Məhkəmə qərarları › İş №e-2(010)-2495/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2495/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2495/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2014-cü il tarixli, 1xx/xx/127127/14 nömrəli kredit müqaviləsi üzrə 525.04 manat məbləğində əsas borc, 391.94 manat məbləğində faiz borcu, 476.28 manat məbləğində cərimə borcu, 151.34 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla ümumilikdə 1544.60 manat məbləğində pulun və 35.50 manat dövlət rüsumunun Cavabdeh LPO "xxxx" KB QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə ölmüşdür. Belə olan halda iddiaçı LPO "xxxx" KB QSC ölmüş şəxsə qarşı iddia qaldırmışdır ki, bu cür ərizənin məhkəmə tərəfindən icraata qəbul edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırıldığından və bu cür iddiaya məhkəmədə baxılması yolverilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 35.5 manat (otuz beş manat əlli qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar