Məhkəmə qərarları › İş №e-2(010)-2489/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2489/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2489/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı ləğv prosesində olan "Dəmir Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "Dəmir Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 12 iyun 2023-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. Cavabdehlərə SMS bildiriş vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 xəbərnaməli poçt vasitəsi ilə məktub göndərilməsinə baxmayaraq poçt "bu ünvanda yaşamır" qeydi ilə geri qayıtmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Hüquq şöbəsinin aparıcı mütəcxəssisi elektron kabinet vasitəsi ilə ərizə göndərərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin ödənilmiş 125,43 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 125,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan "Dəmir Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 125,43 (bir yüz iyirmi beş manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar