Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2206/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 avqust 2022-ci il tarixli borc müqaviləsinə əsasən, 2000 manat borcun və ödənilən 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə aralarında 15 avqust 2022-ci il tarixində notarial qaydada borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin şərtlərinə görə cavabdeh ondan 2 ay müddətinə qaytarmaq şərti ilə 2000 (iki min) manat borc pul almışdır, dəfələrlə etdiyi xəbərdarlıqlara və üzərindən xeyli müddət keçməsinə baxmayaraq ona borcunu qaytarmamış və bildirmişdir ki, borcu qaytarmaq niyyəti yoxdur gedib hara istəyir şikayət etsin. Odur ki, həmin borcun qaytarılması ilə bağlı məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət vardır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. xx.xx.2022-ci il tarixli “Kredit Müqaviləsi”ndən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 2.000 (iki min) manat verməyi, borc alan isə həmin borc məbləğini xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc məbləğinin faizsiz verilməsini şərtləşdirmişdirlər. İşin faktiki halları
6. Tərəflər arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsinin bağlanması və həmin müqavilə əsasında iddiaçının cavabdehə 2000 manat məbləğində borc verməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf cavabdehin ona olan borcunu hələ də qaytarmadığını iddia edir. Cavabdeh tərəfdən, xəbərdar edilməsinə baxmayaraq iddiaya hər hansı etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Məhkəmənin mövqeyi
8. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
9. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığına qiymət verməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Müqavilənin əhəmiyyətsizliyinə dəlalət edən hallar yoxdur. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmışdır, ona görə də, məhkəmə mübahisəyə müqavilə münasibətlərini tənzimləyən normalar baxımından yanaşır.
10. Məhkəmə qeyd edir ki, iş materialları və iddiaçı tərəfin izahatından aydın olur ki, iddiaçı cavabdehə 2 ay müddətində - xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 2000 manat məbləğində borc pul versə də, lakin cavabdeh qeyd olunan borc məbləğini qaytarmamaqla öz öhdəliyini icra etməmiş və eyni zamanda iddia tələbini təkzib edən hər hansı bir sübut təqdim etməmişdir. İddianın əsassızlığına dəlalət edən hallar yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
Məhkəmə xərcləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
11. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
13. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qulı̇ yev Əhməd Pərvı̇ z oğlundan 15 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2000 manat borc pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq iddiaçı Əlı̇ yeva Şəlalə İsmayıl qızına ödənilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Qulı̇ yev Əhməd Pərvı̇ z oğlundan 15 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2000 manat borc pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq iddiaçı Əlı̇ yeva Şəlalə İsmayıl qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.