Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2206/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək 15 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O - İddiaçı Cavabdeh ilə 03 oktyabr 2000-ci ildə nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 3 övladları - 01 may 2002-ci il təvəllüdlü X8, 06 avqust 2005-ci il təvəllüdlü X9 və 15 iyun 2013-cü il təvəllüdlü X10 doğulmuşlar. Nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(010)-1440/2023 saylı qətnaməsi ilə pozulmuşdur. 04 fevral 2023-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqları - 06 avqust 2005- ci il təvəllüdlü X6 və 15 iyun 2013cü il təvəllüdlü X5 onun himayəsində saxlanılması, uşaqlar yetkinlik yaşına çatana qədər hər uşağa görə 150 (yüz əlli), cəmi 300 (üç yüz) manat alimentin cavabdeh tərəfindən İddiaçı kart hesabına ödənilməsi barədə cavabdehlə aralarında razılıq olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-3288/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək, yəni 06 avqust 2023-cü il tarixinədək olan müddət üçün sabit məbləğdə 220 manat və xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmışdır. X3 06 avqust 2005-ci ildə 18 yaşı tamam olduğu üçün həmin tarixdən onun alimenti dayandırılmışdır. 06 avqust 2023-cü il tarixdən sonra o, ancaq xx.xx.2013-cü il təvəllüdlü X7 görə 220 manat miqdarında aliment alır. O, özü müəllimədir. Hər ay 600 (altı yüz) manat əmək haqqı alır. 3 övladının təlim-tərbiyəsi ilə məşğul olmaq, onların yeməkiçməyinə pul xərcləmək, onların sağlamlıqlarının qayğısına qalmaq vəzifəsi onun üzərindədir. xx.xx.2013-cü il təvəllüdlü X7 görə 220 manat miqdarında aliment uşağın saxlanması və digər xərcləri üçün kifayət etmədiyindən, alimentin miqdarının artırılaraq 300 (üç yüz) manat olmasını məqsədəuyğun hesab edir.
Tərəflərin izahatları
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ölkə xaricində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iyul ayına təyin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, o, 780 manat təqaüd alır və övladının saxlanılması üçün hər ay 220 manat aliment ödəyir.
4. Məhkəmə iclasında İddiaçı hazırki məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini və iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)- 3288/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək, yəni 06 avqust 2023-cü il tarixinədək olan müddət üçün sabit məbləğdə 220 manat və xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və iş üzrə 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
İşin faktiki halları
6. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan üç övadları anadan olmuşdur. Daha sonra tərəflər arasında nikah pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-3288/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək, yəni 06 avqust 2023-cü il tarixinədək olan müddət üçün sabit məbləğdə 220 manat və xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın - xx.xx.2013-cü il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf yalnız ərizə ilə müraciət edərək bildirmişdir ki, 780 manat təqaüd alır və övladının saxlanılması üçün hər ay 220 manat aliment ödəyir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
9. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
10. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
12. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-3288/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək, yəni 06 avqust 2023-cü il tarixinədək olan müddət üçün sabit məbləğdə 220 manat və xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Eyni zamada tərəfin izahatı və iş materialları ilə o da müəyyən edilmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə cavabdeh artıq yalnız övladı xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 220 manat məbləğində aliment ödəyir və digər övladı xx.xx.2005-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatdığından ona münasibətdə aliment öhdəliyi artıq bitmişdir.
15. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçı öz tələbində övladının saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 300 manat məbləğində təyin edilməsini xahiş etsə də, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Aliment məbləği təyin edilərkən, digər meyarlar, məsələn, uşağın yaşı, həyat tərzi, məşğuliyyətləri, sağlamlıq vəziyyəti, tərəflərin maddi vəziyyətləri və s. hallar da nəzərə alınmalıdır ki, gələcəkdə icrası qeyri-mümkün məhkəmə aktı qəbul edilməsin. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf də övladının saxlanılmasında və maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Bu ailə qanunvericiliyi ilə onun üzərinə qoyulan başlıca vəzifələrdən biridir.
16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 15 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Qarayev Səlı̇ m Şükür oğlundan İddiaçı Emı̇ n qızının xeyrinə tutulan aliment miqdarı artılıraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilsin. Artırılmış aliment miqdar qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Qarayev Səlı̇ m Şükür oğlundan tutularaq İddiaçı Emı̇ n qızına ödənilsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh Qarayev Səlı̇ m Şükür oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov