Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-246/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızının cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnaya qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Qulı̇ yeva Səyyarə Ruşan qızı ilə Mı̇ rzoyeva Hı̇ cran Eldarovna arasında xx.xx.2015-ci il tarixdə bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci bəndinə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 155.000 (bir yüz əlli beş min) manat və ya (hər iki tərəfin razılaşdığı məzənnə ilə, konvertasiya ediləndən sonra 100.000 /bir yüz min /ABŞ dollan ekvivalentində) borcun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür.
2. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcu 31 yanvar 2017-ci il tarixdə bütov şəkildə borc verənə qaytarmağı öhdəsinə götürür.
3. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən borc manatla və nağd şəkildə qaytanlacaq. Borcun digər qaydada qaytanlmasına yalnız borc verənin razılığı ilə yol verilə bilər.
4. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnaya borcun 15 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
5. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 395 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borcverən İddiaçı ilə borclu Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində hər iki tərəfin müraciətinə əsasən bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin və həmin işdə olan sənədlərin surəti göndərilmiş, həmçinin 2015-ci il üzrə Bakı şəhəri 16 saylı notariat ofisində qeydə alınan heç bir videomaterialların mövcud olmadığı bildirilmişdir.
7. “Elektron Məhkəmə” sistemi vasitəsi ilə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən daxil olmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vidadi Mirzaev 26 noyabr 2022-ci il tarixdə vəfat etmişdir.
İşin faktiki halları
8. Qulı̇ yeva Səyyarə Ruşan qızı ilə Mı̇ rzoyeva Hı̇ cran Eldarovna arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanması və iddiaçı tərəfindən 155.000 manat (və ya hər iki tərəfin razılaşdığı məzənnə ilə, konvertasiya ediləndən sonra 100.000 ABŞ dolları ekvivalentində) pulun cavabdehə verilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
9. İddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızı cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnana qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ödənilməyən 60.000 dollar (altmış min dollar) pul və məhkəmədə iddia qaldırılması ödənilmiş 395 AZN borcun cavabdehdən tututaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, Cavabdeh tərəfindən ödənilməyən 102.000 manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 395 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4508/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızının cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnaya qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-246/2024 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnadan 102.000 (bir yüz iki min) manat məbləğində pulun alınaraq iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızına verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 395 (üç yüz doxsan beş) manat məbləğində pulun cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnadan iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızının xeyrinə tutulması qət edilmişdir.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-246/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 09 fevral 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-246/2024 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ərizəsinin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-246/2024 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qət edilmişdir.
Tərəflərin izahatları
15. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 elektron sistem vasitəsi ilə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 elektron sistem vasitəsi ilə ərizə göndərərək işin başqa vaxta təxirə salınmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
16. 23 fevral 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı etimad münasibətlərindən yaranan bir neçə illik dostluq əlaqələri olmuşdur. Onlar dəfələrlə bir-birilərinə borc verib-alıblar, biznes fəaliyyəti ilə məşğul olublar. Sonuncu dəfə 2015-ci ildə aralarında bağlanmış müqavilə üzrə 2022-ci ilin sonunadək ödənişlər edilib. Sonuncu ödənişlər isə Zolotoya korona vasitəsi ilə edilib və hazırda cavabdehin 60000 dollar borcu qalıb. İddiaçı dəfələrlə borc barədə qarşı tərəfə pretenziya məktubu göndərsə də, qarşı tərəf borcunu ödəməkdən yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, borc müqaviləsində xx.xx.2017-ci ildə borclunun öhdəliyi kimi bütöv şəkildə pulun borc verənə göstərilməsi nəzərdə tutulsa da, iddiaçı göstərilən tarixdən 6 il səkkiz aydan sonra iddia qaldırmışdır. Həmin ərizə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq borclunun öhdəliyinin icrasını humanistlik göstərərək tələb etməmişdir. “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarışda təsbit olmuşdur ki, iddiaçının oğlu X1 hesabına Gürcütan Respublikasından cavabdehin yaxın qohumu X2 tərəfindən xx.xx.2022-ci tarixdə 200 Amerika dolları və xx.xx.2022-ci il tarixdə 200 Amerika dolları, ümumilikdə 400 dollar, manat məzənnəsi ilə 680 AZN pul köçürülmüşdür. Sözügedən şəxslərin hər iki tərəfin yaxın qohumları olmasını nəzərə alsaq, yuxarıda göstərilən pul köçürmələri borclu Cavabdeh borcun etiraf edilməsini dəlalət edən hal kimi qiymətləndirilməlidir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya ən sonuncu xx.xx.2022-ci il tarixdə borcun bir qismi ödənmişdir. Sonuncu ödəmə tarixinə əsaslanaraq Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbləri pozulmamış, xx.xx.2025-ci il tarixədək müqavilə üzrə tələblə bağlı iddia verilmiş, iddiaçı qanunvericiliyin tələblərini pozmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. 23 fevral 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında başlanılmış müqavilə yalan əqddir və iddiaçı ilə cavabdehin həyat yoldaşı arasında olan borc münasibətlərini pərdələmək məqsədilə imzalandığından əhəmiyyətsiz əqddir. Konsitutusiya Məhkəməsinin mövqeyinə görə müqavilədən irəli gələn mübahisələr üzrə işlərə baxarkən məhkəmə həmin əqdin etibarlılığına qiymət verməlidir. Etibarsız müqavilə üzrə öhdəliklərin icrasının tələb edilməsi qanunsuzdur. Əgər məhkəmə belə qənaətə gəlsə ki, hazırkı iddianın predmeti olan müqavilə etibarlı əqdir, o zaman da, iddia müddətinin tətbiq etməlidir. Belə ki, xx.xx.2025-c il tarixli müqavilənin 2.1-ci bəndinə görə borc xx.xx.2017-ci ilədək bütov şəkildə borc verənə qaytarılmalı idi. Mülki iş isə məhkəməyə xx.xx.2023-cü il tarixində təqdim edilib. Yəni borcun qaytarılması üçün müəyyən edilmiş son müddətdən 6 il səkkiz aydan sonra iddia qaldırılmışdır. Buna görə də iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li Qərardadı
15. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
16. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).
17. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı
İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı
Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
24. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
25. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, Qulı̇ yeva Səyyarə Ruşan qızı (iddiaçı) Mı̇ rzoyeva Hı̇ cran Eldarovnaya (cavabdehə) 155.000 manat (və ya hər iki tərəfin razılaşdığı məzənnə ilə, konvertasiya ediləndən sonra 100.000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir.
26. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan məhkəmə tərəflər arasında bağlanmış müqavilənin etibarlı olub-olmadığını təsbit edərkən qeyd edir ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
27. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
28. Qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
29. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əqdin etibarlılıq şərtlərini yoxlayarkən məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə üzrə etibarlılıq şərtlərinin pozulduğu müəyyən edilmir. Belə ki, Qulı̇ yeva Səyyarə Ruşan qızı ilə Mı̇ rzoyeva Hı̇ cran Eldarovna arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi qanunda nəzərdə tutulmuş formaya uyğun olaraq yazılı qaydada bağlanmış və notarial qaydada təsdiq edilmiş, müqavilənin bağlanması üçün hər iki tərəfin razılığı alınmış, müqaviləni imzalayan şəxslərin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması müəyyən edilmiş və bundan sonra notarial qaydada təsdiq edilmişdir. Göründüyü kimi hazırki müqavilə üzrə etibarlılıq şərtlərinə əməl edilmişdir.
30. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək təyin edilmişdir.
31. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur.
32. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
33. İddiaçı ilə cavabdeh arasında müqavilədə borcun qaytarılma müddəti xx.xx.2017ci il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2017-ci il tarixdən başlamışdır. Lakin iş materiallarında olan “Western Union” beynəlxalq pul transfer sistemindən çıxarışlarda təsbit olmuşdur ki, iddiaçının oğlu X1 hesabına Gürcütan Respublikasından cavabdehin həyat yoldaşı X2 tərəfindən 2022-ci il tarixdə müxtəlif pul vəsaitləri köçürülmüş, bununla da borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir.
34. Göründüyü kimi iddiaçı mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu səbəbdən iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri
35. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 395 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
38. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnadan 102.000 manat məbləğində pul alınaraq iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızına verilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnadan 102.000 (bir yüz iki min) manat məbləğində pul alınaraq iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızına verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 395 (üç yüz doxsan beş) manat məbləğində pul cavabdeh Mı̇ rzoyeva Hı̇ cran Eldarovnadan iddiaçı Qulı̇ yeva Səyyarə Ruşan qızının xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.