Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-233/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh: - 0064075AZN06772 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2603.99 manat əsas borc, 1275.75 manat faiz borcu, 2586.25 manat cərimə borcu olmaqla, cəmi 6465.99 manat məbləğində borcun; 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 127.66 manat əsas borc, 38.39 manat cərimə borcu olmaqla, cəmi 166.05 manat məbləğində borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 87 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-13255İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0064075AZN06772 saylı xx.xx.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 28%, illik cərimə faizi 180% olmaqla 3500 manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik işçi krediti verilmişdir. Lakin, borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X2 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: - 0064075AZN06772 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2603.99 manat əsas borc, 1275.75 manat faiz borcu, 2586.25 manat cərimə borcu olmaqla, cəmi 6465.99 manat təşkil edir, gecikmə günlərinin sayı sayı – 942 gün; 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 127.66 manat əsas borc, 38.39 manat cərimə borcu olmaqla, cəmi 166.05 manat təşkil edir, gecikmə günlərinin sayı – 947 gün. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı "xxxx" ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 87 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, ekspert rəyi ilə razı olmadığını, ekspertiza rəyində əsas borc 2503,93 manat kimi göstərildiyini, tələblərindən 100 manat fərq etdiyini, lakin 1275,75 manat faiz borcu tələb etdiklərini, halbuki ekspert 1840,39 manat faiz borcu hesabladığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh ana pulu işə görə götürdüyünü, hazırda işsiz kimi qeydiyyatda olduğunu, pandemiya dövründə ixtisara düşdü üçün işdən çıxarıldığını bildirmişdir. Əlavə olaraq faizlərin də o dövrdə hesablandığını, himayəsində 2 azyaşlı uşaq olduğunu, ana pulu cədvəl üzrə hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. İş materialları. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh borcu 0064075AZN06772 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 2603,99 manat əsas, 1275,75 manat faiz borcu, 2586,25 manat cərimə borcu olmaqla, cəmi 6465,99 manat təşkil edir. Gecikmə gününün sayı 942 gün təşkil edir. 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına üzrə 127,66 manat əsas, 38,39 cərimə borcu olmaqla, cəmi 166,05 manat təşkil edir. Gecikmə günlərinin sayı 947 gün təşkil edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2019-cu il tarixli GTC-13255İB/2019 nömrəli razılıq ərizəsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2020-ci il tarixli, 0064075AZN06772 saylı fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kreditin nominal illik 28% faiz dərəcəsi, illik 180 % cərimə faizi olmaqla 3500 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixli, 0064075AZN06772 saylı kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 142,52 manat, xx.xx.2023-cü il tarixdə 142.69 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan Cavabdeh hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabına xx.xx.2020-cu il tarixdə 0064075AZN06772 saylı müqavilə üzrə 3500 manat miqdarında və xx.xx.2020-cu il tarixdən xx.xx.2023-cu il tarixə cərimələr tətbiq edilmişdir. Əlavə 1 dən görünür ki, 0064075AZN06772 müqavilə üzrə gecikdirilmiş əsas borc üzrə 2603,99 manat, faiz borcu üzrə 799,34 manat, cərimə borcu üzrə 3062 manat borcu, 457760 müqaviləsi üzrə gecikdirilmiş borc üzrə 127,66, cərimə borcu üzrə 38,39 manat təşkil edir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə 7 iş günü müddətinə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Bank xidmətlərinin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli X3 əsasən, bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən bundan sonra müştəri adlandırılacaq, birlikdə tərəflər adlandırılacaqlar, aşağıdakılar barədə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu(bundan sonra Müqavilə adlandırılacaq bağlamışlar. Müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overddraft), ödəniş kartlarının verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapır. xx.xx.2021-ci il tarixli ödəniş qəbzndən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 300 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzndən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 380 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzndən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 150 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 9/8349 nömrəli ekspert (Abdullayev Əli) rəyinə əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci tarixli, 0064075AZN6772 saylı fərdi maliyyələşdirmə üçün borcalanın banka ödəməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur: əsas borc üzrə 2503,93; faiz borcu üzrə 1840,39 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 9/8349 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Bank xidmətləri göstərilməsinə dair ümümi şərtlər toplusu çərçivəsində 0064075AZN06772 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsinə əsasən xx.xx.2023cu il tarixinədək illik 28 % faiz dərəcəsi, 180% illik cərimə faizi dərəcəsi ilə 3500 manat məbləğində kredit cavabdehə verilmiş və kreditin aylıq ödənişi 142,2 manat kimi müəyyən edilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmişdir və bununla, o, iddiaçıdan alınan krediti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə nəzərə alır ki, X2 ödəniş kartları bölməsi üzrə kartlara dair ümumi bölməsində qeyd edilir ki, overdraft – bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir. Kart üzrə texniki overdraft – razılaşdırılmış overdraft məbləğini aşan mələğdir, məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bank hesabı 41010AZNFK********** olan 5300**** saylı əmək haqqı kartı üzrə texniki overdraft kimi 127,66 manat hesablanmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh hesabında olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmağı öhdəsinə götürsə də, buna əməl etməmişdir. Beləliklə yol verdiyi texniki overdraft nəticəsində banka borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən, iddiaçı bu məbləğin də tələb edilməsində haqlı olmuşdur. Eyni zamanda, tərəflər arasında müqavilə üzrə dəbbə pulu razılaşdırılmışdır. Məhkəmə iddianın 2586,25 və 38,39 manat dəbbə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə hesablanmış cərimə borcu azaldılmalıdır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra olunmamış pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, 2586,25 və 38,39 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq müvafiq olaraq 200 manat və 12 manat kimi müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. 31 yanvar 2023-cü il tarixli, 9/8349 nömrəli ekspertiza rəyinə əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci tarixli, 0064075AZN6772 saylı fərdi maliyyələşdirmə üçün borcalanın banka ödəməli olan kredit borcu: əsas borc üzrə 2503,93 manat, faiz borcu - 1840,39 manat olaraq müəyyən edilmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclasında rəyə əsaslanmadığını və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Belə ki, məhkəmə iddia tələbi üzrə qətnamə çıxararkən iddia tələbinə əsaslanır. İddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilməyərək, iddia tələbləri müdafiə edilmişdir. Bu səbəbdən ekspertin rəyindəki rəqəmlər deyil, iddia tələbində tələb edilən məbləğin tutulması qanuna uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 0064075AZN06772 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2603,99 manat əsas borc, 1275,75 faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 4079,74 manat məbləğində borc və 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 127,66 manat əsas borc, 12 manat cərimə borcu olmaqla, cəmi 139,66 manat məbləğində borc tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 62,2 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının 50 manat həcmində xərc cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdeh 0064075AZN06772 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2603,99 manat əsas borc, 1275,75 faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 4079,74 manat məbləğində borcun və 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraft əməliyyatına əsasən 127,66 manat əsas borc, 12 manat cərimə borcu olmaqla, cəmi 139,66 manat məbləğində borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 62,2 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 50 manat məbləğində vəsait Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE********************, VÖEN: ********** Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-233/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-233/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver