Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-239/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli, PKLMB-0892 saylı kredit və zaminlik müqavilələrinə əsasən 62900 manat əsas borc olmaqla, cəmi 62900 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 279 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 və "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin hal-hazırda cavabdehlər tərəfindən sözügedən müqavilədən əmələ gələn öhdəliklər pozulduğundan və xəbərdarlıq olunmasına baxmayaraq ödənilməli olan pul vəsaitləri geri qaytarılmadığından məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PKLMB-089 saylı kredit müqaviləsinə əsasən cavabdehə 62900 manat pul vəsaiti verilmiş, qarşılığında müqavilədə nəzərdə tutulmuş müddətdə, illik 33 faiz dərəcəsi ilə 23 aylıq faiz olaraq, müddət sonunda isə əsas və faiz məbləğinin geri qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmuşdur. Digər tərəfdən isə Cavabdeh2 arasında PKLMB-0892 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdehlərin öhdəliyin icrasından yayınması səbəbi ilə hal-hazırda xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən PKLMB-0892 saylı kredit müqaviləsi üzrə 62900 manat əsas borcu olmaqla, cəmi 62900 manat borcu yaranmışdır. Cavabdeh1 və sözügedən müqavilə üzrə zamin qismində çıxış edən Cavabdeh2 hər biri üçün ayrı-ayrılıqda olmaqla xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmiş, buna baxmayaraq heç bir cavab alınmamışdır. Göstərilən səbəblərdən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, PKLMB-892 saylı kredit müqaviləsinə əsasən 62900 manat əsas borc olmaqla, cəmi 62900 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən 62900 manat məbləğində əsas borcla razılaşır. Həmçinin əlavə etmişdir ki, digər Cavabdeh2 da bu iş üzrə keçirilən məhkəmə iclaslarından məlumatı var. Lakin o, Şəmkir şəhərində yaşayır.
5. Cavabdehlərə məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlunat verilmiş, buna baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. "xxxx" ASC (BOKT) və Cavabdeh1 (Kredit alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PKLMB-0892 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən BOKT Kredit alana 62900 manat məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə BOKT-a illik 33 % ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə verilir.
7. "xxxx" ASC (BOKT) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PKLMB-0892 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Zamin BOKT-la Kredit alan arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PKLMB-0892 nömrəli kredit müqaviləsi üzrə Kredit alan BOKT qarşısında götürdüyü 62900 manat məbləğində pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.
8. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə verilmiş 62900 manat məbləğində kreditin 24 ay ərzində - xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 1729.75 manat (sonuncu ay 64629.75 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən yaranmış borcu ödəmələri, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Təşkilat ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PKLMB-0892 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürdüyü 62900 manat məbləğində kreditdən Təşkilata xx.xx.2022-ci il tarixə ödənilməmiş 62900 manat məbləğində əsas borc olmaqla, cəmi 62900 manat məbləğində
İşin faktiki halları.
11. İddiaçı "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 33 % ödəmək şərtilə 62900 manat məbləğində kredit verilmiş, cavabdeh isə götürdüyü krediti faizi ilə birlikdə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və Zamin kredit müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasına tam həcmdə zamin durmuşdur. Lakin cavabdehlər müqavilə şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı BOKT Cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur.
16. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı BOKT iddia tələbini hər iki cavabdehə qarşı yönəltməkdə də haqlı olmuşdur.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (62900 manat) uyğun olaraq 279 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 62900 manat məbləğində əsas borc və 279 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 62900 (altmış iki min doqquz yüz) manat məbləğində pul və 279 (iki yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva