Məhkəmə qərarları › İş №e-2(010)-2244/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2244/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2244/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, X4 və Cavabdeh3 Cəlal oğlundan müştərək qaydada 22059 ABŞ dollarının Azərbaycan manatına olan nisbətində hesabladıqda 37500 azn pul vəsaitinin ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayında Cavabdeh2 və X7 **- TX-*** nömrəli dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı BMW X6 markalı avtomobili aralarında olan dostluğa, etibara inanaraq nisyə şəkildə 25000 ABŞ dollarına vermiş və onların xahişi ilə bu barədə Cavabdeh3 Cəlal oğluna etibarnamə ilə (bütün səlahiyyətlər aktiv) **-TX-*** nömrəli dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı BMW X6 markalı avtomobilə dair etibarnamə vermişdir. Belə ki, Cavabdeh3 atası və əmisi Cavabdeh2 və X12 ilə razılığa əsasən sözü gedən avtomobili 25000 ABŞ dollarına nisyə vermiş və onlar da avtomobili etibarnamə ilə Cəlalın oğlu Cavabdeh3 Cəlal oğluna vermələrini xahiş etmişdir. Razılığa əsasən avtomobili verdikdən sonra 2 ay müddətinə onlar borclarını tam bağlamağı öhdəsinə götürmüşlər. Lakin, sözü gedən avtomobili verdikdən sonra bu günə qədər cəmi 5000 manat ödəniş etmişlər və ABŞ dollarının Azərbaycan manatına olan nisbətində hesabladıqda 37500 azn borcu qalmışdır. Bildirir ki, onlar Cavabdeh2, X8 və Cavabdeh3 Cəlal oğlunu uzun müddətdir ki tanıyırlar və yaxşı münasibətləri olduğu üçün onlara inanıb bu addımı atdılar. Daha sonra xx.xx.2024-cü il tarixə öz aralarında AKT və İLTİZAM tərtib edərək razılığa gəldilər ki, o, X1 nisyə şəkildə aldığı başqa bir avtomobilin pulunu Cavabdeh2 2-3 ay ərzində tam şəkildə ödəməyi öhdəsinə götürmüş və yerdə qalan pulu isə oğlu X9 ödəyəcəyini söz vermişdir. Lakin, Aqşin bu vədinə də əməl edə bilməmişdir və həmin pulu o özü ödəmişdir. Bu vaxta qədər müxtəlif bəhanələr gətirərək pulu vermək üçün vaxt istəmişlər və o da aralarında olan münasibət xətrinə səbr edib gözləmişdir. Lakin, cavabdehlərin heç bir ödəniş etməyərək sadəcə vaxt uzatdıqlarını başa düşdü. Buna görə onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmır. İddiaçının ərizəsi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçən 3 məhkəmə iclasında cavabdehlərdən yalnız Cavabdeh1 məhkəmə iclasında iştirak etmişdir və səmimi şəkildə borcu olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclas prosesində ona olan 25000 ABŞ dolları borcundan 5000 manat ödədiyini və ABŞ dollarının manata olan nisbətində 37500 borcu qaldığını etiraf etmişdir. Tərəflərin izahatları. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı yaranmış problemə görə iştirak edə bilməyəcəyinin üzürlü sayılmasını və onun iştirakı olmadan məhkəmə iclasının keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddianı qəbul edir. Aqşin qardaşıdır, Tofiq oğludur. Borcunu etiraf edir. İş materialları. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh2, Cavabdeh1, X13 və İddiaçı arasında tərtib edilmiş aktdan görünür ki, 2023-cü ilin mart ayında həqiqətən X13 **-TX-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il, BMW X6 markalı avtomobili 25000 ABŞ dolları (42500 AZN) qiymətə razılaşıb Cavabdeh2 nisiyə satmışdır. Razılaşmaya əsasən X13 başqa bir tanışı X3 adlı şəxs ilə 2013-cü il buraxılış, **-CT-*** dövlət qeydiyyat nişanlı, Volksvagen Amarok markalı avtomobili 28000 manat qiymətə almaq məqsədi ilə razılaşmış və ödənişi 2-3 ay ərzində ödəməyi Cavabdeh2 öz öhdəsinə götürmüşdür. 25000 ABŞ dollarının (42500 AZN) 28000 manatını Tariel adlı şəxsə verdikdən sonra yerdə qalan 14500 manatı Həsənov Elvinə ödəməyi öhdəsinə götürmüşdür. Bu günə qədər Cavabdeh2 işlərində problem olduğu üçün cəmi 5000 AZN ödəniş etmişdir. Hazırda Cavabdeh2 ümumilikdə 37500 manat borcu vardır və borcunu 2-3 ay ərzində tam şəkildə ödəyəcəyinə söz verir. Akt Cavabdeh2, Cavabdeh1, İddiaçı, X13 tərəfindən tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, 2023-cü ilin mart ayında X5 25000 ABŞ dolları (42500 AZN) qiyməti olan **-TX-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılış, BMW X6 markalı avtomobili nisyə almışdır. Avtomobilin pulunu 2-3 ay ərzində ödəyəcəyinə söz versə də, işlərində olan problemə görə ödənişi edə bilmədi. Bu günə qədər cəmi 5000 manat ödəniş etmişdir. Söz vermişdir ki, yerdə qalan ödənişi, yəni 37500 manat borcdan 23000 manatını X6 əvəzindən 2-3 ay ərzində X2 ödəyəcəkdirlər. Yerdə qalan 14500 manat borcu isə X9 ödəyəcəkdir. Əks halda, məsuliyyət daşıdığını bilir. İltizam Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, 2023-cü ilin mart ayında X5 25000 ABŞ dolları (42500 AZN) qiyməti olan **-TX-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılış, BMW X6 markalı avtomobili nisyə almışdır. Avtomobilin pulunu 2-3 ay ərzində ödəyəcəyinə söz versə də, işlərində olan problemə görə ödənişi edə bilmədi. Bu günə qədər cəmi 5000 manat ödəniş etmişdir. Söz vermişdir ki, yerdə qalan ödənişi, yəni 37500 manat borcdan 23000 manatını X6 əvəzindən 2-3 ay ərzində X2 ödəyəcəkdirlər. Yerdə qalan 14500 manat borcu isə X9 ödəyəcəkdir. Əks halda, məsuliyyət daşıdığını bilir. İltizam Cavabdeh2, Cavabdeh1, İddiaçı, X13 tərəfindən imzalanmışdır. Həmin sənəddə Cavabdeh1 tərəfindən əlyazma ilə yazılmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, o, X10 olan 37500 manat borcun 23000 manatını İddiaçı əvəzindən on ay müddətində X2 ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli akt, yəni yazılı razılaşma (müqavilə) mövcud olmuşdur. Bu razılaşmaya əsasən, iddiaçının Cavabdeh2 **-TX-*** nömrəli dövlət qeydiyyat nişanlı “BMW X6” markalı avtomobili təqdim etməsi, cavabdehin isə bunun əvəzində razılaşma (müqavilə) ilə müəyyən edilmiş – 25000 dollara (42500 manat) məbləğində pul vəsaitini ödəməsi nəzərdə tutulmuşdur. İddiaçının izahatına əsasən, iddiaçı razılaşma (müqavilə) üzrə öhdəliyini yerinə yetirərək, avtomobili cavabdehə təqdim etmiş, Cavabdeh2 isə müəyyən edilmiş məbləğdə pul vəsaitini ödəməməyərək öhdəliyini icra etməmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, öz etiraz və ona əsaslanan dəlillərini məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 borclu olaraq qəbul edilməlidir və belə olan halda, yuxarıda qeyd edilmiş qanunvericiliyə uyğun olaraq, iddiaçı pul vəsaitini Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur. Sözügedən pul vəsaitinin Cavabdeh1 tutulması hissəsində məhkəmə qeyd edir ki, o, razılaşmanın (aktın / iltizamın) tərəfi olmamış və həmin sənədi təsdiq edərək imzalamışdır. Lakin, Cavabdeh1 məhkəmə iclasında iştirak edərək öz ifadələrində avtomobil müqabilində X2 pul verilməli olduğunu, həmin pulun tam şəkildə ödənilmədiyini, bu səbəbdən borc ilə razı olduğunu və təzə işə düzəldikdən borcunu qaytaracağını bildirmişdir. Cavabdeh1 bu ifadələri və məhkəməyə təqdim edilən digər yazılı sübutları təsdiq etməsi əsasında məhkəmə hesab edir ki, onun borcunun mövcud olduğu qənaətinə gəlmək olar. Belə olan halda, iddiaçı pul vəsaitini Cavabdeh1 tələb etməkdə də haqlı olmuşdur. Cavabdeh3 gəldikdə məhkəmə qeyd edir ki, Cavabdeh3 razılaşmanın (iltizamın) tərəfi olmamış və razılaşmanı imzalamamışdır. İddiaçı tələbini avtomobilin idarə edilməsi ilə bağlı Cavabdeh3 etibarnamə verilməsi ilə əsaslandırsa da, həmin etibarnamə də məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, öz etiraz və ona əsaslanan dəlillərini, yaxud iddianı qəbul etməsinə dair etirafını bildirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh3 borclu olması iş materialları ilə sübut edilmədikdən, həmçinin onun bu öhdəliyi öz üzərinə götürməsini təsdiq edən digər sübutlar olmadıqdan, ona qarşı yönəlmiş iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada 22059 ABŞ dollarının Azərbaycan manatına olan nisbətində hesablandıqda 37500 azn pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada 22059 ABŞ dollarının Azərbaycan manatına olan nisbətində hesablandıqda 37500 azn pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar