Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2379/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 13.10-da Hövsan qəsəbəsində O.Şabanov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etibarnamə ilə üzərində sərəncam vermək hüququ müəyyən olunmuş “BMW 528İ” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin ödənilməyən hissəsi olan 1762.23 manat zərər məbləği və ödənilmiş 38 manat dövlət rüsumu olmaqla cəmi 1800.23 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini bildirmişdir və eyni zamanda iddia tələbindən imtinanın nəticələrinin ona aydın olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının iddiadan imtina etməsilə bağlı işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının iddiadan imtinasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinin tələbinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 38 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2379/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2379/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver