Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2489/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 5.002,59 (beş min iki dollar, 59 sent) ABŞ dolları-bundan 1.595,41 (bir min beş yüz doxsan beş dollar, 41 sent) ABŞ Dövlət rüsumunun ödənilməsi haqqında məlumat dolları əsas, 802,29 (səkkiz yüz iki dollar, 29 sent) ABŞ dolları faiz, 2.371,25 (iki min üç yüz yetmiş bir dollar, 25 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 233,64 (iki yüz otuz üç dollar, 64 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 105,05 (yüz beş manat, 05 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq cavabdehlərlə arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır, ona görə də məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını və barışıq sazişini təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 barışıq sazişini imzaladıqlarını izahatları ilə təsdiq etdilər. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin (iddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1) imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:
1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixinə BƏS-də 1.595,41 (bir min beş yüz doxsan beş ABŞ dollar, 41 sent) ABŞ dolları əsas, 802,29 (səkkiz yüz iki ABŞ dollar, 29 sent) ABŞ dolları faiz, 2.145,79 (iki min yüz qırx beş ABŞ dollar, 79 sent) ABŞ dolları köçürülmüş faizlər və 225,46 (iki yüz iyirmi beş ABŞ dollar. 46 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 400 (dörd yüz) manat (1 ABŞ dollan=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməlinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 3.000 (üç min) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-cı ilin iyun ayından başlayaraq, hər ay 250 (iki yüz əlli) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür.
3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 3.000 (üç min) manat borc məbləğinin Cavabdeh-borclu tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.
4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zamindən tutulacaqdır, iddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 5.Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Beləliklə, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi həll edilməmişdir. Belə olan halda məhkəmə xərcləri ilə bağlı məsələ Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq həll edilməli, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 105,05 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixinə BƏS-də 1.595,41 (bir min beş yüz doxsan beş ABŞ dollar, 41 sent) ABŞ dolları əsas, 802,29 (səkkiz yüz iki ABŞ dollar, 29 sent) ABŞ dolları faiz, 2.145,79 (iki min yüz qırx beş ABŞ dollar, 79 sent) ABŞ dolları köçürülmüş faizlər və 225,46 (iki yüz iyirmi beş ABŞ dollar. 46 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur.
2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 400 (dörd yüz) manat (1 ABŞ dollan=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməlinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 3.000 (üç min) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-cı ilin iyun ayından başlayaraq, hər ay 250 (iki yüz əlli) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür.
3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 3.000 (üç min) manat borc məbləğinin Cavabdeh-borclu tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.
4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zamindən tutulacaqdır, iddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 5.Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 105.05 (yüz beş manat beş qəpik) manat məbləğində dövlət rüsumu (tarixi: xx.xx.2025, qəbz nömrəsi: **********04) dövlət büdcəsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Rübabə Qafarova