Məhkəmə qərarları › İş №e-2(010)-2470/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2470/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2470/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, AUX kondisioner üçün , 387.8 (üç yüz səksən yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, 38.78 (otuz səkkiz manat, 78 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC kondisionerüçün 277.4 (iki yü zyetmiş yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, 27.74 (iyirmi yeddi manat, 74 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, FLAT - YUMSAQ - 3 YERLİK divan üçün 984.7 (doqquz yüz səksən dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, 98.47 (doxsan səkkiz manat, 47 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********89735 İPHONE 14 PLUS markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 1134.7 (bir min yüz otuz dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, 113.47 (yüz on üç manat, 47 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********10039 SAMSUNG GALAXY A54 markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq, İmei kod R9TWB09TLCE X2 A9+ markalı planşüeçtün 1267.8 (bir min iki yüz altmış yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, 126.78 (yüz iyirmi altı manat, 78 qəpik) manat cərimə ümumilikdə 4457.64 manat borc və 64.58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023ci il tarixlərindəki müqavilələrə əsasən AUX kondisioner, HOFFMANN SİAC kondisioner, FLAT - YUMSAQ - 3 YERLİK divan, İmei kod **********89735 İPHONE 14 PLUS markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF, İmei kod **********10039 SAMSUNG GALAXY A54 markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq, İmei kod R9TWB09TLCE X2 A9+markalı planşet almış və nəticədə 4457.64 (dörd min dörd yüz əlli yeddi manat, 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1000.08 (bi rmin manat, 8 qəpik) manat (18 ay x 55.56 manat + 0 manat ilkin ödəniş) olan AUX kondisioner üçün 426.58 (dörd yüz iyirmi altı manat, 58 qəpik) manat olmaqla ondan, 387.8 (üç yüz səksən yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, 38.78 (otuz səkkiz manat, 78 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 833.04 (səkkiz yüz otuz üç manat, 4 qəpik) manat (18 ay x 46.28 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisionerüçün 305.14 (üç yüz beş manat, 14 qəpik) manat olmaqla ondan 277.4 (iki yü zyetmiş yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, 27.74 (iyirmi yeddi manat, 74 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391.04 (bir min üç yüz doxsan bir manat, 4 qəpik) manat (24 ay x 57.96 manat + 0 manat ilkin ödəniş) olan FLAT - YUMSAQ - 3 YERLİK divanüçün 1083.17 (bir min səksən üç manat, 17 qəpik) manat olmaqla ondan 984.7 (doqquz yüz səksən dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, 98.47 (doxsan səkkiz manat, 47 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2919.96 (iki min doqquz yüz on doqquz mnaat 96 qəpik) manat (18 ay x 162.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89735 İPHONE 14 PLUS markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 1248.17 (bir min iki yü zqırx səkkiz manat, 17 qəpik) manat olmaqla ondan 1134.7 (bir min yüz otuz dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, 113.47 (yüz on üç manat, 47 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2536.08 (iki min beş yüz otuz altı manat, 8 qəpik) manat (12 ay x 211.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********10039 SAMSUNG GALAXY A54 markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq, İmei kod R9TWB09TLCE X2 A9+ markalı planşeütçün 1394.58 (bir min üç yüz doxsan dörd manat, 58 qəpik) manat olmaqla ondan 1267.8 (bir min iki yüz altmış yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, 126.78 (yüz iyirmi altı manat, 78 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4627.8 manat təşkil edir

İş materialları

3. xx.xx.2023-cü il tarixli, 03304494 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 832.98 manat olan Hoffmann Sıac kondisioner almış və məhsul ona təhvil verilmişdir.

4. xx.xx.2023-cü il tarixli, 02114501 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2919.96 manat olan İmei kod **********89735 İphone 14 Plus markalı telefon, Vinil Mat, Vinil Şəffaf almış və məhsul ona təhvil verilmişdir.

5. xx.xx.2023-cü il tarixli, 09381003 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1000.08 manat olan AUX kondisioner almış və məhsul ona təhvil verilmişdir.

6. xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1391.04 manat olan Flat - Yumsaq - 3 Yerlik divan almış və məhsul ona təhvil verilmişdir.

7. xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2536.08 manat olan İmei kod **********10039 Samsung Galaxy A54 markalı telefon, X1qlıq, İmei kod R9TWB09TLCE X2 A9+markalı planşet almış və məhsul ona təhvil verilmişdir.

7. xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə əsas borca ödənilmiş məbləğ 4627.8 manat, əsas borca ödənilməmiş məbləğ 4052.4 manat, cərimə borcu 405.24 manat, ümumilikdə 4457.64 manat məbləğində borcu vardır.

5. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

6. Mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 64.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrinin bağlanması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi, iddiaçı alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn və məhsulların verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı məhsulların pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alqı-satqı müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar

12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli razılaşmalar əsasında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.

13. Məhkəmə tətbiq edilən dəbbə pulunun əsas tələbə mütənasib olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə üzrə tələb edilən 405.24 manat dəbbə pulu (penya) əsas borca mütənasibdir.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64.58 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 277.4 manat ödənilməmiş hissə, 27.74 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1134.7 manat ödənilməmiş hissə, 113.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 387.8 manat ödənilməmiş hissə, 38.78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 984.7 manat ödənilməmiş hissə, 98.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1267.8 manat ödənilməmiş hissə, 126.78 manat cərimə olmaqla, ümumilikdə 4457.64 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdehdan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 277.4 manat ödənilməmiş hissə, 27.74 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1134.7 manat ödənilməmiş hissə, 113.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 387.8 manat ödənilməmiş hissə, 38.78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 984.7 manat ödənilməmiş hissə, 98.47 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1267.8 manat ödənilməmiş hissə, 126.78 manat cərimə olmaqla, ümumilikdə 4457.64 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.65 manat məbləğində pul Cavabdehdan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar