Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2224/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan anadan olmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 üçün hər ay cavabdehin aylıq qazancının dörddə bir hissəsi məbləğində və eyni zamanda sabit pul məbləğində alimentin, qanunvericilik ilə hər ilə görə nəzərdə tutulmuş yaşayış minimumundan az olmayan aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə dəqiqləşmə verərək, birgə nikahdan anadan olmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 üçün hər ay cavabdehin aylıq qazancının dörddə bir hissəsi məbləğində və eyni zamanda sabit pul məbləğində 235 manat aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə dəqiqləşmə verərək, birgə nikahdan anadan olmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(007)-100/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onunla cavabdehin arasında bağlanmış nikahın pozulması, uşaqların onun yanında qalması və ümumilikdə cavabdehin hər ay qazancının dörddə bir miqdarında alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Lakin, uşaqlar üçün qət edilmiş cavabdehin hər ay qazancının dörddə bir hissəsi cavabdeh tərəfindən 2023-cü il üçün hər ay ortalama 330-350 manat civarında ödənilmişdir. Halbuki Azərbaycan Respublikasının yaşayış minimumu haqqında Qanuna müvafiq olaraq yaşayış minimumu uşaqlar üçün 2023-cü ildə 220 manat, 2024-cü ildə isə 235 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən, övladlarının layiqli həyat səviyyəsinin təmin olunması üçün aliment məbləğinin artırılaraq ölkə üzrə yaşayış minimumuna uyğun olaraq təyin olunması zərurəti yaranmışdır. Odur ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment məbləği artırılaraq cavabdehdən tutulmalıdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, alimentin artırılmasını, hər uşağa 235 manat sabit pul məbləğində müəyyən olunmasını xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, maaşı 931 manatdır, digər nikahdan da uşağı var. İş materialları. İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 199726 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında bağlanmış nikaha xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 101 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Əhmədova soyadı qaytarılmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X3 sonra Prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında MŞB/9/2024-00354 nömrəli mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-100/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh və X8 arasında 27 yanvar 2007-ci il tarixdə Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və 81 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci ildə doğulmuş X4 və xx.xx.2012-ci ildə doğulmuş X6 anaları X5 yanında qalmaları, Cavabdeh xx.xx.2007-ci ildə doğulmuş X4 və xx.xx.2012-ci ildə doğulmuş X2 üçün hər ay qazancının və ya başqa gəlirlərinin üçdə biri miqdarında X5 xeyrinə aliment tutulması, xx.xx.2007-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatdıqdan sonra Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X2 üçün hər ay qazancının dörddə biri miqdarında X5 xeyrinə aliment tutulması qət edilmişdir. Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 933337 nömrəli xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X8) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 avqust 2012-ci il tarixdə 1967 sayla qeyd edilmişdir. Nizami rayon VVADQ tərəfindən verilmiş AZ-İİ seriyalı 025007 nömrəli xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası X8) xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 dekabr 2007-ci il tarixdə 2299 sayla qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;... 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşaqları doğulmuş və bu uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, uşaqlar üçün yaşayış minimumu artdığından, bu uşaqların saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Nizami rayon Məhkəməsinin 2(007)-100/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci ildə doğulmuş X4 və xx.xx.2012-ci ildə doğulmuş X2 üçün hər ay qazancının və ya başqa gəlirlərinin üçdə biri miqdarında X5 xeyrinə aliment tutulması, xx.xx.2007-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatdıqdan sonra Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X2 üçün hər ay qazancının dörddə biri miqdarında X5 xeyrinə aliment tutulması qət edilmişdir. Hazırki iş üzrə Cavabdeh öz ifadələrinə görə indiyə kimi o, hər ay gəlirinin 1/3 hissəsini aliment ödəyir. Həmçinin, cavabdeh öz ifadələrində onun başqa bir uşağının dünyaya gəldiyini qeyd etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimum kimi 235 manat olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdehin gəlirinin 1/3 hissəsini bu baxımdan az bir məbləğdir, uşağın isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. İddiaçı hər ay hər uşağa görə 235 manat məbləğində aliment tələb etmiş və məhkəmə onu uşaqların maraqlarına uyğun hesab etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Nizami rayon Məhkəməsinin 2(007)-100/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh birgə nikahdan anadan olmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 40.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Nizami rayon Məhkəməsinin 2(007)-100/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh birgə nikahdan anadan olmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilməmiş 40.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva