Məhkəmə qərarları › İş №e-2(010)-2438/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2438/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2438/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul » tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 iyun 2020-cu il tarixli 25 saylı alqı-satqı müqaviləsi üzrə 681 manat əsas və 342 manat cərimə borcu olmaqla üzrə cəmi 1023 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı onunla Cavabdeh arasında bağlanmış 03 iyun 2020-cu il tarixli 25 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 681 (altı yüz səksən bir) manat məbləğində hər ay 56.75 manat ödəməklə “Samsung A50” markalı mobil telefon satmışdır. Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş və dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq 03 iyun 2020-ci il tarixli 25 saylı alqı-satqı müqaviləsi üzrə 681 manat əsas və 342 manat cərimə borcunu ödəməmişdir. Bunlara əsasən iddia tələbinin təmin olunmasını və cavabdehdən əsas və cərimə borcuna görə cəmi 1023 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03 iyun 2020-ci il tarixli 25 saylı alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 40 küçəsində yerləşən Ava Electronis firma mağazası ünvanında sahbkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı alıcı Cavabdeh dəyəri 681 manat təşkil edən «Samsung A 50» markalı telefonu satmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcı X1 əşyanın dəyərini 12 ay müddətində hissə-hissə (hər ay 57 manat ödəmək şərti ilə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.3-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 faiz cərimə ödəyir. İşin materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh 03 iyun 2020-cu il tarixli 25 saylı alqı-satqı müqaviləsi üzrə heç bir ödənişi həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1.-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Sadalanan xüsusatlara qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh Babaxan qızı nisyə alqı-satqı müqaviləsi ilə müəyyənləişdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyanın əvəzini ödəmədiyindən iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 03 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 50 manat məbləğlinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 03 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 681 manat məbləğində ödənilməmiş dəyəri və 50 manat məbləğində dəbbə pulu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 iyun 2020-ci il tarixli 25 saylı alqı-satqı müqaviləsi üzrə 681 manat əsas borc və 50 manat cərimə borcu cəmi 731 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar