Məhkəmə qərarları › İş №e-2(010)-2420/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2420/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2420/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4643,58 (dörd min altı yüz qırx üç manat, 58 qəpik) manat və 66,44 (altmış altı manat 44 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4710,02 (dörd min yeddi yüz on manat 02 qəpik) manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilmiəsini xahiş etmişdir. İddiaçı Azəriqaz” İstehsalat Birliyi məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışına hazırlıq mərhələsində iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar