Məhkəmə qərarları › İş №e-2(010)-2207/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2207/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2207/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 17 yanvar 2017-ci il təvəllüdlü X4 və 30 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 150 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 11 aprel 2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin ikinci bəndində soyadının dəyişdirilərək X1 əvəzinə İddiaçı şəklində ifadə olunmasını xahiş etmişdir. İddiaçı 20 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin verilməsi üçün 2(010)-2207/2024 nömrəli iş üzrə ödədiyi 101 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılmasını tələb etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ei il tarixli, e-2(010)-2237/2022 nömrəli qətnaməsi ilə iddiaçı Rəhimova (Rzazadə) Cəmalə Elçin qızı və Cavabdeh arasındakı nikah pozulmuş və Cavabdeh 17 yanvar 2017-ci il təvəllüdlü X4 və 30 sentvabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Hal-hazırda X4 7, X6 6 yaşı var. Qətnamədə qeyd olunmuş aliment məbləği 2022-ci il üçün uşaqlara yetərli hesab etmək olurdusa bugünkü gün üçün uşaqların tələbatlarının ödənilməsinə yetmir. Belə ki, 2022- 2024-cü illər ərzində mal və xidmətlərin qiymətinin davamlı olaraq artması, uşaqlar böyüdükcə tələbatların da artması, onların orta məktəbdə təhsil almalarına başlaması məsrəflərini yetərincə artırmışdır. Bundan başqa, Aliment təyin olunduğu 2022-ci ildə ölkə üzrə alimentin minimum məbləği 193 manat olduğunu, növbəti illərdə artırılaraq 2023-cü ildə 220 manat, 2024-cü ildə 235 manata çatdırılmışdır və həmçinin ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da artırılaraq 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdehə xx.xx.2024-cü ildə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Məktubda alimentin artırılması, uşaqlarla ünsiyyət dairəsinin dəqiqləşdirilməsi və soyadlarının birgə yaşadıqları valideynin soyadına keçmələri təklif edilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatında X2 mediatorluğu ilə xx.xx.2024-cü ildə təyin olunan mediasiya sessiyasına Cavabdeh qatılmamış (səbəb bildirmədən), iştirakdan imtina etmişdir. Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu alandan (xx.xx.2024-cü il tarixdə) 2 gün sonra xx.xx.2024-cü il tarixdə Lənkəran Şəhər İcra hakimiyyəti başçısının Rvo kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən öz xahişi ilə azad olunmuşdur. Təklif məktubunu aldıqdan dərhal 2 gün sonra işdən öz xahişi ilə çıxması məhkəmədə özünü işsiz kimi təqdim etmək anlamına gəlir. Azərbaycan Respublikasında 2022-ci və 2023-cü illər orta aylıq nominal əmək haqqının illik artımı müvafiq olaraq 14.8 % və 11.2 % təşkil etmişdir. Cavabdehin yeni fərdi yaşayış evinin tikintisinə başlaması və ** CS *** nömrəli minik avtomobilini alması onun digər gəlirlərinin də kifayət qədər artmasının göstəricisidir. Cavadeh Cavabdeh 1 ildən artıqdır övladları ilə görüşə gəlmir, ümumiyyətlə maraqlanmır. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə bəzən gecikdirir və iddiaçı tərəfindən icra məmuruna müraciət edildikdən sonra ödənilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqınd Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Uşaqların tələbatlarının yetərincə artması, ölkə üzrə yaşayış minimumun artması, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması'' tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddiasını müdafiə edərək bildirmişdir ki, 2 ildən artıqdır aliment kəsilib. Bu müddət ərzində uşaqların xərci də artıb. Uşaqlar üçün yaşayış minimumu 235 manat kimi müəyyən edilmişdir. Cavabdeh də ticarətlə məşğul olur, imkanı var. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə, Cavabdeh ilə X5 arasında 25 oktyabr 2016-cı il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 638 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Cavabdeh 17 yanvar 2017-ci il təvəllüdlü X4 və 30 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 429068 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2022-ci il tarixdə nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 275 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Rəhimova soyadı qaytarılmışdır. Lənkəran rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 190287 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası X5) xx.xx.2018-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 oktyabr 2018-ci il tarixdə 1152 sayla qeyd edilmişdir. Lənkəran rayon Şağlaküçə kənd inzibati ərazi dairəsi və nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 819944 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası X5) xx.xx.2017-ci il tarixdə Binəqədi rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 fevral 2017-ci il tarixdə 02 sayla qeyd edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı ünvalanmış xx.xx.2024-cü il tarixli, 5-2/1-R-19-012/2024 nömrəli məkubundan görünür ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Rvo kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmış Cavabdeh 19 fevral 2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞB/18-00283 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 10 manat kargüzarlıq- poçt və 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2207/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tam olaraq büdcədən ona geri qaytarılması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: (...)112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;(...) Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, cari ildə uşaqlar üçün yaşayış minimumu artdığından, bu uşağların saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, yəni ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etməməsi üçün, iddiaçı onun tərəfindən ödənilmiş mediasiya xərcləri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2207/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tam olaraq büdcədən ona qaytarılması təmin edildiyindən, iddiaçının bu hissədə tələbi təmin edilə bilməz. İddiaçı tərəf alimentin artırılmasını iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmasını xahiş etsə də, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 17 yanvar 2017-ci il təvəllüdlü X4 və 30 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment, mediasiya xərcləri üçün ödədiyi 50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (170x12=2040 manat) mütənasib olan 40,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. 17 yanvar 2017-ci il təvəllüdlü X4 və 30 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcləri üçün ödədiyi 50 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 40.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar