440 manat olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş 539 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, fərdi sahibkar İddiaçı Nehməd oğluna 716 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi üzrə 440 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” markalı **-FP-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, 1. Tərəflər Satıcı İddiaçı və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qll tərəfindən verilmiş xx.xx.2022-cl il tarixli BA 223664 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: VF1KMSEC636932419, mühərrikin nömrəsi və buraxılış ili 2006 olan Satıcıya məxsus “Renault Megane” markalı **- FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə göturdülər....8. Avtomobil tam saz vəziyyətdə alıcıya təhvil verilir və avtomobil və gələcəkdə avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır....
9. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində ilkin alqı-satqı müqaviləsi imzalandığı andan, sahiblik və sərəcam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.... 18. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 38/2022 saylı Daşınar Əmlakın Nisyə Alqı- Satqı Müqaviləsindən görünür ki, 1. Satıcı İddiaçı Nehməd oğlu özünə məxsus buraxılış ili 2006-cı il olan, “Reno Megan” markalı, VF1KMSEC636932419 ban nömrəli, **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 10540 manata alıcı Cavabdeh satır. 2. Alıcı isə avtomoilin dəyəri, yəni 10540 manatı 24 ay hissə-hissə hər ay 440 manat olmaqla, hər ayın müqavilə imzalandığı günü ödəməyi öhdəsinə götürür.... 5.Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı Nehməd oğlunun bank kartına müxtəlif tarixlərdə müxtəlif ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ /Sumqayıt Asan Xidmət Mərkəzi tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş ƏN-Vİ№ 280707 nömrəli etibarnamənin surətindən görünür ki, “Renault Megane” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi İddiaçı Nehməd oğlu tərəfindən xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4093 saylı rəyindən görünür ki, “X3” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2006-cı il buraxılışlı “Renault Megane” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1390 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 990 manat, təmir – bərpa işlərinin qiyməti – 400 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 9/4093 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 606. Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.....Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında birinci alğı-satqı müqaviləsi xx.xx.2022-ci ildə bağlanmış və alıcı Cavabdeh **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir. Tərəflər arasında ikinci dəfə xx.xx.2023-cü ildə notarial qaydada Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmış və burada birinci müqaviləyə əlavə şərtlər müəyyən edilmişdir. Qeyd edilən müqavilələr qeyd şərtlə bağlanmış, İddiaçı Nehməd oğlunun **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində istifadə hüququ onun barəsində müqavilə imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlməsi müəyyən olunmuşdur. Bəhs edilən **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 2022-ci il tarixindən cavabdehdə olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkilinin və cavabdehin izahatlarından görünür ki, Cavabdeh 2023-cü il oktyabr-noyabr aylarında həmin avtomobili ödəniş edə bilmədikdən könüllü şəkildə satıcıya geri qaytarmışdır. Təhvil alan şəxs isə avtomobilə zahirən baxış keçirdikdən sonra avtomobili götürmüş, lakin tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır. Bir müddət keçdikdən sonra, cavabdehə avtomobili servisə aparması barədə təkliflə bağlı telefon zəngi gəlmiş, o isə avtomobili təhvil verdiyi müddətdən həminki vaxta qədər avtomobilin nə kimi nasazlığının yarandığını bilmədiyi üçün bu təklifdən imtina etmişdir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllənin sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. İddiaçı “X3” (fərdi sahibkar X2 VÖEN: **********) tərəfindən verilmiş qüsur aktını təqdim etsə də, onlara ödənilmiş məbləği təsdiq edən qəbzi məhkəməyə təqdm etməmişdir. Həmçinin, həmin qüsur aktı çıxarılanda cavabdehin iştirakı təmin edilməmişdir. İddiaçı isə, “X3”-in nümayəndəsini, avtomobillə bağlı təmir işləri aparan şəxsi, avtomobili təhvil alan iddiaçının işçisini məhkəməyə dəvət etmək (sübut təqdim etmək) təklifindən imtina etmişdir. Bununla da, məhkəmə hesab edir ki, verilmiş qüsur akta mötəbər sübut kimi yanaşmaq olmur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində göstərilmişdir ki, verilmiş rəy “X3”-in qüsur aktına əsaslanır və sözügedən avtomobil ekspertin müayinəsində olunmayıbdır. Belə olan halda, ekspert rəyi ilə tam razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) - zərərçkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və hərəkətsizlikdir. Bu cür hərəkət (hərəkətsizlik) və baş vermiş ziyanlı nəticə ilə arasında səbəbli əlaqə mövcud olmalıdır. Lakin, iddiaçı avtomobilin qüsur aktında göstərilən ehtiyat hissələrinə məhz cavabdehin təqsirli hərəkətlərindən (hərəkətsizlikdən) zərər dəydiyini, iddiaçının isə bu zərərin öz hesabına aradan qaldırılmasını sübut edə bilməmişdir. Eyni zamanda, cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, avtomobilin istifadəsi nəticəsində qüsur aktında göstərilən mühərrik yağı, yanacaq filteri, hava filteri, yağ filteri, kitab radiatoru plasması, termostat kimi ehtiyat hissələri sıradan çıxa bilərdi və buna görə, onların əvəzini ödəməyə razıdır. Belə olan halda, məkəmə hesab edir ki, həmin bu ehtiyat hissələrin qiyməti ekspert rəyinə müvafiq olaraq, mühərrik yağı- 60 manat, yanacaq filteri-30 manat, hava filteri-10 manat, yağ filteri-10 manat, kitab radiatoru plasması-50 manat, termostat-80 manat, işçilik haqqı isə ekspert rəyində qeyd edilmiş 400 manat məbləğinin yarısı, yəni 200 manat olaraq müəyyən edilməli və iddia tələbi göstərilən hissədə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh vurulmuş maddi ziyana görə 440 manat pul vəsaiti tutularaq İddiaçı Nehməd oğluna ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 35 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 manatı iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndan vurulmuş maddi ziyana görə 440 manat alınaraq İddiaçı Nehməd oğluna verilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manat məbləğində vəsait cavabdeh İddiaçı Nehməd oğlundan alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE********************, VÖEN: ********** Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva