Məhkəmə qərarları › İş №e-2(010)-2467/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2467/2023

11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2467/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcə cəlb edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcə cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1601/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin dəyişdirilərək hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində tutulması, cavabdeh X4 xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yastıpəncəlikləri üçün fizioterapiya müalicələri ilə bağlı hər ay 50 manat gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb olunması, mediasiya xərci kimi 50 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Nimzai Rayon Məhkəməsinin 2(007)-1601/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənim Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiam qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Rafiq qızına ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmasıı qət olunmuşdur. Qətnamənin qəbul edildiyi vaxtdan xeyli müddət keçmiş, istehlak mallarının qiyməti qalxmışdır. Cavabdeh isə bütün bunların heç birini nəzərə almır, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarından artıq mənə heç bir köməklik göstərmir. Uşaqlarımızın hər ikisi yastıpəncədir, birində birinci dərəcəli, digərində isə ikinci dərəcəlidir. Onları fizioterapiyaya müalicəyə aparıram, hər ikisi üç aydan bir müalicə kursu keçməlidirlər, ancaq imkanım olmadığından ildə bir dəfə müalicəyə apara bilirəm”.

İddia tələbinə etiraz və etirazın əsaslandırıldığı hallar.

3. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki: “6 saylı X19 Ehtiyatları İdman məktəbində cüdo müəllimi işləyirəm. Əmək haqqım 662.67 manat təşkil edir. Bütün ödənişlərdən sonra cəmi 248 manat maaş alıram. Başqa qazanc yerim yoxdur. 3 banka borcum vardır (bank sənədləri tərəfimdən məhkəməyə təqdim olunacaqdır). Qoca, xəstə anam X3 ilə bir yerdə yaşayıram. O, 327 manat pensiya alır və hərdən bir aldığı pensiyasından aliment borcumun ödənilməsində köməklik göstərir. Onu da qeyd etmək istəyirəm ki, anam 2 dəfə insult keçirib, böyrək çatışmazlığından əziyyət çəkir, dava-dərmanla yaşayır. Mənimlə anamın maddi vəziyyəti çox kritikdir. Mənim də bir vətəndaş olaraq yaşamaq hüququm vardır. Maddi çətinliklərə görə ikinci dəfə ailə həyatı qura bilmirəm. İddiaçı Əlirzayeva X15 İdman Sağlamlıq Mərkəzində inzibatçı işləyir, 700-800 manat maaş alır. Uşaqları saxlamaq tək atanın deyil, hər iki valideynin vəzifəsidir. Keçmiş həyat yoldaşım İddiaçı Rafık qızı övladlarımın mənimlə görüşməsinə icazə vermir, ünsiyyətimizə maneələr yaradır, mənə hədə-qorxu gəlir. Bununla da həm mənim, həm də uşaqlarımızın qanunla nəzərdə tutulmuş hüquqları pozulur”.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh anasının xəstə olduğunu bəhanə edərək alimentin artırılmasına etiraz edir. Halbuki onun öz atası da xərçəng xəstəsidir və bu yaxınlarda əməliyyat olunmuşdur. Buna baxmayaraq o, heç vaxt valideyninin xəstəliyinin adını çəkməmişdir. Bundan başqa, o, bir müddət bundan əvvəl “Xalqlar dostluğu” metrosunda təsadüfən cavabdehlə qarşılaşmışdır. Həmin vaxt cavabdehə uşaqların xəstə olduğunu, müalicələri üçün maddi dəstək lazım olduğunu demişdir. Cavabdeh onda qəbul etmişdir ki, uşaqlar xəstədir və onların xərclərini qarşılamaq üçün pul ödəmələdir. Həmin vaxt o, etiraf etmişdir ki, iş yerindən əlavə xüsusi məşqlər də keçərək maaşdan əlavə gəlir qazanır. Lakin hazırda bunu qəbul etmir, gəlirini gizlətməyə çalışır, guya uşaqları ona göstərmədiyini iddia edir. Halbuki o, cavabdehə dəfələrlə demişdir ki, istədiyi vaxt gəlib uşaqları görə bilər. Cavabdeh tələb etdiyi məbləğdə alimenti və əlavə xərci ödəyə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən cəmi 300 manat məbləğində aliment tutulur. Hazırda istehlak mallarının qiyməti artmışdır. Həmçinin uşaqlar üçün yaşayış minimumu da 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırkı alimentlə uşaqları saxlaya bilmir. Üstəlik, uşaqların birində birinci, digərində isə ikinci dərəcəli yastıpəncəlik xəstəliyi var. Onların hər ikisi xəstəlikləri ilə əlaqədar müalicə kursu götürməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh pul vermək istəmir. Halbuki o, idman müəllimidir və keçdiyi əlavə məşqlər hesabına əlavə qazanc da əldə edir. Hesab edir ki, tələb edilən aliment və əlavə xərci ödəyə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, Ailə Məcəlləsinin alimentlə bağlı maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il tarixli qərarı var. Həmin qərarda deyilir ki, məhkəmə işə baxarkən iki amilə diqqət yetirməlidir. Birincisi, tərəflərin maddi vəziyyətini nəzərə almalı, ikincisi diqqətəlayiq halları araşdırmalıdır. Hazırkı iş üzrə cavabdehin əmək haqqı 662.67 manat təşkil edir. İddiaçı isə cavabdehdən daha yüksək məbləğdə əmək haqqı alır. Belə ki, onun əmək haqqı 726 manat məbləğindədir. Buna baxmayaraq o, aylıq gəlirini gizlətməyə çalışmışdır. Həmçinin iddiaçı cavabdehin əlavə idman məşqləri keçərək əlavə gəlir qazandığını iddia etsə də, bunu sübut edə bilməmişdir. Bundan əlavə, cavabdehin ağır xəstə olan anası və iki banka kredit borcu var. Cavabdehin bütün xərcləri çıxıldıqdan sonra onun əlində əmək haqqı qalmır. Hətta hazırkı alimenti belə ödəməyə anası kömək edir. Nəzərə alınmalıdır ki, hər iki valideyn uşaqların saxlanması üçün eyni dərəcədə məsuliyyət daşıyır. Həmçinin iddiaçı uşaqların xəstəliyi ilə bağlı əlavə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

7. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 653911 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 (atası Cavabdeh, anası X12) xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 910 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 062071 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 (atası Cavabdeh, anası X12) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 754 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 358880 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X12 arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 86 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əlirzayeva soyadı verilmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1601/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1425/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

11. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdangörünür ki, xx.xx.2013-cü il təvəllüdlü İsmayılov Eminə ikitərəfli anadagəlmə ikinci dərəcəli yastıpəncəlik diaqnozu qoyulmuşdur.

12. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü İsmayılova Ayselə ikitərəfli anadagəlmə yastıpəncəlik, hər iki barmağın hallux valgus, ikinci və üçüncü dərəcəli onurğanın sol tərəfli döş-bel tipli ikinci dərəcəli skoliozu, dayaq və hərəkət aparatının pozulması diaqnozu qoyulmuşdur.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatologiya və Ortepediya İnstitutunun həkim-travmatoloq-ortopedi X8 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli reseptdən görünür ki, Emin İsmayılova onurğa əzələləri üçün elektrostimulyasiya və masaj yazılmışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatologiya və Ortepediya İnstitutunun həkim-travmatoloq-ortopedi X8 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli reseptdən görünür ki, Ayselə baldır-pəncə əzələləri üçün elektrostimulyasiya və ümumi masaj yazılmışdır.

15. “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli X1 Uşaq-gənclər İdman Məktəbi X22i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 42 nömrəli arayışdan görünür ki, Cavabdeh “Təhsil” X11 6 nömrəli X1 Uşaq-gənclər İdman Məktəbində xx.xx.2017-ci il tarixdən məşqçi-müəllim vəzifəsində işləyir və onun aylıq əmək haqqı 662.67 manat təşkil edir.

İşin faktiki halları.

16. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X14 doğulmuşdur.

17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1601/2021 nömrəli qətnaməsi ilə həmin uşaqların saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmişdir.

18. xx.xx.2011-ci il təvəllüdlü X5 ikitərəfli anadagəlmə yastıpəncəlik, hər iki barmağın hallux valgus, ikinci və üçüncü dərəcəli onurğanın sol tərəfli döş-bel tipli ikinci dərəcəli skoliozu, dayaq və hərəkət aparatının pozulması diaqnozu qoyulmuşdur.

19. xx.xx.2013-cü il təvəllüdlü X9 ikitərəfli anadagəlmə ikinci dərəcəli yastıpəncəlik diaqnozu qoyulmuşdur.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

21. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.

Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

26. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

29. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

30. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz.

31. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində inzibatçı işləyir və əmək haqqı 726 manat məbləğindədir. İş materiallarında olan iş yerindən arayışdan görünür ki, Cavabdeh “Təhsil” X11 6 nömrəli X1 Uşaq-gənclər İdman Məktəbində məşqçi-müəllim işləyir və əmək haqqı 662.67 manat məbləğindədir.

32. Göründüyü kimi iddiaçının əmək haqqı cavabdehin əmək haqqından bir qədər çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşaqların maraqları üstün tutularaq uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay hər uşağa 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

34. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

35. İddia tələbinin növbəti hissəsi cavabdehin uşaqların xəstəliyi ilə əlaqədar hər ay cəmi 50 manat məbləğində əlavə xərcə cəlb edilməsi ilə bağlıdır. İş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X5 ikitərəfli anadagəlmə yastıpəncəlik, hər iki barmağın hallux valgus, ikinci və üçüncü dərəcəli onurğanın sol tərəfli döş-bel tipli ikinci dərəcəli skoliozu, dayaq və hərəkət aparatının pozulması diaqnozu qoyulmuşdur. Digər uşaq - xx.xx.2013-cü il təvəllüdlü X9 isə ikitərəfli anadagəlmə ikinci dərəcəli yastıpəncəlik diaqnozu qoyulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatologiya və Ortepediya İnstitutunun həkim-travmatoloq-ortopedi tərəfindən yazılmış reseptlərdən görünür ki, Emin İsmayılova onurğa əzələləri üçün elektrostimulyasiya və masaj kursu, Aysel İsmayılovaya isə baldır-pəncə əzələləri üçün elektrostimulyasiya və ümumi masaj kursu yazılmışdır.

36. Göründüyü kimi uşaqların hər ikisində olan yastıpəncəlik, birində olan skolioz, dayaq və hərəkət aparatının pozulması xəstəliklərinə görə onlar elektrostimulyasiya (impulslu cərəyan vasitəsilə orqan və toxumaların funksiyasının bərpa edilməsi və aktivliyinin artırılması) və masaj müalicəsi qəbul etməlidirlər.

37. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 24) göstərilmiş qərarına istinadla qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

38. Məhkəmə hesab edir ki, uşaqlarda olan xəstəliklərin müalicəsi elektrostimulyasiya və masaj müalicəsi tələb etdiyindən cavabdeh bu müalicə xərclərinin ödənilməsinə cəlb olunmalıdır. Hansı ki, iddiaçı əlavə xərc kimi cavabdehdən hər ay iki uşağa görə cəmi 50 manat məbləğində pul tələb etmişdir. Məhkəmə hesab edir ki, bir uşağa görə aylıq 25 manat məbləğində əlavə xərc ağlabatan olmaqla cavabdeh üçün hədsiz maddi yük təşkil etmir. Odur ki, iddia iki uşağa görə tələb edilən 50 manat məbləğində əlavə xərcə münasibətdə təmin edilməlidir.

39. Son olaraq, məhkəmə onu da qeyd edir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (Azərbaycan Respublikasının Ailə Məcəlləsi, maddə 81.3). Bu baxımdan iddiaçının uşaqların müalicəsi ilə əlaqədar xərc çəkdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etməməsi iddianın əsassız olduğu mənasına gəlmir. Çünki cavabdeh uşaqların müalicəsi ilə əlaqədar gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilmişdir.

Məhkəmə xərci.

40. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci çəkmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən ödənilmiş mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

41. Alimentin artırılması və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (450x12=5400 manat) mütənasib olan 74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

42. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1601/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 200 manat olmaqla, 400 manat sabit pul məbləğində müəyyən edilməli və iki uşaq üçün 50 manat əlavə xərclə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2467/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 74 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1601/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və iki uşaq üçüb hər ay cəmi 50 (əlli) manat əlavə xərclə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2467/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar