Məhkəmə qərarları › İş №e-2(010)-2289/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2289/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2289/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 11 aprel 2023-cü il tarixli, 307368-CNS-44208 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 9287,15 manat məbləğində əsas borc, 303,91 manat məbləğində faiz borcu, 32,75 manat məbləğində cərimə borcu, ümumilikdə isə 9623,81 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 116.24 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, bildirmişdir ki, hazırda tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunmuş və bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ilə birlikdə iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin tələblərinə istinadən, məhkəmədən İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair e-2(010)-2289/2024 saylı mülki iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə isə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı ASC tərəfindən 116,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Beləliklə, təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, əlavə olunmuş sənədlərlə və ödənilmiş dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 116,24 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar