Məhkəmə qərarları › İş №e-2(010)-2455/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2455/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2455/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********02 nömrəli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 977.13 manat əsas borc və 26.58 manat faiz borcunun, nağd kredit müqaviləsi üzrə 1434.4 manat olmaqla, ümumilikdə 2438.11 manat pul vəsaitinin, həmçinin ödənilmiş 44.4 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2455/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2020-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 36 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti açılmışdır. Eyni zamanda, "xxxx" ASC ilə X8 arasında xx.xx.2020-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 18 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 4000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ seriyalı, 199628 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D-04/14 saylı məktubuna əsasən X5 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 olduğu müəyyən edilmişdir. Miras əmlak – "xxxx" QSC tərəfindən verilmiş 3186.48 manat pul məbləğindən ibarətdir. Bankın Sənaye fillialı tərəfindən təqdim edilmiş maliyyə arayışında görünür ki, X8 tam kart borcu üzrə Banka ödənilməmiş 977.13 manat əsas borcu və 26.58 manat faiz borcu qalmışdır. Həmçinin, X5 nağd kredit müqaviləsi üzrə Banka ödənilməmiş 1434.40 manat əsas borcu qalmışdır. Cavabdehlər X1mış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-5568/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddianı qəbul etdiklərini bildirərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini qeyd etdilər.

6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini bildirmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

8. "xxxx" ASC və X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********02 nömrəli kredit müqaviləsindən görünür ki, bu Müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartı (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra – “Tam kart” adlanacaq) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə - “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə İmkanı təqdim edilməklə 15000 (on beş min) manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya Kredit xətti; bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kart dan istifadəye görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür.

9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə "xxxx" ASC-yə həmin tarixə 977.13 manat əsas borc və 26.58 manat faiz borcu olmaqla, ümumilikdə 1003.71 manat məbləğində borcu vardır.

10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə həmin tarixə 1434.4 manat məbləğində borcu vardır.

11. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-5568/2024 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 xx.xx.2020-ci il tarixli, BPM**********02 nömrəli tam kart çərçivə müqavilələri üzrə nağd və kredit xətti üzrə borcun məbləği barədə məlumat verilmiş və həmin borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 242656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2021-ci il tarixdə 784 nömrə ilə qeyd edilmişdir.

13. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 "xxxx" QSC tərəfindən X4 adına ayrılmış 3186.48 manat pul məbləğindən hər biri 1/5 hissədə irs almışlar.

14. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2 "xxxx" QSC tərəfindən X4 adına ayrılmış 3186.48 manat pul məbləğindən 1/5 hissədə irs almışdır.

15. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 vərəsələri Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.82 m2 olan mənzilin mərhuma məxsus 1/2 hissəsindən hər birinə 1/10 hissə olmaqla irs almışlar. İşin faktiki halları.

16. "xxxx" ASC və X8 arasında xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 % ödəmək şərtilə 1000 manat məbləğində kredit limiti açılmış, əlavə olaraq 18 ay müddətinə illik 22 % ödəmək şərtilə 4000 manat məbləğində nağd kredit verilmişdir.

17. Borcalan X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

18. X9 miras qalan əmlak - "xxxx" QSC tərəfindən mərhumun adına ayrılmış 3186.48 manat məbləğində pul və ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsi mərhumun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 miras qalmışdır. (Pul məbləğindən hər birinə 1/5, mənzildən hər birinə 1/10 pay olmaqla)

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından görünür ki, mərhum X6 "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqavilələri üzrə borclu olmuşdur. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə mərhum borclunun vərəsələridir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqavilələri üzrə ödənilməmiş borcu mərhumun vərəsələri olan iş üzrə cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur.

24. Vərəsə-cavabdehlərin məsuliyyətinin həddi, yəni onlardan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

25. İş materiallarından görünür ki, cavabdehlər mərhumdan miras qalmış 3168.48 manat məbləğində pulu hər birinə 1/5 hissə, ünvan 1 ünvanında yerləşən mənzili isə hər birinə 1/10 hissə olmaqla (mənzilin mərhuma məxsus 1/2 hissəsindən hər birinə 1/5 hissə olmaqla) qəbul etmişlər. Belə olan halda cavabdehlərdən müştərək qaydada (hər birinə 1/5 hissə olmaqla) xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən tam kredit borcu üzrə 977.13 manat əsas borc və 26.58 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 1434.4 manat olmaqla, ümumilikdə 2438.11 manat məbləğində borc tutulmalıdır.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44.4 manat məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum X2 miras qalmış əmlakdakı paylarına mütənasib olaraq (hər birinə 1/5 hissə) xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən tam kart kredit borcu üzrə 977.13 manat əsas borc və 26.58 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 1434.4 manat olmaqla, ümumilikdə 2438.11 manat məbləğində borc, ödənilmiş 44.4 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum X2 miras qalmış əmlakdakı paylarına mütənasib olaraq (hər birinə 1/5 hissə) xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən tam kart kredit borcu üzrə 977.13 manat əsas borc və 26.58 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 1434.4 manat olmaqla, ümumilikdə 2438.11 manat (iki min dörd yüz otuz səkkiz manat on bir qəpik) məbləğində borc, ödənilmiş 44.4 manat (qırx dörd manat qırx qəpik) məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar