Məhkəmə qərarları › İş №e-2(010)-237/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-237/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-237/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2513.22 manat və ödənilmiş 45,14 manat dövlət rüsumunun, 161 vəkil xərcinin, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat, cəmi 2736,61 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 22 may 2019-cu il tarixli 121RGTK3606486AA saylı kredit müqaviləsi bağlanılıb. Müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh illik 20 faiz olmaqla 60 ay müddətinə 10042,55 manat məbləğində kredit verib. İddiaçı hazırki iş üzrə Cavabdeh ilə xidmətdə olmuşdur. Kredit götürürəkən bank tərəfindən zamin tələb edildiyindən onun ona zamin durmasını xahiş etmişdir. Yaxın münasibətləri olduğundan onun xahişini qəbul etmişdir. Beləliklə, onunla "xxxx" ASC arasında 22 may 2019-cu il tarixli Z-121RGTK3606486AA saylı zaminlik müqaviləsi imzalanıb. Cavabdeh kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Odur ki, "xxxx" ASC tərəfindən onun pensiyasından tutulmalar həyata keçirilib və pensiyadan cəmi 2513.22 manat pul tutulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixində onun pensiyasından tutulmuş pul məbləğinin geri qaytarılması barədə pretenziya məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixində pretenziya məktubunu qəbul edən cavabdeh məktuba heç bir reaksiya verməmişdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Bununla əlaqədar olaraq bank tərəfindən onun pensiyasından 2513.22 manat pul tutularaq "xxxx" ASC-yə ödənilib. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinə dəqisləşmə verərək, qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilmiş müqavilədən əlavə, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 121GTKR********** saylı kredit müqaviləsi, "xxxx" ASC ilə X2 arasında xx.xx.2018-ci il tarixli Z-121GTKR********** saylı zaminlik müqaviləsi bağlanmışdır. Buna görə də Cavabdeh tələb olunan pul məbləği (reqres qaydasında) sözügedən müqavilələr imzalandığı tarixdən hesablanmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" ASC və İddiaçı arasında bağlanmış Z-121RGTK3606486AA nömrəli xx.xx.2019-cu il tarixli zaminlik müqavilədən görünür ki, İddiaçı 121RGTK3606486 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın (Cavabdeh) bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. İş materiallarına əlavə edilən İddiaçı Vəkil verilmiş xx.xx.2023-cü il tarixli AR-İİİ № 103513 etibarnamədən görünür ki, onun alınması üçün 17,25 haqq tutulub. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı zaminlik müqavilələri üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müxtəlif tutmalar aparılmışdır. . xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi Vəkil Mayl oğlu tərəfindən Cavabdeh göndərilən pretenziya məktubundan görünür ki, pretenziya ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində İddiaçı pensiyasından tutulmuş 2513.22 manat pul məbləğinin sonuncuya geri ödənilməsi tələb olunmuş və tələb olunan borc məbləği qeyd edilən tarixdə ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də tələb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 015133 nömrəli vəsiqəsinə əsasən, İddiaçı müharibə veteranıdır. xx.xx.2019-cu il tarixli "xxxx" ASC tərəfindən verilən çıxarışdan görünür ki, xx.xx.2018 – xx.xx.2019-cu il tarixlərində Cavabdeh məxsus bank hesabı üzərindən ayrıayrı əməliyyatlar aparılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 121GTKR180860005 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 10700 manat məbləğində kredit illik 25,34 % ödəmək şərti ilə 48 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hüquqi yardım göstərilməsi haqqında müqaviləsindən görünür ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsində iddia qaldırmaq üçün Vəkil Mayl oğlu ilə müqavilə bağlamışdır.Hüquqi yardıma görə haqq 160 manat kimi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Bakı şəhəri 26 saylı Vəkil Bürosuna 161 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı zaminlik müqavilələri üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müxtəlif tutmalar aparılmışdır. Kapital Bank” ASC və İddiaçı arasında bağlanmış Z-121GTKR180860005 nömrəli xx.xx.2018-cİ il tarixli zaminlik müqavilədən görünür ki, İddiaçı 121 GTKR180860005 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Zamin Bank qarşısında borcalnal birgə məsuliyyət daşıyır. Zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək, qeyd etdi ki, İddiaçıun pensiyasından 2513.22 manat pul tutularaq Cavabdeh kredit müqaviləsi üzrə borcuna yönəlmişdir Bu barədə “Kapital Banka” müraciət edilsə də, ona cavab verilməsindən imtina edilmişdir. İddiaçı Nzim oğlunun pensiyasından 2513.22 manat pulun tutularaq Cavabdeh kredit müqaviləsi üzrə yönəldilməsi barədə məlumatın alınması üçün "xxxx" ASC-yə sorğu verilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsin e-2(010)-4474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Cavabdeh kredit müqaviləsi (müqavilələri) üzrə icra edilməmiş öhdəliklərə görə İddiaçı bank hesabından zaminlik müqaviləsi üzrə tutulan məbləğlər barədə məlumatlar məhkəməyə təqdim edilməsi qərara alınmışdır. 30 dekabr 2023-cü il tarixli, 2023/111/16291 saylı "xxxx" ASC-nin sorğuya cavabdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə zamin İddiaçı hesabından xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2127,43 manat tutulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 474. Kreditorun tələblərinə qarşı zaminin etiraz hüququ 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Maddə 196 . Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.... Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2018-ci və xx.xx.2019-cü il tarixli kredit müqavilələri bağlanmış və həmin müqavilələr üzrə İddiaçı Cavabdeh bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyyət daşımaqla zamin durmuşdur. Həmin kredit müqavilələri üzrə iddiaçı-zamin İddiaçı hesabından xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 2127,43 manat "xxxx" ASC tərəfindən tutulmuşdur. Zaminlik müqavilələrin şərtlərinə əsasən, tutulmalar əsaslı olmuşdur, çünku əsas borclu Cavabdeh zaminliklə təmin edilmiş kredit müqavilələri üzrə öz öhdəliklərini icra etməmişdir. İddiaçının zamin qismində cavabdehin əvəzinə kredit müqaviləsi üzrə ödəniş etməsi işin mübahisəsiz halıdır. Yuxarıda göstərilmiş mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bununla da, iddiaçı-zamin tərəfindən banka ödənilmiş məbləğ cavabdehborcludan tutularaq, ona qaytarılmalıdır. Qaytarılmalı məbləğlə bağlı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 2513,22 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 30 dekabr 2023-cü il tarixli "xxxx" ASC-nin sorğuya cavabdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə zamin İddiaçı hesabından xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2127,43 manat tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, cavabdehdən 2127,43 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İşin hallarından görünür ki, iddiaçı mübahisəni məhkəmədənkənar həlli üçün cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdeh onu cavabdlandırmamış, hətta məlumatlı olduğu halda, məhkəməyə də gəlməmiş, izahatını verməmişdir. Eyni zamanda, iddiaçı ödədiyi rüsumu, vəkil xərcini və etibarnamə alınması üçün ödədiyi rüsumlarını da cavabdehdən tutulmasını tələb etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq 160 manat kimi müəyyən olunmuş, iddiaçı tərəfindən ödənilmişdir. Bununla da iddiaçı bu məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. İş materiallarında olan məhkəmədə təmsil edilməsi üçün vəkilə verilmiş etibarnamədən görünür ki, onun alınması üçün 17,25 manat dövlət rüsumu ödənilmişdir. Nəzərə alaraq ki, cavabdeh vaxtında öz üzərinə düşən vəzifələrini icra etdiyi halda, bu kimi xərclər yaranmazdı, iddiaçının bu xərci də cavabdehdən tələb etmək haqqı vardır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 2127,43 manat, 160 manat vəkil xərci, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat pul tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 41,28 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2127,43 manat, ödənilmiş 41,28 manat dövlət rüsumu, 160 manat vəkil xərci, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat, cəmi 2345,96 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar