Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2501/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********08599 OPPO RENO 8T, LG TV, YUPİTER asqı, PAKET XL xidməti, ZƏMANƏT +3 il xidməti üçün, 1747.7 (bir min yeddi yüz qırx yeddi manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 174.77 (yüz yetmiş dörd manat, 77 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********40332 SAMSUNG GALAXY A55, РАКЕT XXL xidməti, ZƏMANƏT + 1 İL xidməti, üçün, 877.6 (səkkiz yü zyetmiş yeddi mamat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 87.76 (səksən yeddi manat, 76 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SEDEF - YUMSAQ - 3 YERLİ üçün, 375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə, 37.50 (otuz yeddi manat. 50 qəpik) manat cərimə Ümumilikdə 3347.53 manat borc, 53.48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********08599 OPPO RENO 8T, LG TV, YUPİTER asqı, PAKET XL xidməti, ZƏMANƏT + 3 il xidməti, İmei kod **********40332 SAMSUNG GALAXY A55, PAКЕT XXL xidməti, ZƏMANƏT + 1 İL xidməti, SEDEF - YUMSAQ - 3 YERLİ divan almış və nəticədə 3347.53 (üç min üç yüz qırx yeddi manat, 53 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3236.4 (üç min iki yüz otuz altı manat, 40 qəpik) manat (18 ay x 179.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********08599 OPPO RENO 8T, LG TV, YUPİTER asqı, PAKET XL xidməti, ZƏMANƏT + 3 il xidməti üçün ümumilikdə, 1946.07 (bir min doqquz yüz qırx altı manat, 7 qəpik) manat olmaqla ondan, 1747.7 (bir min yeddi yüz qırx yeddi manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 174.77 (yüz yetmiş dörd manat, 77 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1366.34 (bir min üç yüz altmış altı manat, 34 qəpik) manat (18 ay x 73.13 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********40332 SAMSUNG GALAXY A55, PAKET XXL xidməti, ZƏMANƏT + 1 İL xidməti, üçün ümumilikdə, 988.96 (doqquz yüz səksən səkki zmanat, 96 qəpik) manat olmaqla ondan, 877.6 (səkkiz yü zyetmiş yeddi mamat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 87.76 (səksən yeddi manat, 76 qəpik) manat cərimə; xx.xx.2023-ei il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (24 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan SEDEF - YUMSAQ - 3 YERLİ üçün ümumilikdə, 412.5 (dörd yüz on iki manat, 50 qəpik) manat olmaqla ondan, 375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.50 (otuz yeddi manat. 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2202.44 manat təşkil edir.
İş materialları
3. xx.xx.2023-cü il tarixli, 04154525 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 600 manat olan Sedef - Yumsaq - 3 Yerli divan almış və məhsul ona təhvil verilmişdir.
4. xx.xx.2024-cü il tarixli, 03576032 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 3236.49 manat olan İmei kod **********08599 Oppo Reno 8t, Lg Tv, Yupiter asqı, Paket Xl xidməti, Zəmanət + 3 il xidməti xidməti almış və məhsul ona təhvil verilmişdir.
5. xx.xx.2024-cü il tarixli, 12141894 nömrəli müqavilə və ona əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1366.39 manat olan İmei kod **********40332 Samsung Galaxy A55, Pakеt XXL xidməti, Zəmanət + 1 il xidməti almış və məhsul ona təhvil verilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh satılmış İmei kod **********08599 Oppo Reno 8t markalı telefon üçün 23.6 və İmei kod **********40332 Samsung Galaxy A55 markalı telefon üçün 23.6 manat olmaqla mobil telefonların açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47.2 manat məbləğində pul ödənilmişdir.
7. xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə əsas borca ödənilmiş məbləğ 2202.44, əsas borca ödənilməmiş məbləğ 3000.3 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu 47.2 manat, cərimə borcu 300.03 manat, ümumilikdə 3347.53 manat məbləğində borcu vardır.
5. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
6. Mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 53.48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi, iddiaçı alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn və məhsulların verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı məhsulların pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə alqı-satqı müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi, iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar
12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli razılaşmalar əsasında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.
13. Məhkəmə tətbiq edilən dəbbə pulunun əsas tələbə mütənasib olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə tələb edilən 300.03 manat dəbbə pulu (penya) əsas borca mütənasibdir.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53.48 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 375 manat ödənilməmiş hissə, 37.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1747.7 manat ödənilməmiş hissə, 174.77 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 877.6 manat ödənilməmiş hissə, 87.76 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, ümumilikdə 3347.53 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 375 manat ödənilməmiş hissə, 37.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1747.7 manat ödənilməmiş hissə, 174.77 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 877.6 manat ödənilməmiş hissə, 87.76 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, ümumilikdə 3347.53 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53.48 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov