Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-251/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavаbdеh Cavabdeh 04 noyabr 2022-ci il tarixli, İBF/514 saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 88341,58 manat əsas borc, 742,45 manat faiz borcu olmaqla, ümumilikdə 88341,58 manat borcun və 357,40 manat dövlət rüsumunun, 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 16 noyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-05101-093042 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi, əmlak satıldıqdan sonra həmin əmlakın cavabdeh tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 noyabr 2022-ci il tarixli, İBF/514 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87514,48 manat əsas borc, 817,55 manat faiz borcu olmaqla ümumilikdə 88332,03 manat borcun və 357,40 manat dövlət rüsumunun, 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, 16 noyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-05101-093042 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 noyabr 2022-ci il tarixli, İBF/514 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87514,48 manat əsas borc, 817,55 manat faiz borcu olmaqla ümumilikdə 88332,03 manat borcun və 357,40 manat dövlət rüsumunun, 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, habelə qiymətləndirmə xərci olaraq ödənilmiş 300 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, 16 noyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-05101-093042 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış 04 noyabr 2022-ci il tarixli, İBF/154 saylı Kredit müqaviləsinə əsasən daşınmaz əmlakın alınması məqsədi ilə “Bank” tərəfindən cavabdehə illik 7,3 % hesablanmaqla, 300 ay müddətinə qaytarılmaq şərti ilə 90000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq “Bank”la Cavabdeh (Alıcı, Borcalan və İpoteka qoyan) arasında 04 noyabr 2022-ci il tarixində İBF/154 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə keçmiş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m olan daşınmaz əmlak İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ipotekanın dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak dövlət reyestrində 2997 nömrəli reyestr kitabının 279837 nömrəli vərəqində qeydiyyata alınmış və buna dair 02 dekabr 2022-ci il tarixli yüklülük çıxarışı “Bank”a təqdim edilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 04 noyabr 2022ci il tarixli İBF/154 saylı Kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 90 (doxsan) gün və daha çox müddədə gecikdirdikdə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək hüququna mlaik olmaqla kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımi qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 18 iyul 2024-cü il tarixdə 02/1510 saylı xəbərdarlıq məktubu göndərilmiş, borcun 3 iş günü müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Eyni zamanda 18 iyul 2024-cü il tarixində 02/1511 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlanmış, bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmiş, həmin bildirişin xx.xx.2024-cü il tarixində rəsmi qaydada edilməsinə baxmayaraq (925143 №-li qaimə), hazırki günə qədər cavabdehlər tərəfindən mövcu olan öhdəliklər tam icra olunmamışdır. 19 avqust 2024-cü il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 89084,03 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 88341,58 manat əsas borcu, 742,45 manat faiz borcunu ehtiva edir. Öhdəliklər lazımi qaydada icra olunmadığından “Bank” tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək ipoteka predmeti olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34-36-cı maddələrinə uyğun olaraq tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirmişdir ki, əmtəəşünaslıq ekspertizası təyin olunmuş, rəylə tanış oldular, etiraz etmirlər, qiymətləndirmə xərci onlar tərəfindən ödənildiyi üçün bununla bağlı dəqiqləşdirmə ərizəsi verdilər, bundan əlavə dəqiqləşmələri yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, sadəcə əmlakını özü satmaq istəyir, bunun üçün 1 ay vaxt istəyir. İş materialları. İş materiallarına əlavə edilmiş **********57 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı ASC tərəfindən 357.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kreditor – İddiaçı ASC və Borcalan – Cavabdeh arasında bağlanmış İBF/514 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 90000 manat məbləğində illik 7.3 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verir. Müqavilənin 1.2-ci bəndi: Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 1.3-cü bəndi: Kredit Borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən "18" Fevral 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********07-05101-093042 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (bundan sonra - yaşayış sahəsi) alınmasına verilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əlavə olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2047-ci il tarixinədək hər ay 653.43 manat (xx.xx.2022-ci il tarixdə 598.68 manat, xx.xx.2047-ci il tarixdə 651.84 manat) ödəniş etməlidir. İş materiallarında olan İBF/514 saylı xx.xx.2022-ci il tarixli notarial qaydasında təsdiqlənmiş alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı X1 ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Ərazi İdarəsi tərəfindən "18” Fevral 2019-cu il tarixində verilmiş, reyestr nömrəsi **********07-05101-093042, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra - daşınmaz əmlak) Alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.6-cı bəndi: Alıcı-İpoteka qoyan – İddiaçı ASC daşınmaz əmlakı (bundan sonra - bu müqavilənin müddəalarına uyğun olaraq ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-ipoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Kreditor-İpoteka saxlayana ipotekaya verir. Müqavilənin 1.9-cu bəndi: "xxxx" MMC tərəfindən Bakı şəhəri “03” Noyabr 2022-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, ipoteka predmeti 130000 manat dəyərində qiymətləndirilir (o cümlədən torpaq sahəsinin dəyəri manat təşkil edir). Alıcı-ipoteka qoyan və Kreditor-ipoteka saxlayan ipoteka predmetinin 120000 manat dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. Cavabdeh xx.xx.2022 tarixli, İBF/514 saylı Kredit müqaviləsi üzrə qalıq borcuna dair xx.xx.2024 tarixə təyin edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 88341.58 manat əsas, 742.45 manat faiz olmaqla, cəmi 89084.03 manat borcu vardır. 04 noyabr 2022-ci il tarixli İBF/514 saylı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın 04 noyabr 2022-ci il tarixli İBF/514 saylı alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 02/1510 saylı pretenziya (xəbərdarlıq) görünür ki, Cavabdeh xx.xx.2022 tarixli, İBF/514 saylı kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 gün ərzində ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə və notariasun icra qeydinin aparılmasına və ya məhkəməyə müraciət edilməsinə dair xx.xx.2024-cü il tarixli 02/1510 saylı bildirişdən (xəbərdarlıqdan) görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış ümumilikdə 91305.24 manat borc barədə məlumat verilmiş, borcun ödəməyəcəyi təqdirdə, aidiyyəti üzrə notariat orqanına və ya iddia icraatı qaydasında baxılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 36 manat xidmət haqqı və 15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.64 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla Cavabdeh hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla Cavabdeh adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.64 kv.m olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan mənzil xx.xx.2022-ci il tarixdən ipoteka ilə yüklüdür. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. "xxxx" MMC tərəfindən 03 noyabr 2022-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.64 kv.m olan mənzilin bazar dəyəri 130000 manat, likvid dəyəri isə 120000 manat təşkil edir. Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 54 ünvanında yerləşən 40 saylı mənzilin hazırki bazar dəyəri 143200 manat, likvid dəyəri isə 129000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Mərkəzi Ekspertiza Bürosunun hesabına 300 manat məbləğində ödəniş köçürülmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 307. İpoteka müqaviləsi 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.[299] 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 26. İpoteka saxlayanın hüquq və vəzifələri 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: ...26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;... Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;... Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ...39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir və yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından etibarlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASCyə ödənilməli olan əsas borcu və əsas borca hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan daşınmaz əmlakın alınması üçün alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və hesablanmış faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, iddia tələbi tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində də əsaslıdır. Belə ki, iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı və ipoteka müqaviləsindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətinə verilmiş, həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflər kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyi təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi barədə razılaşmışdırlar. Bu baxımdan, iddianın tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Eyni zamanda, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş materiallarında olan hesabata əsasən, mənzilin hazırki bazar dəyəri 143200 manat, likvid dəyəri isə 129000 manat məbləğində müəyyən edilmişdir. Əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması ilə bağlı qanunvericilikdə qadağanedici norma nəzərdə tutulmamışdır. Bununla, mənzilin orta bazar dəyəri təqribən 143200 manat qəbul edilməlidir. Əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə, məhkəmə əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir. Tələbin 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun və qiymətləndirmə xərci olaraq ödənilmiş 300 manat məbləğində vəsaitin tutulması hissəsində məhkəmə qeyd edir ki, həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə müəyyən edildikdən, iddia tələbi həmin xərclərin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 04 noyabr 2022-ci il tarixli, İBF/514 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87514,48 manat əsas borc, 817,55 manat faiz borcu olmaqla, ümumilikdə 88332,03 manat borc və 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, qiymətləndirmə xərci olaraq ödənilmiş 300 manat məbləğində vəsait tutulmalı, tutma Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, 16 noyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07- 05101-093042 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzilə yönəldilməli, həmin əmlak hərracda satılmalı, mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 143200 manat olaraq müəyyən edilməli, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 357,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 noyabr 2022-ci il tarixli, İBF/514 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87514,48 manat əsas borc, 817,55 manat faiz borcu olmaqla, ümumilikdə 88332,03 manat borc və 357,40 manat dövlət rüsumu, 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, qiymətləndirmə xərci olaraq ödənilmiş 300 manat məbləğində vəsait tutulsun. Tutma Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, 16 noyabr 2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-05101-093042 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzilə yönəldilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 143200 manat olaraq müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,64 kv.m-dən ibarət mənzil hərracda satılsın və satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin. Əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-251/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-251/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver