Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2272/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3284,23 manat borc və ödənilmiş 52,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 110 301 500 060 004 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 3284,23 (üç min iki yüz səksən dörd manat iyirmi üç) borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3284,23 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları
3. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, göstərilən ünvanda sayğac yanmış və abonent sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Həmin ünvanda cavabdeh tərəfindən dəfələrlə kənar xəttdən istifadə etməsi aşkar olunmuş və bununla bağlı bir neçə akt tərtib olunmuşdur. Lakin həmin aktları məhkəməyə təqdim edə bilmir. Bundan əlavə hər ay cavabdehə borcun olması barədə mənzilə bildiriş göndərilib, lakin cavabdeh istifadə olunmuş elektrik enerjisinin dəyərini ödəməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 4.Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, mövcud borc məbləğinin hansı səbəbdən yaranmış olduğu ona bəlli deyildir. Belə ki, yaşadığı ünvanda işıq sayğacı yandığından bununla bağlı zəng edərək nəzarətçiyə məlumat vermişdir. Lakin işıq sayğacı iki aydan sonra dəyişdirilmişdir. 2013-cü il tarixdən həmin mənzildə onun qardaşı yaşamış, özü isə sözügedən mənzildə keçən ildən yaşayır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları
5. xx.xx.2025-ci il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-yə olan borcun 7 iş günü müddətində ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 6.Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2011-ci il tarixli BOEO saylı qeydiyyata əsasən Cavabdeh 3803,68 manat borcu vardır. 7.Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2011-ci il tarixli BOEO saylı qeydiyyata əsasən Cavabdeh 3284,23 manat borcu vardır. 8.X2 görünür ki, ünvan 1 ünvanda Cavabdeh adına quraşdırılmış **********60004 saylı abonent kodu üzrə sayğaca görə 2024-cü il tarixə 3284,23 manat borc yazılmışdır. 9.xx.xx.2025-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti(əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında Hövsan qəsəbəsi, Kooperativ kənd ev 6, mənzil 4 ünvanına dair müqavilə imzalanmışdır.
10. Abonent kodu **********60004 barəsində xx.xx.2022-ci ildə R 362363 nömrəli, xx.xx.2022-ci ildə R 278752 nömrəli aktlar tərtib edilmişdir. 11.Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 22 aprel 2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin (bundan sonra ASC) Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki işlə bağlı ASC-nin Məhkəməyə təqdim etdiyi abunə haqqında cədvəl üzrə borcun hansı tarixdən yarandığı və yaranma səbəbləri haqqında məlumat verilməsi barədə Məhkəmə tərəfindən X1 Agentliyinin Bakı filialına daxil olmuş müraciətə baxılmışdır. ASC-nin Suraxanı Rayon Enerji Təchizasatı və Satışı İdarəsi tərəfindən təqdim olunan Cavabdeh adına olan abunə haqqında cədvəl üzrə xx.xx.2025-ci il tarixinə 3305,03 manat məbləğində borcu vardır. Borcdan 199, 56 manat sayğacdan kənar işlədiciləri olması ilə bağlı tərtib edilmiş SN 005208 nömrəli akta əsasən xx.xx.2013-cü il tarixə, 133,35 manat sayğacın ekranının oxunmaması ilə bağlı tərtib edilmiş Rİ 040783 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixə, 155,21 manat “Elektrik enerjisinin istifadə Qaydaları”nın (bundan sonra- Qaydalar) pozulması ilə bağlı tərtib edilmiş NDM 015673 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 142,32 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş NDM 016555 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 42,89 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 175447 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixə, 291,63 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 278752 nömrəli akta əsasən xx.xx.2024-cü il tarixə yaranmışdır Göstərilən borcun 2340,07 manat hissəsi isə xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək sayğac göstəricilərinə əsasən yaranmışdır.
İşin faktiki halları.
12. "xxxx" ASC ilə Cavabdeh arasında Hövsan qəsəbəsi, Kooperativ kənd ev 6, mənzil 4 ünvanına dair xx.xx.2025-ci il tarixdə enerjitəchizatı müəssisəsi ilə məişət abonenti(əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı tərəfindən abunə haqqında cədvəl üzrə borcun hansı tarixdən yaranması və yaranma səbəbləri haqqında araşdırılma aparılmış və ASC-nin Suraxanı Rayon Enerji Təchizasatı və Satışı İdarəsi tərəfindən təqdim olunan Cavabdeh adına olan abunə haqqında cədvəl üzrə xx.xx.2025-ci il tarixinə 3305,03 manat məbləğində borcu vardır. Borcdan 199, 56 manat sayğacdan kənar işlədiciləri olması ilə bağlı tərtib edilmiş SN 005208 nömrəli akta əsasən xx.xx.2013cü il tarixə, 133,35 manat sayğacın ekranının oxunmaması ilə bağlı tərtib edilmiş Rİ 040783 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixə, 155,21 manat “Elektrik enerjisinin istifadə Qaydaları”nın (bundan sonra- Qaydalar) pozulması ilə bağlı tərtib edilmiş NDM 015673 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 142,32 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş NDM 016555 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 42,89 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 175447 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixə, 291,63 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 278752 nömrəli akta əsasən xx.xx.2024-cü il tarixə yaranmışdır. Göstərilən borcun 2340,07 manat hissəsi isə xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək sayğac göstəricilərinə əsasən yaranmışdır.
13.Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı
4. Elektrik enerjisi istehlakının rejimləri və əsas şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. https://e-qanun.az/framework/7419
15. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi
18.İşin faktiki hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında Hövsan qəsəbəsi, Kooperativ kənd ev 6, mənzil 4 ünvanına dair xx.xx.2025-ci il tarixdə enerjitəchizatı müəssisəsi ilə məişət abonenti(əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı tərəfindən abunə haqqında cədvəl üzrə borcun hansı tarixdən yaranması və yaranma səbəbləri haqqında araşdırılma aparılmış və ASC-nin Suraxanı Rayon Enerji Təchizasatı və Satışı İdarəsi tərəfindən təqdim olunan Cavabdeh adına olan abunə haqqında cədvəl üzrə xx.xx.2025-ci il tarixinə 3305,03 manat məbləğində borcu vardır. Borcdan 199,56 manat sayğacdan kənar işlədiciləri olması ilə bağlı tərtib edilmiş SN 005208 nömrəli akta əsasən xx.xx.2013-cü il tarixə, 133,35 manat sayğacın ekranının oxunmaması ilə bağlı tərtib edilmiş Rİ 040783 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixə, 155,21 manat “Elektrik enerjisinin istifadə Qaydaları”nın (bundan sonra- Qaydalar) pozulması ilə bağlı tərtib edilmiş NDM 015673 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 142,32 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş NDM 016555 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 42,89 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 175447 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixə, 291,63 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 278752 nömrəli akta əsasən xx.xx.2024-cü il tarixə yaranmışdır. Göstərilən borcun 2340,07 manat hissəsi isə xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək sayğac göstəricilərinə əsasən yaranmışdır. 19.Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, aparılmış araşdırmaya görə borcdan 199,56 manat sayğacdan kənar işlədiciləri olması ilə bağlı tərtib edilmiş SN 005208 nömrəli akta əsasən xx.xx.2013-cü il tarixə, 133,35 manat sayğacın ekranının oxunmaması ilə bağlı tərtib edilmiş Rİ 040783 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixə, 155,21 manat “Elektrik enerjisinin istifadə Qaydaları”nın (bundan sonra- Qaydalar) pozulması ilə bağlı tərtib edilmiş NDM 015673 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 142,32 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş NDM 016555 nömrəli akta əsasən xx.xx.2019-cu il tarixə, 42,89 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 175447 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixə, 291,63 manat Qaydaların pozulması ilə bağlı tərtib edilmiş Rİ 278752 nömrəli akta əsasən xx.xx.2024-cü il tarixə yaranmışdır. Göstərilən borcun 2340,07 manat hissəsi isə xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək sayğac göstəricilərinə əsasən yaranmışdır.
20. Məhkəmə hesab edir ki, X2 görünür ki, ünvan 1 ünvanda Cavabdeh adına quraşdırılmış **********60004 saylı abonent kodu üzrə sayğaca görə 2024-cü il tarixə 3284,23 manat borc yazılmışdır. Abonent 2015-ci il üçün 50 manat, 2016-cı il üçün 50 manat, 2025-ci il üçün 150 manat ödəsə də, qalan illər ərzində ödəniş etməmiş və nəticədə abonentin borcu yaranmışdır.
21. Məhkəmə hesab edir ki, cavabdeh tərəf həmin ünvanda yaşamaqla elektrik enerjisindən istifadə etmiş, lakin həmin enerjinin dəyərini ödəməmişdir.
22. Bundan başqa, yuxarıda adı qeyd olunan Qaydaların 9-cu maddəsi istehlakçının məsuliyyətini müəyyən edir. Hazırda abonent kimi qeyd olunan şəxs yaşadığı mənzildə istifadə edilən elektrik enerjisinə görə borcu ödəməməsi onu məsuliyyətdən azad etmir.
23. Məhkəmə qeyd edir ki, sayğacdan kənar xəttdən istifadə olunması ilə bağlı tərtib edilmiş aktlar məhkəməyə təqdim olunmamış, yalnız sonuncu akt təqdim olunmuş və həmin akt üzrə cavabdehin 291.63 manat borcu yaranmışdır. 24.Məhkəmə hesab edir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etsə də, abonent saldosundan müəyyən olunur ki, abonent tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 50 manat miqdarında olmuşdur. İş materiallarından müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə iddiaçının tələb etdiyi 3284,23 manat borcun 673.33 manat hissəsi tərtib olunmuş aktlar üzrə, tərtib olunmuş bir akt üzrə 291.63 manat, qalan hissə isə debitor borc üzrə cavabdehdən tələb olunur. Beləliklə məhkəmə hesab edir ki, tərtib olunmuş akt üzrə 291.63 manat və 2319,27 manat debitor borc abonentdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərcləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddia tələbi qismən təmin olunduğundan ödənilmiş 46 manat məbləğində dövlət rüsumu cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh(abunə kodu **********60004) akt üzrə və elektrik enerjisindən istifadəyə görə yaranmış 2610,90 (iki min altı yüz on manat, doxsan qəpik) manat debitor borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. Cavabdeh(abunə kodu **********60004) akt üzrə və elektrik enerjisindən istifadəyə görə yaranmış 2610,90 (iki min altı yüz on manat, doxsan qəpik) manat debitor borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova