Məhkəmə qərarları › İş №e-2(010)-2332/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2332/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2332/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01944119 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsinə əsasən 860,52 manat əsas; 160,24 manat faiz, cəmi 1020,76 manat borcu; xx.xx.2019-cu il tarixli, **********01944119 saylı kredit kartına dair müqaviləyə əsasən 154,95 manat əsas; 53,87 manat faiz, cəmi 208,82 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsinə əsasən 860,52 manat əsas; 160,24 manat faiz, cəmi 1020,76 manat məbləğində borcun; xx.xx.2019-cu il tarixli, **********01944119 saylı kredit kartına dair müqaviləyə əsasən 154,95 manat əsas; 53,87 manat faiz, cəmi 208,82 manat borcun və ödənilmiş 32,30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. İş materialları.

4. xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsinə əsasən, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2150 manat məbləğində kredit verilmişdir.

5. xx.xx.2019-cu il tarixli, **********01944119 saylı kredit kartına dair müqaviləyə əsasən, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh kredit kartı verilmişdir.

6. Kredit xətti sifarişi ərizəsindən müəyyən olunur ki, Cavabdeh kredit xətti ayrılmasını xahiş etmiş və kreditin qaytarılması, ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini qeyd etmişdir.

7. xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ərizədən müəyyən olunur ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 2150 manat məbləğində, 35 ay müddətinə GTKR3184524A119 nömrəli müqavilə ilə nəğd krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Onunla kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASC-yə ödəməli olduğu borcların (ödənilməli əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir.

8. xx.xx.2020-ci il tarixli İddiaçı ASC-nin məxaric orderindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 2150 manat məbləğində kredit verilmişdir.

9. xx.xx.2019-cu il tarixli İddiaçı ASC-nin balansdankənar məxaric orderindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh bir ədəd plastik kart verilmişdir.

10. İddiaçı ASC xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 2150 manat, faiz borcuna görə 981,45 manat olmaqla, cəmi 3131.45 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsinə əsasən 860,52 manat əsas; 160,24 manat faiz, cəmi 1020,76 manat məbləğində borcu; xx.xx.2019-cu il tarixli, **********01944119 saylı kredit kartına dair müqaviləyə əsasən 154,95 manat əsas; 53,87 manat faiz, cəmi 208,82 manat borcu vardır.

12. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bank borcluya gecikdirilmiş borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə borcun, faizlərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.

13. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 32,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi və kredit kartına dair müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi və kredit kartına dair müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia təmin edildiyindən idda ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 saylı kredit müqaviləsi üzrə 860,52 manat ödənilməmiş əsas məbləğ; 160,24 manat faiz, cəmi 1020,76 manat məbləğində; xx.xx.2019-cu il tarixli, **********01944119 saylı kredit kartına dair müqavilə üzrə 154,95 manat ödənilməmiş əsas məbləğ; 53,87 manat faiz, cəmi 208,82 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, GTKR3184524A119 nömrəli kredit müqaviləsi üzrə 860,52 manat əsas borc; 160,24 manat faiz borcu; xx.xx.2019-cu il tarixli, **********01944119 nömrəli kredit kartına dair müqavilə üzrə 154,95 manat əsas borc; 53,87 manat faiz borcu olmaqla, cəmi 1229,58 (min iki yüz iyirmi doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,30 (otuz iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar