Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2503/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı Cavabdeh qarşı pul tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh 453 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alanın sifariş etdiyi “Khazar SD” markalı, ağ rəngli avtomobili muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş qaydada lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsi üzrə lizinq alan tərəfindən öz üzərinə götürdüyü öhdəliklərin pozulması nəticəsində lizinq verən İddiaçı MMC “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5607 nömrəli “daxili lizinq” müqaviləsinə əsasən 1267.15 manat gecikdirilmiş əsas borc, 794.45 manat gecikdirilmiş mükafat borcu, 100 manat dəbbə pulu və 5820.44 manat vurulmuş zərər olmaqla, ümumilikdə 7982.04 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan nəqliyyat vasitəsinin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə müxtəlif vaxtlarda törədilmiş yol-nəqliyyat hadisələrinə görə cavabdeh barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və ümumilikdə 453 manat məbləğində cərimə borcu yaranmışdır. Həmin cərimə borcları İddiaçı MMC tərəfindən ödənilmişdir və hazırda həmin borc tam həcmdə cavabdehdən tələb edilir. iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli MAS-5607 saylı "Daxili lizinq" müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün borcluya qarşı iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə tərəfimizdən müraciət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2(010)-1699/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehdən ümumilikdə 8081.82 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Lizinq obyekti olan "Khazar SD" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. İXP5852408 saylı protokola görə 64 manat; 2. İXP5770688 saylı protokola görə 64 manat; 3. EQ17193801 saylı protokola görə 9 manat; 4. İXP5638138 saylı protokola görə 64 manat; 5. EQ15368486 saylı protokola görə 9 manat; 6. EQ14893395 saylı protokola görə 18 manat; 7. EQ14756350 saylı protokola görə 9 manat; 8. EQ14343077 saylı protokola görə 54 manat; 9. EQ14334931 saylı protokola görə 18 manat; 10.EQ14191510 saylı protokola görə 18 manat; 11.EQ14191515 saylı protokola görə 9 manat; 12.EQ14191513 saylı protokola görə 45 manat; 13.EQ13620769 saylı protokola görə 9 manat; 14.EQ13620741 saylı protokola görə 9 manat; 15.EQ13620740 saylı protokola görə 9 manat; 16.EQ13225464 saylı protokola görə 45 manat Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 453 məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5607 nömrəli daxili lizinq müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi “Khazar SD” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1699/2024 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5607 nömrəli “daxili lizinq” müqaviləsinə əsasən 1267.15 manat gecikdirilmiş əsas borc, 794.45 manat gecikdirilmiş mükafat borcu, 100 manat dəbbə pulu və 5820.44 manat vurulmuş zərər olmaqla, ümumilikdə 7982.04 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərinə əsasən iddia ərizəsində sadalanan protokollara görə ümumilikdə 453 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 2667 nömrəli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh lizinq obyetki olan avtomobilin onun müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə törədilmiş inzibati xətalarla əlaqədar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən yaranmış borcun məbləği barədə məlumat verilmiş və həmin borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı avtomobil elə müqavilənin bağlandığı gün – xx.xx.2022-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh həmin vaxtdan avtomobili lizinq alan kimi faktiki idarə etməyə başlamışdır. Göründüyü kimi avtomobil müəyyən müddət Cavabdeh faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı MMC iddia edir ki, avtomobilin cavabdehdə olduğu dövr ərzində cavabdeh bir sıra inzibati xətalar törədərək inzibati cərimə olunmuş, cəmi 453 manat məbləğində olan bu cərimələr İddiaçı MMC tərəfindən ödənilmiş, müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə bu avtomobillə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair İXP5852408 saylı protokola görə 64 manat; 2. İXP5770688 saylı protokola görə 64 manat; 3. EQ17193801 saylı protokola görə 9 manat; 4. İXP5638138 saylı protokola görə 64 manat; 5. EQ15368486 saylı protokola görə 9 manat; 6. EQ14893395 saylı protokola görə 18 manat; 7. EQ14756350 saylı protokola görə 9 manat; 8. EQ14343077 saylı protokola görə 54 manat; 9. EQ14334931 saylı protokola görə 18 manat; 10.EQ14191510 saylı protokola görə 18 manat; 11.EQ14191515 saylı protokola görə 9 manat; 12.EQ14191513 saylı protokola görə 45 manat; 13.EQ13620769 saylı protokola görə 9 manat; 14.EQ13620741 saylı protokola görə 9 manat; 15.EQ13620740 saylı protokola görə 9 manat; 16.EQ13225464 nömrəli protokollar tərtib edilmişdir. Bu protokollara görə İddiaçı MMC tərəfindən 453 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərində hər bir qəbz üzrə ödənişin hansı nömrəli sənədə görə ödənildiyi qeyd edilmişdir. Həmin qəbzlərdən görünən sənəd nömrələri ilə AR X2 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş yuxarıda sadalanan protokolların nömrələri üst-üstə düşmüş, müvafiq protokollar üzrə ümumilikdə 453 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə cavabdeh tərəfindən dəfələrlə inzibati xətalar törədilmiş, cavabdeh bu xətalara görə dəfələrlə inzibati cərimə edilmişdir. Belə görünür ki, Cavabdeh avtomobili İddiaçı MMC-yə təhvil verdikdən sonra bu cərimələri ödəməmiş və protokol üzrə cəmi 453 manat məbləğində cərimə və dəbbə pulu ödənilməmiş qalmışdır ki, həmin pulu da İddiaçı MMC ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh təqsirli hərəkətləri nəticəsində törətdiyi inzibati xətalara görə ödədiyi cəmi 453 manat məbləğində pulu dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 453 (dörd yüz əlli üç) manat məbləğində pul və ödənilmiş 30 (otuz altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2503/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2503/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver