Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2374/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2249 manat məbləğində əsas borcun və bu borca hesablanmış 337,35 manat məbləğində dəbbə borcu olmaqla, ümumilkidə 2586,35 manat və məhkəmədə iddia qaldırılması üçün 45,87 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, "Veysəloğlu” MMC ilə Cavabdeh arasında 02 sentyabr 2022-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 2249 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 187,42 manat olmaqla, hissəhissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh qeyd olunan borc öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini tam şəkildə icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında qalıq borc üzrə 337,35 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. 25 aprel 2023-cü il tarixinə cavabdehin iddiaçıya 2249 (iki min iki yüz qırx doqquz) manat əsas borc və bu borca hesablanmış 337,35 (üç yüz otuz yeddi manat otuz beş qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 2586,35 (iki min beş yüz səksən altı manat, otuz beş qəpik) manat ödənilməmiş borc öhdəliyi vardır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən müəyyən olunur ki, borclu Cavabdeh kreditor İddiaçı MMC ilə müqavilə bağlayaraq 2249 manat borcun yarandığını tam etiraf etmiş, borclu 12 aya 2249 manat borcun yarandığı, həmin məbləği xx.xx.2022-ci il tarixdən hər ay 187,42 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış pretenziya məktubdan görünür ki, İddiaçı MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışından görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh İddiaçı MMC-nə 2249 manat məbləğində əsas borc olmaqla, bu borca hesablanmış 337,35 manat məbləğində dəbbə borcu ilə birlikdə ümumilkidə 2586,35 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. MM-nin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, aparılmış inventarizasiya nəticəsində Cavabdeh kreditor İddiaçı MMC ilə müqavilə bağlayaraq 2249 manat borcun yarandığını tam etiraf etmiş, borclu 12 aya 2249 manat borcun yarandığı, həmin məbləği xx.xx.2022-ci il tarixindən hər ay 187,42 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin öhdəliyi olan borcundan ödəniş etməmiş və hazırda 2249 manat məbləğində əsas borcu və bu borca hesablanmış 337,35 manat məbləğində dəbbə borcu olmaqla, ümumilkidə 2586,35 manat borcu qalmışdır. Mülki Məcəllənin tələbinə əsasən kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan əlavə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslandırılmamış və tələb olunan dəbbənin hansı qaydada hesablanması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehdən dəbbənin tutulmasını tələb etsə də, lakin iddianı sübuta yetirəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı saymır və təmin edilməməsi qənaətinə gəlir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, 2249 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə borclu olduğundan iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2249 manat məbləğində pul və 45,87 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə onu da xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 02 sentyabr 2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən 2249 (iki min iki yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 45,87 (qırx beş manat, səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2374/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2374/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver