Məhkəmə qərarları › İş №e-2(010)-2475/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2475/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2475/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və s. tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 18 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsaslarla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2020-ci il tarixli, MKZ- 00166-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 5541,72 manat, faiz borcu 450,6 manat, dəbbə pulu 231,4 manat, cəmi 6223,72 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və qeyriləri arasında olan mübahisəni mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

İddia tələbi.

2. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 5541,72 manat əsas borc, 450,6 manat faiz borcu və 231,4 manat dəbbə pulu, ümumilikdə 6223,72 manat, ödənilmiş 82,24 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" ASC “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmaadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları.

5. xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC Cavabdeh1 18 ay müddətinə qaytarmaq, illik 24% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 2009,81 manat olmaqla, cəmi 12009,81 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

7. xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavədən müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, MK- 00166-14/20A saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər.

8. xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 9532,68 manat, faiz borcuna görə 2544,30 manat olmaqla, cəmi 12076,98 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

9. xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 2 saylı əlavədən müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, MK- 00166-14/20A saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər.

10. xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 2 saylı əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 9532,68 manat, faiz borcuna görə 5617,65 manat olmaqla, cəmi 15150,33 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

11. Borcverən "xxxx" ASC, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

12. xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən bank borcalan tərəfindən kredit müqaviləsini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də zaminə qarşı əsas öhdəlik üzrə öz tələblərini irəli sürə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik üzrə borc onun vərəsələrinə və başqa şəxsə keçdikdə zaminliyə xitam verilmir və zamin yeni borcalana zamin durduğunu təsdiq edir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin yaranmış borc məbləğini (əsas borc. faiz, dəbbə pulu və çəkilmiş digər xərclər) akseptsiz qaydada aylıq əmək haqqından və ya bankkdakı hesablarından silinməsinə icazə verir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklər tam icra olunana qədər qüvvədədir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilənin qiivvədə olma müddətinin bitməsi tərəfləri müqavilənin müddəti bitəndək yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir.

13. xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavədən müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər.

14. xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı zaminlik müqaviləsinə xx.xx.2021-ci il tarixli 2 saylı əlavədən müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, MKZ-00166-14/20A saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər.

15. Borcverən "xxxx" ASC, Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MKYG-00166-14/20A saylı girov müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 10000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “dövriyyə ehtiyatlarını – 5000 manat dəyərində ofis, dəftərxana ləvazimatlarını” girov ilə yüklü etmişdir.

16. xx.xx.2020-ci il tarixli, MKYG-00166-14/20A saylı girov müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavədən müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh1 oğlu xx.xx.2020-ci il tarixli, MKYG-00166-14/20A saylı girov müqaviləsinə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər.

17. xx.xx.2020-ci il tarixli, MKYG-00166-14/20A saylı girov müqaviləsinə xx.xx.2021-ci il tarixli 2 saylı əlavədən müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh1 oğlu xx.xx.2020-ci il tarixli, MKYG-00166-14/20A saylı girov müqaviləsinə dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər.

18. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 10000 manat məbləğində kredit verilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib edilən Cavabdeh1 hesabından xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində olan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 hesabına 10000 manat məbləğində kredit mədaxil edilmişdir.

20. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci iİ tarixli, MK-00166-14/20A saylı kredit müqaviləsinə əsasən 5541,72 manat əsas, 450,6 manat faiz və 231,4 manat dəbbə pulu borcu vardır.

21. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi və borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və nümayəndəlik xərclərinin tutulacağı barədə xəbərdarlıq etmişdir.

22. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 82,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

23. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A nömrəli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, MKYG-00166-14/20A saylı girov müqaviləsinin; iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, MKZ- 00166-14/20A saylı zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Belə ki, məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.)

28. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

29. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 5541,72 manat və 450,6 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbi təmin edilərək tərəflər arasında bağlanan kredit müqaviləsi ləğv edilməklə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borca görə 5541,72 manat, faiz borcuna görə 450,6 manat tutulmalıdır

30. İşdən görünür ki, bank cavabdehə müqavilənin ləğv edilməsinə dair təklif göndərməklə, borcunu ödəməyi təklif etmişdir.

31. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

32. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən müştərək qaydada 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.

34. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır.

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

36. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 82,24 manat dövlət rüsumu ödəmişdir.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 82,24 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

39. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli, MK-00166-14/20A nömrəli müqavilə ləğv edilməli, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehlərdən müştərək qaydada 5541,72 manat məbləğində kredit borcu, 450,6 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu, cəmi 6042,32 manat məbləğində borc, ödənilmiş 82,24 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-00166- 14/20A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, MK-00166-14/20A nömrəli müqavilə üzrə 5541,72 manat əsas, 450,6 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 6042,32 (altı min qırx iki manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 82,24 (səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar