Məhkəmə qərarları › İş №e-2(010)-2478/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2478/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2478/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 15.03.2022-ci il tarixinə yaranmış borcu 488.4 əsas, 73.2 manat cərimə, cəmi 561.6 manat, 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, borcu 868 əsas, 130.2 manat cərimə, cəmi 998.2 manat, 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən borcu 243 əsas, 36.4 manat cərimə, cəmi 279.4, ümumilikdə 1839.2 manat borcun və 38.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Honor 9X" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla cəmi 649 manat, 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung" markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1049 manat, 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 299 manat ümumilikdə üç müqavilə üzrə 1997 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 24.12.2019-cu il tarixli müqavilə üzrə 27.07.2020-ci il tarixində 60 manat, 27.12.2019- cu il tarixli müqavilə üzrə 27.07.2020-ci il tarxində 63 manat, 09.03.2020-ci il tarixli müqavilə üzrə 27.07.2020-ci il tarixində 27 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 1599.4 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 2398 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2398 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 239.8 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 15.03.2022-ci il tarixədək "xxxx" MMC-nə 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, borcu 488.4 əsas, 73.2 manat cərimə, cəmi 561.6 manat, 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, borcu 868 əsas, 130.2 manat cərimə, cəmi 998.2 manat, 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən borcu 243 əsas, 36.4 manat cərimə, cəmi 279.4 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş:

1. 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC "Honor 9X" markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh oğlı isə bunun müqabilində 12 ay müddətinə ayda 56 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC "Samsung" markalı paltaryuyan maşını Cavabdeh verməyi, Cavabdeh oğlı isə bunun müqabilində 18 ay müddətinə ayda 59 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC "Samsung" markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh oğlı isə bunun müqabilində 12 ay müddətinə ayda 25 manat ödəməyi öhdəsinə götürmüşdür.

İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,4 manat əsas, 73,2 manat cərimə; 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 868 manat əsas, 130,2 manat cərimə və 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 243 manat əsas, 36,4 manat cərimə olmaqla cəmi 1839,2 manat məbləğində borcu vardır. İddiaçı MMC-nin bildirişindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 649 manat olan özünə məxsus "Honor 9X" markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1049 manat olan özünə məxsus "Samsung" markalı paltaryuyan maşını cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 59 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 299 manat olan özünə məxsus "Samsung" markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,4 manat əsas, 73,2 manat cərimə; 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 868 manat əsas, 130,2 manat cərimə və 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 243 manat əsas, 36,4 manat cərimə olmaqla cəmi 1839,2 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 24.12.2019-cu il tarixli ********* saylı müqavilə üzrə cərimə borcunun 5 manat; 27.12.2019-cu il tarixli ********* saylı müqavilə üzrə cərimə borcunun 5 manat və 09.03.2020-cİ il tarixli ********* saylı müqavilə üzrə cərimə borcunun 3 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir.

Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,4 manat əsas, 5 manat cərimə; 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 868 manat əsas, 5 manat cərimə və 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 243 manat əsas, 3 manat manat cərimə olmaqla cəmi 1612,4 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 38,40 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 24.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,4 (dörd yüz səksən səkkiz manat qırx qəpik) manat əsas, 5 (beş) manat cərimə; 27.12.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 868 (səkkiz yüz altmış səkkiz) manat əsas, 5 (beş) manat cərimə və 09.03.2020-cİ il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 243 (iki yüz qırz üç) manat əsas, 3 (üç) manat manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 38,40 (otuz səkkiz manat qırx qəpik) manat olmaqla ümumilikdə 1650,8 (bir min altı yüz əlli manat səksən qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar