Məhkəmə qərarları › İş №e-2(010)-2370/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2370/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2370/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 4, Aksessuar DS4 üçün 878.8 (səkkiz yüz yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 87.2 (səksən yeddi manat iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ WATCH GT üçün 515.1 (beş yüz on beş manat on qəpik) manat ödənilməmiş hissə, 51.9 (əlli bir manat doxsan qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********16439 SAMSUNG GALAXY A12 markalı telefon üçün 265.9 (iki yüz altmış beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 26.1 (iyirmi altı manat on qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ **********00042 XİAOMİ REDMİ 9 markalı telefon 128.8 (bir yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə. 12.2 (on iki manat iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, DİSK PLAYSTATİON 4 üçün 97.8 (doxsan yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, MYKRONOZ ZETRACK saat, X2, TRUST akustika, CHARGER SAMSUNG, LOGİTECH klaviatura üçün 34.9 (otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 3.1 (üç manat on qəpik) manat cərimə olmaqla ümumilikdə 2111 manat borc və 41.11 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona əsaslanmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, PLAYSTATİON4, Aksessuar DS4, HUAWEİ WATCH GT, İMEİ **********16439 SAMSUNG GALAXY A12 markalı telefon, İMEİ **********00042 X1AOMİ REDMİ 9 markalı telefon, DİSK PLAYSTATİON 4, MYKRONOZ ZETRACK saat, MOUSE TRUST M YD O, TRUST akustika, CHARGER SAMSUNG, LOGİTECH klaviatura almış və 2111 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1305 manat (18 ay x 70 manat + 45 manat ilkin ödəniş) olan PLAYSTATİON4, Aksessuar DS4 üçün ümumilikdə, 966 manat olmaqla ondan 878.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 87.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 664.2 manat (18 ay x 36.9 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT üçün ümumilikdə, 567 manat olmaqla ondan 515.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 51.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 488 manat olan İMEİ **********16439 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 292 manat olmaqla ondan 265.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 26.1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 470.4 manat (12 ay x 39.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********00042 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 141 manat olmaqla ondan 128.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 12.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 196.8 manat (12 ay x 16.4 manat + 0 manat ilkin ödəniş) olan DİSK PLAYSTATİON 4 üçün ümumilikdə, 107 manat olmaqla ondan 97.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 433.2 manat (12 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) olan MYKRONÖZ ZETRACK saat, X2, TRUST akustika, CİiARGER SAMSUNG, LOGİTECH klaviatura üçün ümumilikdə, 38 manat olmaqla ondan 34.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 3.1 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1636.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edirəm ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına,ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1305 manat məbləğində Playstation 4 və Aksessuar DS4 əldə etmiş və həmin məbləği ilkin ödəniş 45 manat, aylıq 70 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 664.2 manat məbləğində Huawei watch GT əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 36.9 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 488 manat məbləğində İmei kodu **********16439 olan Samsung Galaxy A12 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 32 manat, aylıq 38 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 470.4 manat məbləğində İmei kodu **********00042 olan Xiaomi Redmi 9 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 39.2 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 196.8 manat məbləğində Disk Playstation 4 əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 16.4 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 433.2 manat məbləğində Mykronoz Zetrack saat, X2, Trust akustika və X1 əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 36.1 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 878.8 manat ödənilməmiş hissə, 87.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 515.1 manat ödənilməmiş hissə, 51.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 265.9 manat ödənilməmiş hissə, 26.1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 128.8 manat ödənilməmiş hissə. 12.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 97.8 manat ödənilməmiş hissə, 9.2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 34.9 manat ödənilməmiş hissə, 3.1 manat cərimə olmaqla ümumilikdə 2111 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 878.8 manat ödənilməmiş hissə, 87.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 515.1 manat ödənilməmiş hissə, 51.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 265.9 manat ödənilməmiş hissə, 26.1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 128.8 manat ödənilməmiş hissə. 12.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 97.8 manat ödənilməmiş hissə, 9.2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 34.9 manat ödənilməmiş hissə, 3.1 manat cərimə olmaqla ümumilikdə 2111 manat borc və iş üzrə ödənilmiş 41.11 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-cü maddəsinin göstərişini rəhbər tutaraq, Qət etdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 878.8 manat ödənilməmiş hissə, 87.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 515.1 manat ödənilməmiş hissə, 51.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 265.9 manat ödənilməmiş hissə, 26.1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 128.8 manat ödənilməmiş hissə. 12.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 97.8 manat ödənilməmiş hissə, 9.2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 34.9 manat ödənilməmiş hissə, 3.1 manat cərimə olmaqla ümumilikdə 2111 manat borc və iş üzrə ödənilmiş 41.11 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar