Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2506/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X4 Qasımovun sədrliyi, İsa Sabir oğlu Maqsudovun katibliyi, İddiaçı “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 , Cavabdeh iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildirdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qəbul olunmuş Suraxanı Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli iş № 2(010)- 4066/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədini electron system vasitəsi ilə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona qarşı 2016-cı il tarixdədə eyni əsaslar ilə məhkəmədə iddia qaldırmış və bu barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Odur ki icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Suraxanl Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh 10 aprel 2014-cü il tarixli 103/14 saylı kredit müqaviləsinə əsasən cəmi 4822 (dörd min səkkiz yüz iyirmi iki manat) manat (ondan ödənilməmiş 3711 manat əsas borc, 926 manat faiz borcu və həmin günə hesablanmış 186 manat cərimə pulu olmaqla) məbləğində pul vəsaiti alınsın və İddiaçı ASC-nə verilməsi, 103/14/1 saylı 10 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, tutma Cavabdeh məxsus ipoteka predmeti olan “Mercedes Benz C180” markalı 99-HF478 qeydiyyat nişanlı avtomobilə yönəldilsin; avtomobil açıq hərracdan satılsın və Cavabdeh İddiaçı ASC-nə olan kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi və Kreditin təminatı olan ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbi tam ödənilməsi qət edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin eyni cavabdehə qarşı eyni əsaslarla və eyni predmet üzrə təkrar müraciət etməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262 və 263-264-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi»nə dair iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-2506/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2506/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver