Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2498/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********55542 İPНONE 13 markalı telefon üçün 1524.88 (min beş yüz iyirmi dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 152.49 (yüz əlli iki manat, 49 qəpik) manat cərimə, xx.xx.2024-сü il, tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 SLİM üçün 1219.60 (min iki yüz on doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, 121.96 (yüz iyirmi bir manat, 96 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL (KONTAKT) XİDMƏTİ, PAKET M XİDMƏTİ, PLYONKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********71929XİAOMİ REDMİ 13C markalı telefon almış üçün 346.20 (üç yüz qırx altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, 34.62 (otuz dörd manat, 62 qəpik) manat cərimə Ümumilikdə 3423.35 manat borc, 54.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE 20W USB-C ADAPTER, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********55542 İPHONE 13 markalı telefon, PLAYSTATİON 5 SLİM, QİZİL ZƏMANƏT ULTRA 3 İL (KONTAKT) XİDMƏTİ, РAKET M XİDMƏTİ, PLYONKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********71929XİAOMİ REDMİ 13C markalı telefon almış və nəticədə 3423.35 (üç min dörd yüz iyirmi üç manat, 35 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1829.88 (min səkkiz yüz iyirmi doqquz manat, 88 qəpik) manat (18 ay x 101.66 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********55542 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 1700.97 (min yeddi yüz manat, 97 qəpik) manat olmaqla ondan, 1524.88 (min beş yüz iyirmi dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 152.49 (yüz əlli iki manat, 49 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1464 (min dörd yüz altmış dörd) manat (12 ay x 122 manat +0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİM üçün ümumilikdə, 1341.56 (min üç yüz qırx bir manat, 56 qəpik) manat olmaqla ondan, 1219:60 (min iki yüz on doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121.96 (yüz iyirmi bir manat, 96 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 593.40 (beş yüz doxsan üç manat, 40 qəpik) manat (12 ay x 49.45 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL (KONTAKT) XİDMƏTİ, РAKET M XİDMƏTİ, PLYONKA İSTEHSALİ 2 ƏDƏD, İMEİ KODU **********71929XİAOMİ REDMİ 13C markalı telefon almış üçün ümumilikdə, 380.82 (üç yüz səksən manat, 82 qəpik) manat olmaqla ondan, 346.20 (üç yüz qırx altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.62 (otuz dörd manat, 62 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 796.60 manat təşkil edir.
İş materialları
3. xx.xx.2024-cü il tarixli, 03487510 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 593.43 manat olan Рaket M Xidməti, Plyonka İstehsalı 2 Ədəd, İmei Kodu **********71929XİAOMİ Redmı 13 c markalı telefon almış və məhsul ona təhvil verilmişdir.
4. xx.xx.2024-cü il tarixli, 18867276 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1829.8 manat olan Apple 20w Usb-C Adapter, Ödənişin Təminatı Xidməti, İmei Kodu **********55542 İphone 13 markalı telefon almış və məhsul ona təhvil verilmişdir.
5. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1464 manat olan Playstatıon 5 Slım almış və məhsul ona təhvil verilmişdir.
6. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
7. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh satılmış İmei kod **********55542 İphone 13 markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat məbləğində pul ödənilmişdir.
8. xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə əsas borca ödənilmiş məbləğ 796.6 manat, əsas borca ödənilməmiş məbləğ 30990.68 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, cərimə borcu 309.068 manat, ümumilikdə 3423.35 manat məbləğində borcu vardır.
9. Mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 54.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrinin bağlanması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn və məhsulların verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı məhsulların pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alqı-satqı müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar
12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli razılaşmalar əsasında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.
13. Bununla belə məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən 152.49 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq həmin müqavilə üzrə 100 manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54.24 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 346.20 manat ödənilməmiş hissə, 34.62 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1524.88 manat ödənilməmiş hissə, 100 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1219.60 manat ödənilməmiş hissə, 121.96 manat cərimə olmaqla, ümumilikdə 3370.86 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 346.20 manat ödənilməmiş hissə, 34.62 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1524.88 manat ödənilməmiş hissə, 100 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1219.60 manat ödənilməmiş hissə, 121.96 manat cərimə olmaqla, ümumilikdə 3370.86 manat manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54.24 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov